Baş nazirin müavinləri ilə dost olduğu deyilən "tender kralı" "taxtını" möhkəmləndirir

Baş nazirin müavinləri ilə dost olduğu deyilən "tender kralı" "taxtını" möhkəmləndirirAraşdırmalar göstərir ki, 2013-cü ildən 2022-ci ilə qədər Ramazan Mirzəyevə məxsus şirkətlərin dövlət qurumlarından udduqları tenderlerin ümumi həcmi 1,5 milyard manata yaxındır...

Azərbaycan iqtisadiyyatının korrupsiya üçün çoxsaylı zəif həlqələrindən biri dövlət tenderləridir. Dövlət satınalmalarında korrupsiya o qədər yüksəkdir ki, artıq bu hal bir çox deputatlar və dövlət məmurları tərəfindən açıq şəkildə etiraf edilir.

Poliqon xəbər verir ki, Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən illər ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri "tender kralı" kimi tanınan iş adamı Hacı Ramazan Mirzəyev hesab olunur. Ölkə mətbuatında Ramazan Mirzəyevin müxtəkif sahələrdə tenderləri udan onlarla, bəlkə də yüzlərlə şirkətinin adı açıqlanıb və bu şirkətlərin tenderləri udması bir qayda olaraq qanun pozuntusu ilə müşahidə olunub. Buna baxmayaraq Ramazan Mirzəyev hələ də ölkənin ən çox tender udan sahibkarı olmaqda dvam edir.

Bir qayda olaraq Ramazan Mirzəyev dövlət satınalmalarında iştirak edib qalib gələn MMC-ləri heç kimin tanımadığı adamların adına açır. Bəzən isə həmin adamlar özləri də bizneslə məşğul olduqlarını və bahalı tenderlərin qalibi olduqlarını bilmirlər. Bəzən isə Ramazan Mirzəyevə məxsus olan onlarla şirkət eyni ünvanda fəaliyyət göstərir.

Nə hikmətdirsə, illərdir dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış aparılan zaman da hansısa ciddi bir məlumata rast gəlmək mümkün deyil. Bu şirkətlərin nə rəsmi ünvanları, ofisləri, nə də sosial şəbəkələrdə hesabları var. On minlərlə manat dəyərində tenderlərin qalibi olan şirkətlərlə isə əlaqə saxlamaq mümkün deyil. Çünki heç yerdə bu şirkətlərin əlaqə məlumatıarı yoxdur.

Ümumilikdə dövlətdən on milyonlarla vəsait alan belə şirkətlərin şəffaflıqdan və hesabatlılıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının isə bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur və təəccüb doğurur.

Araşdırmalar göstərir ki, 2013-cü ildən 2022-ci ilə qədər Ramazan Mirzəyevə məxsus şirkətlərin dövlət qurumlarından udduqları tenderlerin ümumi həcmi 1,5 milyard manata yaxındır.

Bu şirkətlərin qazandığı tenderlərdə dövlət vəsaitinin bir hissəsinin mənimsənilməsi isə hər kəsədə şübhə doğurmur. Çünki qanuna zidd olaarq heç kimin tanımadığı, əlaqə məlumatları olmayan şirkətlərin tender qazanması qeyri-şəffaflıqdan və korrupsiya əməllərindən xəbər verir ki, burda da tender komissiyalarının qanunazidd fəaliyyətlərini qeyd etməmək mümkün deyil.

Məlumata görə, Ramazan Mirzəyev son illər daha çox nəzərə çarpmamaq üçün tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz edir.

İş adamına "tender kralı" titulunu qazandıran əsas şirkətləri isə "VEST-LTD" QSC ilə "İnpeks.N." MMC şirkətləridir.

Ramazan Mirzəyevin şirkətləri ilə bağlı apardığımız kiçik araşdırmada ortaya çıxan mənzərədə məlum olur ki, "tender kralı" Bakı Şəhər İcra Hakimiyyətinin, digər rayon icra hakimiyyətlərinin, həmçinin Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş Mədəniyyət Nazirliyininin, Elm və Təhsil Nazirliyinin və sair qurumların satınalmalarında ƏBƏDİ "qalib" olur.

İş adamı böyük tenderləri "VEST-LTD" QSC ilə "İnpeks.N." MMC şirkətləri ilə udsa da, digər kiçik satınalmalarda isə, əsasən, 10 manatlıq MMC-lərini işə qoşur.

Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə sahib olması ilə bağlıdır.

Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2019-2020-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan "Yukon-K", "Astok-5", "Foodr 21", "Vinsfud", "Vertus 2018", "Local LLC", "Green SS", "Ardo-2017", "Təchizat Servis-18", "Hermes-R Group", "Staples Holding","Aztex-NN Servis", "Gibernes MM", "Katlos 2020", "Local LLC", "Forvard-SS", "Olimpic HH", "Kross Good", "Faraon 200", "Rudel Marketing" MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Ramazan Mirzəyevlə və ona bağlı olan şirkətlərlə əlaqə saxlamağa çalışsaq da heç bir əlaqə məlumatı tapa bilmədik.

İddialarla bağlı Ramazan Mirzəyevin və ona bağlı olduğu iddia edilən şirkətlərin mövqeyini dərc etməyə hazırıq./Qlobal.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1392   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

01.11.2026 358
.

İran əhalisinin 70 faizi nüvə doktrinasının dəyişdirilməsini istəyir

İran əhalisinin təxminən 70 faizi İslam Respublikasının nüvə doktrinasına dəyişiklik edilməsini tələb edir. xəbər verir ki, bu barədə IRIB İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaeinin açıqlamasına istinadən məlumat yayıb. Rzaei bildirib ki, İran xalqı ölkənin nüvə doktrinasının dəyişdirilməsin

11:06 202
.

Hərbi xidmətdən boyun qaçıran 5 nəfərə - Cinayət işi açılıb

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. "Qafqazinfo" Hərbi Prokurorluğa istinadən xəbər verir ki, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirm

16:54 147
.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

01.11.2026 351
.

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind

17:12 150
.

Şəhər Günün mübarək, əziz Şuşa!

Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməs

11:50 201
.

Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib

Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim

01.11.2026 349
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

12:32 255
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

16:07 234
.