"Ona dedim ki, sənətimə həsəd aparırsansa, pul qazanan ərini mənə ver, qarmonu verim sənə..."
"Anam gənclik illərimdə məni verilişlərə, studiyalara, atam isə əlimdən tutub məni el şənliklərinə, toylara aparırdı. Gözündən qoymurdu ki, birdən balama xətər toxunar, çünki bizim sənətimiz çətin idi. Sovetski məhəlləsində böyümüşəm. Atamız bizə icazə verməyib ki, gedib veyil-veyil küçələri gəzək. Biz bazar-dükan bilməmişik. Atam qarışqa kimi daşıyıb, gətirib. İndi mən atamın rolunu oynayıram".
BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.
"Mən möhkəm qadınam, həyat məni bərkidib. Amma həssas, kövrək qəlbim var. Qarmonu toydan-toya, efirdən-efirə əlimə götürürəm. Yalandan deyim ki, evdə məşq edirəm, yalan olar. O vaxt Brilliant Dadaşovanın anası Qızxanım Dadaşova məni toylara göndərirdi. Gündüz paltar kəsdilərə mən gedirdim, axşam da o gəlirdi. Ona baxa-baxa sənəti öyrənirdim. Sənəti oxumaqla, təhsil almaqla öyrənmirlər. Adam var ki, oxuyur, amma ortalıqda bir şey yoxdur. Amma kaşki təhsil alardım. Toylar imkan vermədi təhsil almağa. Bəzən öz-özümə deyirəm ki, "Gövhər, bəsdir ifa etdin, sən yorulmursan?". Sonra özüm də cavab verirəm ki, "mənim çörək gətirənim axı yoxdur, çörəyim bundan çıxır". Qarmonu atsam mənə kim baxar?! Allah çox verib azdırmasın, az verib möhtac etməsin! Bir qaydada getmək istəyirəm. Bir adam mənə illər əvvəl dedi ki, "qarmonuna o qədər həsəd aparanlar var ki". Ona dedim ki, həsəd aparırsansa, pul qazanan ərini mənə ver, qarmonu sənə bağışlayım (gülür). Sən axı gecə yuxusuz qalmamısan, kürəyini ayaz aparmayıb, tər tökməmisən. Mən bir çox ərli qadınlardan da xoşbəxtəm. Onlar ərlərinin əlinə baxırlar, mənə isə Allah ruzi verir", - deyə qarmon ifaçısı bildirib.
Əməkdar artist Gövhər Rzayeva bu gün təşkil olunan xınayaxdı mərasimlərindən də danışıb.
"İndi xınayaxdı mərasimlərini də çox ucuzlaşdırıblar. O qədər artıq şeylər əlavə ediblər ki, heç biri də lazım deyil. Vallah, artıq xərcdir. Əvvəl xınayaxdılar gündüz saat 12-dən başlayardı, 3-ə, 4-ə qədər bitərdi. O vaxt musiqiçinin adına qazan asılardı, xüsusi yerlər hazırlanardı. İndi musiqiçinin üzünə baxan yoxdur. Gözlər ancaq müğənniləri axtarır. Bilmirəm nə görüblər bu müğənnilərdə?! O vaxt səs gücləndiricilər yox idi, indi adam bu səs-küydən yorulur. Handa bir adam güc-bəla ilə oynayardı, indi hamısı bir-birinə qarışıb. İndi musiqiyə qulaq asmırlar. Bir lirik ifa edən kimi, deyirlər ki, "bəsdir daha, bir oyun havası ifa et, oynayaq". Qəşəng şabaş var idi, səhərə kimi pul sayardıq", - deyə əməkdar artist bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAygün Kazımovanın qızı İlqarə dəyişib TANINMAZ HALA DÜŞDÜ - FOTO
Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə Kazımovanın xarici görünüşü hər kəsi təəcübləndirib. xəbər verir ki, sosial mediada İlqarənin yeni görüntüləri marağa səbəb olub. Şəkildən görünür ki, Kazımova həddindən artıq çəki atıb, saçlarının rəngini dəyişdirib
00:10 258 Aktrisa ayrıldığı ərini təriflədi: "Bu nə yaraşıqlılıqdır"
Türkiyə kinosunun əfsanələrindən Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial şəbəkədə paylaşdığı fotoya yazdığı şərhlə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, Şoray Ünalın fotosuna "Vay, bu nə yaraşıqlılıqdır" sözlərini yazıb. Keçmiş yoldaşı isə "Təşəkkür edirəm
09.08.2026 417 Məşhur müğənninin "Namus" mahnısına rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO
Türkiyəli müğənni Melek Mosso Antalyada verdiyi konsertdə nümayiş etdirdiyi səhnə performansı ilə izləyicilərin böyük rəğbətini qazanıb. -ın Türkiyə mediasına istinadən məlumatına görə, konsert zamanı sevilən mahnılarını səsləndirən sənətçi repertuarına sürpriz olaraq Sezen Aksunun illərdir dillər əzbər
08.08.2026 559 Başına iş gəldi, tətilini yarımçıq qoydu
Türkiyəli aktyor Yağız Can Konyalının başına iş gəlib. Axşam.az xəbər verir ki, Cihangirdə görüntülənən aktyor tətil zamanı əlindən ciddi xəsarət aldığını bildirib. Konyalının sözlərinə görə, əlində olan şüşə butulka qəfil partlayıb və nəticədə əli dərindən kəsilib. Hadisədən sonra xəstəxanaya aparıla
09.08.2026 477 Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni sosial mediada yeni fotolarını paylaşıb. Görüntülərdə Gülay zərif, fit görünüşü və gözəlliyi ilə maraq doğurub. Fotolara çoxsaylı bəyəni gəlib. Həmin fotoları təqdim edirik:
15.08.2026 351 "Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq"
Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa paylaşımında münasibətlər və qadın-kişi fərqləri ilə bağlı fikirlər yer alan görüntülər yayımlayıb. Aktrisa "Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər…" sözlərini
08.08.2026 341 "Gedənlər qayıtmır"
Aktrisa Zümrüd Qasımova sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa paylaşımında "Gedənlər qayıtmır. Geridə həsrət, boşluq qalır" deyə, yazıb. Qeyd edək ki, bir müddət əvvəl Zümrüdün bacısının həyat yoldaşı dünyasını dəyişib
09.08.2026 348 Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüsünü paylaşıb. Paylaşımda Gülay gözəlliyi və təbii görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotonu təqdim edirik:
08.08.2026 524 Hande Yener arzusunu Amsterdamda gerçəkləşdirdi
Türkiyəli müğənni Hande Yener uzun müddətdir üzərində çalışdığı "STAR Gene" layihəsini Niderlandın Amsterdam şəhərində təqdim edib. Axşam.az-ın məlumatına görə, Herenstraat küçəsində fəaliyyətə başlayan layihə qalereya konsepti ilə hazırlanıb. Burada sənətçinin illər ərzində səhnədə və kliplərind
08.08.2026 291