Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."

Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Fidan (adlar şərti verilib - red.) üç qadını Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Fidan tanışı olan zərərçəkmişləri - Sevda, Nüşabə və Nərmini işlə təmin edəcəyi adı ilə Türkiyənin Artvin şəhərinə aparıb. Orada qrupun digər üzvü, şəxsiyyəti istintaqla araşdırılan Aqil adlı şəxlə cinayət əlaqəsinə girib.

Həmin qadınların paportlarını əllərindən alıblar, onları "Parabül" hotelinə yerləşdiblər. Hədə-qorxu altında həmin qadınları pul müqabilində kişi müştərilərlə görüşdürüblər.

Qadınların şikayəti əsasında Fidan İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Fidanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

"Mənə bilet aldılar"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fidan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, təxminən 2021-ci ilin avqust-sentyabr aylarından etibarən işsiz olub: "Azərbaycandan olan İradə adlı tanışım evlənib, hazırda Türkiyənin Artvin şəhərində yaşayır. İşsiz olduğum üçün İradə mənə Artvin şəhərində "Parabül" adlı hoteldə olan restoranında xidmətçi kimi işləyəcəyimi bildirdi. Onun qayınatası Səlim hotelin müdiri idi.

İradə bildirdi ki, yol xərclərini və COVİD-19-la bağlı test xərclərini də özləri ödəyəcəklər. Hoteldə gündəlik 200 türk lirəsi maaş alacaıma söz verdilər. İşsiz olduğum üçün İradə ilə razılaşdım. Hotelin sahibləri mənə bilet aldılar və Bakıdakı tanışları vasitəsilə mənə 100 manat pul göndərdilər.

Təyyarə ilə Naxçıvana getdim. Oradan dа avtomobillə Artvin şəhərinə yollandım".

Fidanın sözlərinə görə, Artvin şəhərində "Parabül" hotelində Səlim adlı şəxs onu qarşılayıb: "Məni hoteldə bir otağa yerləşdirdi. Pasportumu qeydiyyat bölməsinə verdi. Təxminən 20-30 dəqiqə sonra pasportumu özümə qaytardılar. Səlim mənə harada nə işləyəcəyimi izah etdi. Mən də hotelin sahiblərinin dediyi kimi orada xidmətçi kimi işləməyə başladım".

"Sevgilisi ilə hotelə gəldi"

Fidan qeyd edib ki, 2022-ci ilin yanvar ayının əvvəllərinə qədər işlədikdən sonra Azərbaycana qayıdıb: "Bir ay burada qaldıqdan sonra fevral ayının əvvəllərində yenidən Artvin şəhərində "Parabül" hotelində işləməyə başladım. Martın 17-də yenidən Azərbaycana qayıtdım. Oktyabr ayında Тürkiyəyə getdikdə hoteldə qaldım. Təxminən noyabr ayının ortalarında hotel rahat olmadığı üçün pul toplayaraq hoteldən təxminən piyada 12-15 dəqiqəlik məsafədə özümə ev tutdum və ora yerləşdim.

Restoranda iki iş rejimi vardı. Saat 08.00-dan 22.00-a qədər birinci növbə idi. İkinci növbə saat 20.00-dan 03.00-a qədər idi. Mən hər iki iş rejimində işləyirdim.

Zərərçəkmiş Sevdanı uzun illərdir tanıyıram, yaxın rəfiqəm olub. Onun Cahit adlı Türkiyə vətəndaşı olan bir sevgilisi var idi. Onlar birlikdə istirahət etmək məqsədilə işlədiyim hotelə gəldilər. Bir müddət oteldə qaldıqdan sonra getdilər. Sevda hoteldə işləməyib və onun müştəri ilə görüşməsini görməmişəm".

"Aqil Nüşabəni bəyənmədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş Nüşabəni Bakı şəhərində ad günü məclislərinin birində tanıyıb: "Restoranda işləyən zaman Nüşabə də İstanbul şəhərində fahişəliklə məşğul olurdu. Aqil adlı şəxslə münasibət qurduqdan sonra onunla cinsi əlaqədə olmaq üçün Artvin şəhərinə dəvət etdi. Lakin Aqil Nüşabəni bəyənmədiyi üçün onunla bir neçə gün Səlim qaldı. Onlar cinsi əlaqədə olduqdan sonra Nüşabə oradan getdi. Ondan sonra Nüşabəni görməmişəm.

Nüşabə özü Aqili İradə vasitəsilə tanıyıb. Onları mən tanış etməmişəm. Nüşabəni orada heç kim cinsi istismar etməyib. O özü İstanbul şəhərində bir qadının yanında fahişəliklə məşğul olurdu.

Nüşabə pul qarşılığında Səlimlə görüşüb. Xatırladığım qədəri ilə Nüşabə Səlimlə görüşdükdən sonra bir neçə də gün də həmin hoteldə qalaraq xidmətçi işləyib. Bundan sonra oradan gedib".

"Heç birini cinsi istismar etməmişəm"

Təqsirləndirilən şəxs bildirib ki, Nərminlə məclislərin birində tanış olub: "Nərmin də həmin hotelə işləməyə gəlmişdi. Deyirdi ki, Səlimin dostu Mustafa vasitəsilə gəlib. Nərmin də mənim kimi restoranda xidmətçi kimi fəaliyyət göstərdi.

Aqil Səlimin köməkçisi idi və onun işlərini görürdü. Mən zərərçəkmiş şəxslərdən heç birini cinsi istismar etməmişəm. Onlarla əlaqəm olmayıb".

"Retoranda xidmətçi işləyəcəyimi düşündüm"

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, təqsirləndirilən Fidanı 2014-cü ildən etibarən tanıyır:

"Məclislərin birində tanış olmuşduq, normal münasibətlərimiz vardı. Hərdənbir əlaqə saxlayırdıq. Təxminən 2017-ci ildən etibarən Türkiyəyə gedib, oradan paltar gətirib və burada tanışlarıma satmışam.

Fidan 2021-ci ilin oktyabr ayının əvvələrində yaşadığım evdə olan zaman mənə zəng etdi, məni Türkiyənin Artvin şəhərinə dəvət elədi. Orada restoranda yüksək gəlirli iş olduğunu bildirdi. Özünün də orada olduğunu və işlədiyini dedi. Maddi sıxıntılarım olduğu üçün razılaşdım. Lakin getmək üçün pulumun olmadığını bildirdim.

Fidan narahat olmamağı, yol xərclərini özünün verəcəyini, daha sonra işləyərək qaytara biləcəyimi bildirdi. Mən də razılaşdım. Həmin vахt Fidan artıq Türkiyəyə getmişdi. Razılıqdan sonra Fidan məndən pasportumun elektron surətini istədi, mən də göndərdim. Fidan mənə bilet təşkil etdi, COVİD-19 testi üçün 100 manat göndərdi".

Sevda bildirib ki, 2021-ci ilin noyabrın 15-də təyyarə ilə Naxçıvan şəhərinə, oradan isə avtomobillə Artvin şəhərinə gedib: "Orada məni Fidan və onun tanışı, Türkiyə vətəndaşı olan Aqil adlı şəxs qarşıladı. Aqilə məxsus hoteldə yerləşdim. Hotelin birinci mərtəbəsi restoran olduğundan orada xidmətçi işləyəcəyimi düşündüm".

"Məni hədələməyə başladılar"

Sevda deyib ki, təxminən noyabrın 15-də hotelə çatıb: "Oraya gəldikdə Fidan pasportumu aldı ki, məni hoteldə qeydiyyata salsın. Noyabrın 16-da Fidana hansı işlə məşğul olacağımı soruşdum. Restoranda yaxşı qazanc çıxmadığını, onun tapdığı kişi müştərilərlə görüşüb, cinsi əlaqədə olacağımı söylədi. Mən belə danışmadığımızı, heç zaman fahişəliklə məşğul olmadığımı, bu işi özümə uyğun görmədiyimi bildirdim.

Fidan buraya gəlməyim üçün xərc çəkdiyini, ona borclu olduğumu və nə deyirsə, edəcəyimi bildirdi. Pasportum Fidanda olduğu üçün əlacsız qaldım. Çünki Artvində başqa tanışım yox idi.

Fidan tanışı Aqilin şəhərdə nüfuzlu şəxs olduğunu dedi və onun əli ilə istənilən pisliyi mənə edə biləcəyini bildirdi. Aqil özü də məni hədələməyə başladı. Artıq aənədsiz qaldığımı, onun nəzarəti altında olduğumu, nə istəsə, onu edə biləcəyini söylədi.

Fidan mənə görə 300 manata yaxın yol xərci çəkdiyini bildirdi. Məcbur qalıb Fidanın dedikləri ilə razılaşmalı oldum".

"Hoteldə cinsi əlaqədə olmuşam"

Zərərçəkmişin ifadəsinə görə, həmin gündən Fidan onu kişi müştərilərə təqdim edib və qazanc əldə edib:

"Hər gün məni tapdığı bir neçə kişi müştəriyə təqdim edirdi. Mən də мüştərilərlə hotel daxilində görüşüb, cinsi əlaqədə olurdum. Sənədim olmadığı üçün hoteldən çıxa bilmirdim.

Təxminən noyabrın 23-də Fidanla mübahisə etdim. Atamın 40 mərasimini yola vermək üçün məcbur Azərbaycana getməli olduğumu bildirdim. Fidan mənimlə razılaşmaq məcburiyyətində qaldı. Lakin qayıdıb gəlməli olduğumu dedi. Mən də ona yalandan qayıdacağımı vəd etdim. 2021-ci ilin noyabrın 24-də Bakıya qayıtdım".
Ətraflı

"İstanbula mal almağa getmişdim..."

Digər zərərçəkmiş Nüşabənin sözlərinə görə, Fidanı təxminən 2021-ci ilin sentyabr ayında rəfiqələrindən birinin ad günü məclisində tanıyıb: "Mobil nömrələrimizi bir-birimizə verdik ki, vatsap vasitəsilə əlaqə saxlayaq. Bir müddət danışdıqdan sonra münasibətimiz daha yaxın oldu. Hərdən zəngləşib danışırdıq.

Fidan bildirdi ki, yaxın vaxtda Türkiyəyə gedəcək, mənə özü ilə birlikdə getməyi və orada restoranda işləməyi təklif etdi. Mən də razılaşdım".

Nüşabə qeyd edib ki, 2021-ci ilin oktyabrın sonunda Fidanın Türkiyəyə getdiyi öyrənib: "2022-ci ilin yanvarında mən də İstanbul şəhərinə getdim. Məqsədim ticarət edib, pul qazanmaq idi. Orada olanda Fidan mənimlə əlaqə saxladı.

Söhbət əsnasında Fidana İstanbul şəhərinə gəldiyimi, satmaq üçün mal alıb geri qayıtmaq fikrində olduğumu dedim. O mənə Artvin şəhərində tanıdığı Aqil adlı şəxsin restoranında işləməyi təklif etdi. Hətta Aqilin mənim yol xərcimi ödəyəcəyini də dedi. Restoranda işlədikdən sonra daha çox mal alaraq Bakı şəhərində sata biləcəyimi bildirdi. Təkliflə razılaşdım.

Fidan mənə Aqilin nömrəsini verdi və onunla əlaqə saxlamağı məsləhət gördü.

Aqil məndən pasportumun şəklini istədi, göndərdim. Bildirdi ki, mənə İstanbuldan Trabzona təyyarə bileti alıb".

"Çıxılmaz vəziyyətdə qaldım"

Nüşabənin ifadəsinə görə, 2022-ci ilin fevralın 5-də Artvin şəhərinə gəlib: "Məni Aqil qarşıladı, özünə məxsus oteldə yerləşdirdi. Qeydiyyat üçün pasportumu aldı. Söhbət zamanI bildirdi ki, mən restorana gələn müştərilərlə görüşüb, cinsi əlaqədə olmalıyam. İşimin bundan ibarət olacağını söylədi.

Aqilə etiraz etsəm də, Fidanın özü də 2-3 günə Artvinə gələcəyini, özünün mənə nəzarət edəcəyini dedi. Sənədlərim əlimdə olmadığı üçün hoteldən çıxa da bilmədim. Aqil bildirdi ki, burada yüksək nüfuzu var və mənə hər şey edə bilər. Çıxılmaz vəziyyətdə qaldım və məcburiyyət qarşısında razılaşdım".

Nüşabənin ifadəsinə görə, Aqil fevralın 6-dan etibarən onu hotelə gələn kişi müştərilərə təqdim etməyə başlayıb: "Müştəridən pulu özü götürürdü. Üç gün Aqil mənə kişi müştərilərlə görüşdürdü. Məni hoteldən çıxmağa qoymadılar. Sənədlər də Aqil də idi.

Üç gündən sonra Fidan otelə gəldi. Ona bildirdim ki, fahişəliklə məşğul olmaq istəmirəm. Fidan da hədə-qorxu gəldi ki, məni tanışlarımın yanında rüsvay edəcək. Obyektin sahibinin Аqil olduğunu və o nə deyirsə, etməli olduğumu dedi. Məcbur qalaraq razılaşdım. Bundan sonra Fidan mənə nəzarət etməyə başladı. Müştəriləri Fidan tapırdı və müştərilərdən pulu özü alırdı".

"Özümə gələ bilmədim"

Nüşabə qeyd edib ki, fevralın 14-nə kimi Fidan onu məcburi qaydada kişilərə təqdim edib: "Etiraz etdikdə məni bir neçə dəfə döydü və ölkədən deportasiya etdirməklə hədələdi. Dedim ki, məni sərbəst buraxmasan, polisə şikayət edəcəm.

Fidan fikrimin ciddi olduğunu gördü. Məni sərbəst buraxdı. Pulum olmadığı üçün məcbur olaraq Bakıda tanışlarıma zəng etdim, bilet almaq üçün pul istədim.

Azərbaycana qayıtdım, bir daha Fidanla əlaqə saxlamadım. Bakı şəhərinə qayıtdıqdan sonra bir müddət özümə gələ bilmədim. Sıxıntılar keçirməyə başladım. Özümə gəldikdən sonra Fidanın barəsində polisə müraciət etdim".

"Tanışımın hoteli var"

Digər zərərçəkmiş Nərminin sözlərinə görə, Bakı şəhərində restoranlarda xidmətçi kimi işlədikdən sonra Türkiyəyə gedib və orada da restoranlarda xidmətçi kimi işləməyə başlayıb: "Təxminən 2021-ci ilin sentyabrında məclislərin birində Fidanla tanış oldum. Söhbət zamanı Türkiyəyə gedib, orada restoranlarda işlədiyimi bildirdim. Fidan da Türkiyəyə tez-tez getdiyini, tanışının hotelinin olduğunu və orada işlədiyini bildirdi.

Aramızda səmimi münasibət yarandı, mobil nömrəmizi götürdük ki, bir-birimizlə əlaqə saxlamağa başlayaq".

Zərərçəkmiş deyib ki, 2021-ci ilin oktyabrın axırlarında Fidanla danışıq zamanı Aqil adlı Türkiyə vətəndaşının hotelində işlədiyini deyib: "Mən onun Artvin şəhərində nə işlədiyini soruşdum. O da restoranda işlədiyini dedi.

Həmin zaman karantin rejimi ilə əlaqədar Türkiyəyə gedib orada iş tapa bilmədim. Bakı şəhərində də işsiz qaldığım üçün maddi sıxıntılarım oldu.

Fidan təklif etdi ki, əgər istəsən gəl, yanında işlə. Bildirdi ki, hotelin sahibi Aqil adlı şəxslə yaxın münasibətləri var və həmin şəxsdən məni işə götürməsi üçün xahiş edə bilər. Daha sonra Aqilə bu barədə dediyini, gəlmək üçün heç bir problem olmadığını, hətta bütün yol xərclərinin Aqil tərəfindən qarşılanacağını, daha sonra burada işləyib, həmin pulu ödəyə biləcəyimi bildirdi. Mən də bu təklifi qəbul etdim.

Fidan mənə bir nəfər vasitəsilə 90 manat da pul göndərdi ki, COVİD-19-la bağlı testdən keçim. Daha sonra pasportumun fotoşəklini Fidana göndərdim və mənim üçün bilet aldı".

"Əvvəl Tbilisiyə, oradan da..."

Nərminin ifadəsinə görə, 30 оktyabr 2021-ci ildə Bakı Hava Limanından təyyarə vasitəsilə Tbilisi şəhərinə, oradan da taksi ilə Türkiyənin Artvin şəhərinə birbaşa Fidanın dediyi "Parabül" hotelinə gedib:

"Oktyabrın 30-da axşam saatlarında həmin hotelə çatdım. Orada qarşıladılar, otağa yerləşdirdilər. Hotelin aşağı hissəsində restoran vardı. Həmin restoranda işləyəcəyimi fikirləşdim.

Fidan pasportumu aldı ki, məni hoteldə qeydiyyata salsın. Bir gecə hoteldə qaldıqdan sonra səhəri gün Fidan və Aqillə söhbət zamanı iş barədə suallar verdim. Fidan bildirdi ki, burada işim hotelin restoranına gələn kişi müştərilərlə cinsi əlaqədə olmaqdan ibarət olacaq.

Mən etiraz etdim və xidmətçi kimi işləmək istədiyimi, buraya onun üçün gəldiyimi bildirdim. Aqil və Fidan mənə hədələr gəlməyə başladılar. Mənə hoteldən çıxmağa icazə verilmədi. Pasportsuz da çıxa bilmədim. Aqil və Fidanla razılaşmaq məcburiyyətində qaldım".

"Pulun yarısı mənə çatırdı"

Nərmin deyib ki, оktyabrın 31-dən etibarən Fidan və Aqli onu hotelin restoranına gələn kişi müştərilərlə pul müqabilində görüşdürməyə başlayıblar: "Aqil əsasən mənin qorxudur, hoteldən çıxamağa icazə verirdi. Fidan isə gündəlik olaraq mənimlə restorana gedirdi. Müştəri məni görüb bəyəndiyi halda müştəri ilə danışır, pul barədə razılığa gəlirdilər. Hər müştəridən 1000 türk lirəsi pul alırdı. Həmin pulun 500 lirəsini mənə verirdi. Qalan 500 lirəni isə Aqillə öz aralarında bölüşdürütdülər.

Bu qaydada Fidan məni 3 yanvar 2022-ci il tarixədək kişi müştərilərlə görüşdürüb, onlarla cinsi əlaqədə olmağa məcbur edirdi.

Fidana orada qala bilmədiyimi və evə qayıtmaq istədiyimi bildirdim. O da artıq yaşayış müddətini pozacağımı gördü və mənimlə razılaşdı. Fidanla yanvarın 4-də avtobusla Naxçıvanа, oradan da təyyarə ilə Bakı şəhərinə gəldik.

Bakıya gələndən sonra Fidanla bütün münasibətləri kəsdim. Bir müddət sonra restoranda işləmək üçün İstanbul şəhərinə getdim. Bir müddət sonra yenidən Bakıya qayıtdım.

Bakıda оlarkən Fidan barədə şikayətlər edildiyini eşitdim. Mən də İnsan Alverinə qarşı Mübarizə baş İdarəsinə gələrək Fidanın barəsində şikayət еtdim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Fidan 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

TOP MP3