Bakı Təhsil İdarəsinin şübhəli tenderləri - Yüz minlər hara axıdılır?

Bakı Təhsil İdarəsinin şübhəli tenderləri - Yüz minlər hara axıdılır?Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-cü ilin iyul ayının 12-də "İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Sonxeber.az xəbər verir ki, bu satınalmanın məbləği 153.128 manat, qalibi isə "Formul" (Vöen: 1307189931) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sifarişçi olduğu satınalmada qalib elan etdiyi "Formul" MMC 2021-ci ilin iyun ayının 10-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi, ev 202, mənzil 14 ünvanı, qanuni təmsilçisi isə Əhmədov Cəlil Mirqiyas oğludur. "Formul" MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-cü ilin iyul ayının 12-də "İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan etdiyi "Formul" MMC heç də sifarişçi müəssisəyə yad olan təşkilat deyil. "Formul" MMC-nin qanuni təmsilçisi Əhmədov Cəlil Mirqiyas oğlunun qanuni təmsilçisi olduğu daha bir MMC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sifarişçi olduğu satınalmada qalib elan edilib.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci ilin sentyabr ayının 29-da "Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müxtəlif tədbirlərin və layihələrin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 94.926 manat smetası olan bu satınalmada "MACİS CONSULTİNG" (VÖEN: 2005840331) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"MACİS CONSULTİNG" MMC 2019-cu ilin sentyabr ayının 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani, ev 17, mənzil 17, qanuni təmsilçisi isə Əhmədov Cəlil Mirqiyas oğludur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müxtəlif layihələr və tədbirlər təşkil edəcək "MACİS CONSULTİNG" MMC-nin də fəaliyyət profili, müvafiq lisenziyaları, işçi qüvvəsi, maddi bazası barədə açıq internet resurslarında məlumat yoxdur.

Fəaliyyət profilləri və lisenziyaları barədə açıq internet resurslarında məlumat olmayan, qanuni təmsilçisi eyni şəxs olan "Formul" və "MACİS CONSULTİNG" MMC-lərin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iki lot üzrə ümumilikdə 248.054 manatlıq satınalmada qalib elan edilməsi bir sıra suallara yol açır.

Qlobal.az məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən mövqe öyrənib. İdarənin açıqlamasında deyilir:

"Hər iki müsabiqə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmişdir. Sözügedən müsabiqələrdə iştirak edən iddiaçıların təqdim etdiyi bütün qiymət təklifləri tender komissiyası tərəfindən qiymətləndirildikdən sonra "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası qanununun 6-cı maddəsində göstərilən tələblərə uyğun gələn və ən sərfəli təkliflə çıxış edən şirkət (şirkətlər) qalib elan olunmuşdur. Tenderin nəticələri haqqında yekun protokol tərtib edildikdən sonra protokolun surəti "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.5-ci maddəsinin tələbinə əsasən müvafiq dövlət qurumlarında qeydə alınmışdır. Nəzərinizə çatdırırıq ki, keçirilən müsabiqələr barədə ictimaiyyətə açıq olan məlumatlar Dövlət satınalmalarının vahid internet portalının müvafiq bölmələrində yerləşdirilmişdir. Bundan əlavə, qanunvericiliyə əsasən müxtəlif illərdə və müxtəlif müsabiqələrdə iştirak edən şirkətlərin təsisçisinin eyni şəxs olması həmin şirkətlərin müsabiqələrdə iştirakını məhdudlaşdırmır. Müraciətinizdə qeyd olunan digər iddialar da tamamilə əsassızdır. Onu da qeyd etmək lazımdır ki, keçirilən tender prosedurlarında şəffaflıq və dövlət büdcəsinə qənaət edilməsi prinsipləri, eyni zamanda qanunvericiliyin tələbləri hər zaman diqqət mərkəzində saxlanılır".

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevadır.

O, 2020-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilib. /qlobal.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 897   Tarix: 18 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

01.11.2026 398
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

01.11.2026 342
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerj

10:00 221
.

Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi

13:14 155
.

Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind

01.11.2026 354
.

ABŞ-da ara seçkilərdən sonra Pentaqonu hansı araşdırmalar gözləyə bilər?

Pentaqon ABŞ-da keçiriləcək ara seçkilərdən sonra Konqresdə siyasi tərkibin dəyişəcəyi təqdirdə Demokratlar tərəfindən aparıla biləcək araşdırmalara hazırlaşır. xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində ən yüksə

10:44 166
.

Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ

Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi

01.11.2026 381
.

Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama

"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy

12:55 155
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

12:34 164
.