Nabrana gedərkən qəzada ölənlər "Legion" klubunun üzvləri imiş - YENİLƏNİB + FOTO

Nabrana gedərkən qəzada ölənlər "Legion" klubunun üzvləri imiş - YENİLƏNİB + FOTOBu gün Bakı-Quba yolunda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə bəzi faktlar üzə çıxıb.

"Qafqazinfo"nun məlumatına görə, qəzaya uğrayan "Mercedes Vito" markalı avtomobildə olan şəxslər keçmiş hərbçilər, "Legion" Hərbi-Vətənpərvərlik Klubunun üzvləri imiş.

Onlar Bakıdan Nabrana istirahətə gedərkən Kamil Talışınskinin idarə etdiyi avtomobil aşıb.

Qeyd edək ki, dünyasını dəyişən keçmiş hərbçilərdən İham Əliyev Birinci Qarabağ müharibəsində də iştirak edibmiş. Onlar həm də Vətən müharibəsi iştirakçısı olub.

Xatırladaq ki, qəza nəticəsində sürücü 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü İlham Əliyev və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənov isə vəfat edib.

Qəzada ağır yaralanan sürücünün və vəfat etmiş Məhərrəm Həsənovla İlham Əliyevin fotolarını təqdim edirik:

Nabrana gedərkən qəzada ölənlər "Legion" klubunun üzvləri imiş - YENİLƏNİB + FOTONabrana gedərkən qəzada ölənlər "Legion" klubunun üzvləri imiş - YENİLƏNİB + FOTONabrana gedərkən qəzada ölənlər "Legion" klubunun üzvləri imiş - YENİLƏNİB + FOTONabrana gedərkən qəzada ölənlər "Legion" klubunun üzvləri imiş - YENİLƏNİB + FOTO13:43

Şabranda avtomobil qəzası nəticəsində dünyasını dəyişən üç şəxsin kimliyi məlum olub.

"Report"un məlumatına görə, Bakı-Quba avtomobil yolunun Şabran rayonundan keçən hissəsində "Mercedes-Vito" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 2006-cı il təvəllüdlü Səlimov İsbat Sadiq oğlu, 1979-cu il təvvəlüdlü Həsənov Məhərrəm Tofiq oğlu və 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəy oğlu ölüb.

Onların Bakıdan Nabrana istirahətə getdikləri bildirilir.

Qəza zamanı daha iki nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.

12:03

Şabran rayonunda ağır yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

"Report"un məlumatına görə, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Səfərov Əli Sərvan oğlu və 1980-ci il təvəllüdlü Talışınski Kamil Davud oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı ölmüş daha 3 nəfərin kimliyi müəyyənləşdirilir. Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2198   Tarix: 09 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin sa

16:39 229
.

Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Belə ki, Kamil

15:52 304
.

Zəfər Günü və Şuşa: tarixi qələbədən milli dirçəlişə uzanan Azərbaycanın güc salnaməsi

Azərbaycanın müasir dövlətçilik tarixində Zəfər Günü və Şuşanın azad edilməsi ilə bağlı hadisələr təkcə hərbi uğur deyil, həm də milli iradənin, siyasi qətiyyətin və tarixi ədalətin təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu hadisələrin mahiyyətini yalnız 44 günlük Vətən müharibəsinin nəticələri il

17:35 198
.

NOYABRDA "YAY HAVASI"NIN SƏBƏBLƏRİ

Son günlər havaların isti keçməsi insanları təəccübləndirir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 4-də 23-24 dərəcə isti gözlənilir. Noyabrda havaların belə isti olması normaldır və bunun səbəbləri nədir? . "Noyabr ayında Azərbaycan üçün normal hava temperaturu 17-1

16:38 282
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

13:58 437
.

Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?

Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri

12:07 265
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

10:11 313
.

Quru sərhədlər bağlı, aviabiletlər baha: Vətəndaşlar çıxış yolu axtarır

Quru sərhədlərin bağlı olduğu bir şəraitdə aviabiletlərin sürətlə bahalaşması vətəndaşların xaricə səfər imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə vəziyyətdə insanlar xarici ölkələrə getmək üçün əsasən hava nəqliyyatından istifadə etməyə məcbur qalırlar. Alternativ nəqliyyat imkanlarının məhdudluğ

14:22 291
.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

12:06 247
.