Azərbaycanda arvadından şübhələnən kişi çarpayının altına diktofon qoydu və... - TƏFƏRRÜAT
Balakən rayonunda arvadının xəyanətindən şübhələnən şəxs onu bıçaqlayıb.
Hadisə rayonun Hənifə kəndində baş verib. 1976-cı il təvəllüdlü N. İslamov (soyad şərtidir) həyat yoldaşı, 35 yaşlı R.Musayevaya (soyad şərtidir) bıçaqla ağır xəsarət yetirib. Qadın xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Araşdırmalar zamanı hadisənin xəyanət şübhəsinə görə törədilməsi üzə çıxıb. Barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmış N.İbrahimov ifadəsində deyib: "R.Musayeva ilə 2007-ci ildə evlənmişəm. Həyat yoldaşım 2021-ci ilin yayından Balakəndə bazarın ərazisindəki çörək sexində işləməyə başladı. Həmin ərəfədə həyat yoldaşımın işlətdiyi mobil telefonuna baxdıqda telefonuna daxil olan və çıxan zənglərin silindiyini görürdüm, bu da məndə şübhə yaratdı. Həm də həyat yoldaşım mənə çox soyuq davranırdı, bu da şübhələrimi artırdı. Bu səbəbdən onun kimlərlə əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək qərarına gəldim 2023-cü il yanvarın 6-da səhər öz telefonumun səsyazan funksiyasını açıb yataq otağımızda çarpayının altına qoydum. Bir neçə saatdan sonra telefonumu götürüb səs yazılarını dinlədim. Gördüm ki, səslərdə televiziya proqramlarında danışılanlar səslərlə yanaşı, tanımadığım kişi səsi də var. Lakin həmin şəxsin kim olduğunu bilmədim və bu səbəbdən arvadımın mənə xəyanət etdiyini düşünüb onu cəzalandırmaq qərarına gəldim. Yanvarın 12-də bu haqda düşündüklərimi ona dedim. Səs yazılarını ona dinlədib həmin kişi səsinin kimə aid olduğunu soruşdum. O isə israrla bunu inkar edərək mənə xəyanət etmədiyini bildirdi. Mən də əsəbləşərək başımla onun sifətinə zərbə vurdum. Onun dodağından qan axmağa başladı. O, üzünü tutub çarpayının üstünə yıxıldı. Mən də stolun üstündəki mətbəx bıçağını götürüb əvvəlcə onun gözünə, ardınca çiyninə, daha sonra isə digər nahiyələrinə vurdum".
N.İslamov arvadını bıçaqladıqdan sonra ona kömək etməyə başlayıb və qanını yuyaraq onu xəstəxanaya yola salıb. Özü isə polisə gedərək təslim olub.
Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan bıçaqlanan qadın ərini bağışladığını deyib və ondan şikayətçi olmayıb.
Cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə arvadını bıçaqlayan qısqanc kişiyə 2 il müddətinə həbs cəzası təyin edilib. (News24.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2946 Tarix: 16 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi
13:14 198 Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
10:35 281 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
01.11.2026 394 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
01.11.2026 403 Bu gün Şuşa sürətlə dirçəlir
"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda
11:52 174 Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy
12:55 182 ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ YENİ REALLIQLARIN FORMALAŞMASI
Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın işğaldan azad olunması xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və ordunun hərbi qüdrətinin təcəssümü kimi xüsusi yer tutur. Bu hadisələrin əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi nailiyyətlə məhdudlaşmır. Zəfə
12:16 172 Bill Klintondan Trampın Putinlə münasibətləri barədə açıqlama
ABŞ-ın keçmiş prezidenti Bill Klinton hazırkı prezident Donald Trampın Rusiya lideri Vladimir Putinə heyranlıqla yanaşdığını bildirib. xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb. "Prezident həqiqətən də ona heyranlıqla yanaşır. Hətta bir çox sahədə rəqibimiz olan Çin liderin
11:30 185 Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin
01.11.2026 346