Xəstəxana əməkdaşı müdirin otağında intihara cəhd etdi - FOTO
24 saylı Suraxanı Tibb Mərkəzinin kargüzar vəzifəsində çalışan əməkdaşı, 45 yaşlı Nurlana Cavadzadə bir neçə gün öncə intihara cəhd edib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nurlana Cavadzadənin intihara cəhd etməsinə səbəb Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyevin qərəzli töhmət qərarı verməsi olub.
Qanunsuz töhmət alan Nurlana Cavadzadə özünü Suraxanı Tibb Mərkəzinin direktor müavini Südabə Yaqubovanın 4-cü mərtəbədə yerləşən otağının pəncərəsindən atmaq istəyib. Südabə Yaqubova son anda onu intihardan xilas edib.
Məsələ ilə bağlı Nurlana Cavadzadə faktı Demokrat.az-a təsdiqləyib.
O deyib ki, hadisə təxminən bir həftə əvvəl yaşanıb:
"Məni işdə təkləyiblər. Elə vəziyyətə çatdırıblar ki, direktor müavininin otağının pəncərəsindən özümü atmaq istədim. Məni 3 aydır işimdən uzaqlaşdırıblar, otağıma girməyə qoymurlar, kompüterimi əlimdən alıblar. Yerimə sığorta işçisini gətirib qoyublar. O, bütünlüklə mənim kompüterimə nəzarət edir, əvəzimə məktubları cavablayır. Mənə deyirlər ki, guya, hansısa informasiyaları harasa ötürürəm. Əsassız səbəblərdən mənə töhmət veriblər. TƏBİB-ə şikayət məktubu göndərmişəm, 7 günə rəsmi cavab verilməliydi, hələ də müraciətim cavabsız qalıb. Məni psixoloqa yönəltdilər. O da hansısa psixotrop dərmanlar yazdı. İstəyirdilər ki, həmin dərmanları içim, psixotrop maddənin təsiri altında intihara cəhd etdiyimi desinlər. Müdiriyyət 4 gün əvvəl məni çağırdı otağına. Kadrlar şöbəsinin müdiri Tahirə xanım, İnzibati işlər üzrə direktor müavini Xanlar Əlimuradov, Texniki təminat – təchizat idarəsinin müdiri Habil Rəhimov, Həmkarlar İttifaqının sədri Lalə xanım – bu insanlar orada mənə qarşı yığışmışdı. Hərəsi əlində bir aktla məni günahklar çıxarırlar".
N.Cavadzadənin sözlərinə görə, onu rəsmi qurumlara yazdığı məktubları geri götürməyə vadar edirlər:
"Müdiriyyət mənə deyir ki, TƏBİB-ə yazdığım şikayət məktubundan imtina et, de ki, psixotrop maddənin təsiri altında intihara cəhd etmisən. Əgər haqlıdırlarsa, niyə məni şikayətimi geri götürməyə məcbur edirlər?!
İşimdə hər zaman məsuliyyətli olmuşam. Bu işdə keçmiş müdiriyyət Aybəniz Sanıyevanın birbaşa əli var. Kadrlar şöbəsinə dedim ki, əmrimi verin. Əmrin üzərinə yeni direktorun adını yazıblar. Kadrlar şöbəsinin müdiri məndən soruşur ki, əmrə kimin adını yazım? Dedim ki, indiki müdirin adını yaz. O isə imzalamaqdan imtina etdi ki, bu mənim dövrümdə olmayıb. Əgər ştat cədvəlində mənim kargüzar vəzifəsində çalışdığım qeyd olunubsa, niyə mənim masamın arxasında başqa şöbənin əməkdaşı oturmalıdır?! Kollektivlə münasibətim yaxşı olub həmişə. Yeni müdir gələndə mənə dedi ki, haqqınızda eşitmişəm. Demək, sadaladığım şəxslər ona haqqımda yanlış məlumatlar veriblər".
Məsələ ilə bağlı TƏBİB hələlik açıqlama verməyib.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2010 Tarix: 20 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs
12:35 19 Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu
Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb. xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akı
01.11.2026 410 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
01.11.2026 384 Bill Klintondan Trampın Putinlə münasibətləri barədə açıqlama
ABŞ-ın keçmiş prezidenti Bill Klinton hazırkı prezident Donald Trampın Rusiya lideri Vladimir Putinə heyranlıqla yanaşdığını bildirib. xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb. "Prezident həqiqətən də ona heyranlıqla yanaşır. Hətta bir çox sahədə rəqibimiz olan Çin liderin
11:30 131 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
12:07 77 Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
10:17 201 Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
10:35 211 Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
01.11.2026 387 "Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ
"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ
12:03 112