Parisə arxalanan İrəvan təxribatlarla sülhü pozur - müharibə ehtimalı artır

Parisə arxalanan İrəvan təxribatlarla sülhü pozur - müharibə ehtimalı artır"Ermənistan sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır. Avropadakı bəzi güclər, xüsusilə Fransa bu məsələdə Ermənistana dəstək verir".

Bunu "Report"a açıqlamasında siyasi analitik, professor Sabir Məmmədli deyib.

O bildirib ki, Ermənistanda siyasi oyunçuların çoxluğu bu ölkənin cəmiyyətində gərginlik yaradır:

"Bu, orduya da siraət edir. Düşünürəm ki, təxribatlar birbaşa sülh prosesinə qarşı yönəlib. İkincisi, ermənilərin "Laçın" sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə rahat hərəkət etməsi də qarşı tərəfi narahat edir, qıcıqlandırır. Üçüncüsü isə Ermənistanın təxribatları, həm də Rusiyaya etiraz cəhdidir".

Analitik qeyd edib ki, Azərbaycan Ordusu kifayət qədər sərrast addımlar atır:
"Ermənistan təxribatlarını davam etdirərsə, genişmiqyaslı eskalasiyanın başlaması mümkündür. Bu, Ermənistan-Azərbaycan müharibəsi olacaq. Qarşı tərəf bizi savaşa məcbur edir. Xüsusilə nəzərə almaq lazımdır ki, hələ də anklavlar məsələsi həll olunmayıb. Həmin anklavlar tarixi Azərbaycan torpaqlarıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf etsə də, hələ anklavları qaytarmır. Sözügedən məqam vəziyyəti daha da qəlizləşdirir. Ermənistan indi sadəcə olaraq eyforiyadadır. Qarşı tərəf başa düşməlidir ki, sabotaj cəhdlərinin sonunda genişmiqyaslı müharibənin başlama ehtimalı onlar üçün yaxşı nəsə vəd etmir".

Professorun sözlərinə görə, Ermənistanın Azərbaycanla mübarizə aparmaq gücü yoxdur: "Heç Fransa da Ermənistana kömək etməyəcək. Odur ki, müharibə düşmən üçün arzuolunmaz ssenaridir. Amma həm Avropa ittifaqı, həm də Rusiya növbəti gərginlikdə maraqlıdırlar. Ona görə də diqqətli, soyuqqanlı olmaqda fayda var. Düşünürəm ki, müharibə başlamasa belə, lokal əməliyyatlara start verilməsi mümkündür. Reallıq ondan ibarətdir ki, nə üçüncü qüvvələr, nə Ermənistan hərbi-siyasi hakimiyyəti sülh istəyir. Nikol Paşinyan üçüncü tərəflərə müqavimət göstərə biləcək siyasi iradəyə sahib deyil".

Qeyd edək ki, Ermənistan təxminən 10 gündür şərti dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində silahlı təxribatlar törədir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görürlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 632   Tarix: 18 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

13:12 215
.

Türkiyədə onkoloji xəstələrə saxta dərman satan şəbəkə ifşa edildi

Türkiyədə istifadə müddəti bitmiş onkoloji dərmanların qablaşdırmasını dəyişdirərək onları ölkə daxilində və xaricdə satışa çıxaran şəbəkəyə qarşı eyni vaxtda 11 bölgədə genişmiqyaslı əməliyyat keçirilib. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürle

02.11.2026 375
.

Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib

Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib. Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "Rynek Zdrowia"

02.11.2026 410
.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

12:55 222
.

ANA ÖLÜMLƏRİNİN ARTMASININ SƏBƏBLƏRİ AÇIQLANDI

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. Statistikaya görə, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bir il ərzində göstəric

13:58 223
.

Fransada şagirdlərin aksiyaları səngimir

Fransada iki həftəlik tətildən qayıdan orta məktəb şagirdləri ötən həftələrə nisbətən daha kiçikmiqyaslı etiraz aksiyalarına yenidən başlayıblar. "Qafqazinfo" "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, Fransanın Təhsil Nazirliyinin açıqlamasına əsasən, bu gün ölkə üzrə 4

02.11.2026 359
.

Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb

Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd

11:25 241
.

Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma

02.11.2026 421
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycan xalqının milli qürurunun, tarixi iradəsinin və dövlətçilik əzminin təntənəsi

Azərbaycan tarixinin ən şanlı və taleyüklü səhifələrindən biri olan 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü xalqımızın milli yaddaşında, dövlətçilik tarixində və gələcəyə yönəlmiş strateji hədəflərində xüsusi yer tutur. Bu iki əlamətdar gün təkcə hərbi qələbənin və tarixi şəhərin azad edilməsini

17:18 54
.