14 min manata istirahət: Bağ evlərinin cib yandıran kirayə qiymətləri

14 min manata istirahət: Bağ evlərinin cib yandıran kirayə qiymətləri"Cari ilin yay mövsümündə Bakıətrafı kəndlərdə bağ evlərinin kirayə qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə ciddi artım müşahidə olunur".

Bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

O bildirib ki, hazırda bağ evlərinin aylıq kirayə haqqı 700-14 000 manat arasında dəyişir.

Orta qiymətin isə 3 000-3 500 manat arasında dəyişdiyini söyləyən ekspertin sözlərinə görə, bu qiymətlər daha çox hovuzu olan, dənizə yaxınlığı ilə seçilən, digər infrastrukturlara malik evlərə aiddir:
"Adi bağ evlərinin kirayə haqqı isə təxminən 700-1 000 manat arasında dəyişir ki, bu da ötən illə müqayisədə 15-20 faiz çoxdur. Bu da onunla bağlıdır ki, ölkənin quru sərhədləri bağlı olduğu və təyyarə uçuşları baha olduğu üçün vətəndaşlar xarici ölkələrə gedə bilmirlər. Buna görə də ya regionlarda, ya da paytaxtın müxtəlif yerlərində dincəlməyə üstünlük verirlər. Ötən il 700 manata olan bağ evlərini bu il 1 000 manata, 1 000 manata olanları isə bu il 1 200-1 300 manata təklif edirlər".

R.Qasımzadə ötən il daha yüksək qiymətə təklif olunan bağ evlərində isə cari ildə elə də ciddi artımın qeydə alınmadığını diqqətə çatdırıb:

"Belə ki, ötən il aylıq kirayə dəyəri 5 000 manatdan yuxarı olan bəzi bağ evləri bu il də eyni qiymətə təklif olunur. Ona görə ki, bu il həmin evlərə tələbat elə də yüksək deyil. Bu gün əsas tələbat qiyməti 1 000-2 500 manat arasında dəyişən evlərlə bağlıdır. Bu da onunla əlaqədardır ki, həmin evin hovuzu və digər infrastrukturları var və kirayənişinlər rahat şəkildə dincələ bilirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnstaqram 10 ildən sonra loqosunu buna görə dəyişdi

"Instagram" sosial şəbəkəsi tətbiqdə istifadə edilən yazılı loqotipini son 10 ildə ilk dəfə yeniləyib. xəbər verir ki, bu barədə "Instagram"ın rəhbəri Adam Mosseri məlumat yayıb. Onun sözlərinə görə, tətbiqin yuxarı hissəsində görünən "Instagram" yazısı 10 il ərzində dəyişməyib

14.08.2026 231
.

Bu gündən metronun "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. BİG.AZ xəbər verir ki, AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni"

10:18 128
.

NASA-nın yayımında Krımla bağlı qalmaqallı xəritə

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) 12 avqustda Günəş tutulması ilə bağlı canlı yayımında Krım Rusiya ərazisi kimi göstərilib. BİG.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov bildirib. Onun sözlərin

10:15 111
.

Bu ölkələr "Avroviziya"ya qatıla bilməyəcək

"Avroviziya" mahnı müsabiqəsinin təşkili ilə bağlı qaydalarda dəyişiklik edilib. Axşam.az xəbər verir ki, yeni qaydalara əsasən, silahlı münaqişə aparan ölkə müsabiqəyə ev sahibliyi edə bilməyəcək. Avropa Yayım İttifaqının (EBU) açıqlamasında bildirilib ki, qalib ölkədə və ya ona yaxın ərazid

14.08.2026 278
.

Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər

Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə

14.08.2026 249
.

İranın dəniz blokadası nə qədər davam edəcək? - AĞIR ŞƏRTLƏR

ABŞ İranın limanlarına və dəniz daşımalarına tətbiq etdiyi blokadanı müddətsiz davam etdirə biləcəyini açıqlayıb. -ın "Reuters"-ə istinadən məlumatına görə, ABŞ müdafiə naziri Pit Heqset donanmanın bölgədəki gəmilərini növbəli şəkildə dəyişdirərək blokadanı istənilən qədər saxlamaq imkanın

14.08.2026 216
.

Mobil bazarda rəqabət niyə zəifdir? - Əsas səbəblər açıqlanır

"Yeni operatorun mobil rabitə bazarına daxil olmasının qarşısında duran əsas maneələri bir neçə qrupda ümumiləşdirmək olar". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fəri

14.08.2026 297
.

Ərimə sürəti proqnozları üstələri: Milyonlarla ev su altında qala bilər

Süni intellekt dəstəkli yeni araşdırmada dünya üzrə dağ buzlaqlarının əriməsi halında okeanların səviyyəsinin nə qədər yüksələ biləcəyi hesablanıb. Əldə edilən nəticələr həm sahilyanı şəhərləri gözləyən təhlükənin, həm də milyardlarla insanın su təminatını təhdid edən prosesin miqyasını göstərir. Qaynarinf

14.08.2026 215
.

Azərbaycanda yeni informasiya sistemi yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sözügedən Fərmana əsasən, "Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə"

14.08.2026 230
.

TOP MP3