Əgər həqiqətən də itlər hamıya hücum edirsə, o zaman niyə heyvansevərlərə hücum etmir? - AÇIQLAMA

Əgər həqiqətən də itlər hamıya hücum edirsə, o zaman niyə heyvansevərlərə hücum etmir? - AÇIQLAMACəmiyyətin əksər hissəsi paytaxtın müxtəlif nöqtələrində sahibsiz itlərin çoxluğundan gileylənir, onların insan həyatı üçün təhlükə yaratdığını bildirir.
BiG.AZ- nın əldə etdiyi məlumata görə, hazırda Bakıda 500 mindən çox sahibsiz it var. Gələn şikayətlərə əsasən, paytaxt Bakıda, xüsusilə şəhər ətrafı qəsəbələrdə sahibsiz heyvanların, o cümlədən sahibsiz itlərin sayı günbəgün artmaqdadır. Sahibsiz itlər daha çox uşaqlara hücum edir.
Səhiyyə Nazirliyindən BiG.AZ- a bildirilib ki, respublika ərazisində 2023-ci ilin altı ayı ərzində 2 minə yaxın şəxsdə bu cür hal qeydə alınıb. Onların 90 faizini it dişləmələri təşkil edib. Nazirliyin məlumatına görə, heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi ağır infeksion xəstəliklə nəticələnə bilər. İnsanların quduzluğa yoluxmasında əsas mənbə itlərdir. Xatırladaq ki, xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir.
Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşlara ehtiyatlı olmağı, hər hansı heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda, dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir.

Psixoloq Gülnarə İnanc BiG.AZ-a açıqlamasında bildirib ki, " İtləri, pişikləri insanlar əhliləşdirib və buna görə də onlar məsuliyyət daşıyırlar.
Digər tərəfdən, uşaqlar itlərə daş atır, onları vurur və qıcıqlandırırlar. İtlər uşaqları dişləyəndə isə deyirlər ki, it uşağımı dişlədi. Axı itin dili yoxdur özünü müdafiə edib desin ki, məni vurdular, mən də dişlədim. Uşaqlarda heyvanlara qarşı rəhmsizliyi valideynlər kultivasiya edir. Heyvanların da canı var, onları da ağrıdır. Uşaqlara heyvanlara, təbiətə sevgi tərbiyə etməyincə, mərhəmətsiz bir toplum yetişdirəcəyik. Əgər həqiqətən də itlər hamıya hücum edirsə, o zaman niyə heyvansevərlərə hücum edib, onları dişləmirlər? Heyvanlar maqnit sahəsini, yəni bizim fikir və hisslərimizi də görür və hiss edir. Əgər bizim içimizdə it qorxusu varsa, it bunu hiss edib hürəcək və arxamızca qaçacaq. Amma hürmək də onların danışıq dilidir. Hürmək heç də bizi dişləmək istədiyi anlamına gəlmir".
Heyvanlar aqressiyanı hiss edir. İtlərin hürüşü, hücumu özünümüdafiə xarakteri daşıyır. İtlərin uşaqları xilas etməsi barədə hadisələri xatırlayaq. Deməli, məsələ itlərdə deyil, insanlardadır. Şüurlu olan insandırsa, məsuliyyəti insan daşıyır. İtlər necə küçəyə düşür? İnsanlar onları evlərində saxlayıb bir oyuncaq kimi çölə atır və beləliklə onların sayları artır."

Heydər Əliyev Fondunun və BŞİH-in birgə layihəsi olan "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzindən BiG.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun əsas məqsədi Bakı şəhərində sahibsiz itlərin sayının idarə olunmasından ibarətdir: "Belə ki, fəaliyyətin əsas istiqamətləri Bakı şəhəri ərazisində tutulmuş itlərin qısırlandırılması, peyvəndlənməsi və xəstə itlərin evtanaziyasından ibarətdir. Mərkəzdə artıq bir necə briqadadan ibarət xüsusi təyinatlı nəqliyyat vasitələri fəaliyyət göstərir və ərazilərdə tutulmuş sahibsiz itlər briqadalar tərəfindən Mərkəzə gətirilir"

Qeyd edək ki, bir çox xarici ölkələrdə sahibsiz itlərlə davranışa dair təqdir olunası təcrübə var. Həmin ölkələrdə küçə itləri müvafiq qurumlar tərəfindən mütəmadi olaraq toplanılır, qısırlaşdırılır, vaksinasiya prosesi keçirir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1650   Tarix: 20 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.