Litvalı jurnalist: "Dünya Xocalı soyqırımına göz yummasaydı, Srebrenitsa, Buça faciələri olmazdı"
"Qarabağda faciəli hadisələr baş verəndə, erməni silahlıları dinc əhalini qətlə yetirəndə, Xocalıda soyqırım törədiləndə - bir gecədə 600-dən çox dinc sakin, o cümlədən qocalar, qadınlar və uşaqlar öldürüləndə beynəlxalq media susurdu".
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən litvalı jurnalist Riçardas Lopaitis jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, 1992-ci ilin fevralında, yəni Birinci Qarabağ müharibəsinin qızğın dövründə Qarabağda, hadisələrin episentrində olub: "Əgər o vaxt dünya mediası susmasaydı, əsl soyqırımının baş verdiyi faciəli hadisələrə göz yummasaydı, bu hadisələr sonradan Buçada (Ukrayna) və başqa yerlərdə təkrarlanmazdı. Sonra erməni siyasətçiləri tərəfindən xeyli dezinformasiyalar yayıldı, onlar Xocalı faciəsi ilə bağlı həqiqətləri gizlətməyə çalışırdılar. Əgər beynəlxalq media bu ərazilərdə gəlsəydi, bununla bağlı həqiqətlər dünyada eşidilərdi".
R.Lopaitisin sözlərinə görə, o zaman Qarabağda, Xocalıda və başqa yerlərdə qətlə yetirilən azərbaycanlıların meyitlərini çox az sayda jurnalist görmüşdü: "Hətta ən nüfuzlu media orqanların – "Reuters", BBC-nin və s. jurnalistləri belə oraya səfər etməmişdi...".
O, həmin faciəli hadisələrlə bağlı xatirələrini bölüşüb və bildirib ki, o zaman bundan sonra da həqiqəti yazacağına, haqq-ədalət uğrunda mübarizə aparacağına söz verib: "Sonrakı işlərimdə, yəni Çeçenistanda və digər "qaynar nöqtələr"də çalışan zaman məhz belə etdim".
Litvalı jurnalist qeyd edib, başqaları üçün sadəcə qala və daş, amma hər bir azərbaycanlı üçün isə doğma şəhər, Azərbaycan muğamının, tanınmış şair, yazıçı və mütəfəkkirlərinin vətəni, Qafqazın mirvarisi və ölkənin mədəniyyət paytaxtı olan Şuşada olduğuna görə çox xoşbəxtdir: "Mən buraya qayıdacağımıza, Qarabağın yenidən çiçəklənəcəyinə hər zaman inanır və ümid edirdim".
Onun sözlərinə görə, lakin əvvəllər Şuşada çay və ya kofe içəcəyini xəyalına belə gətirmirdi.
R.Lopaitis Qlobal Media Forumuna dəvətə və 30 ildən sonra Qarabağın dirçəlişini gözləri ilə görə bildiyinə görə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə minnətdarlığını bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 546 Tarix: 22 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
01.11.2026 324 Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
01.11.2026 355 XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
01.11.2026 758 Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
01.11.2026 243 Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində
01.11.2026 453 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
01.11.2026 222 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq
Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı
01.11.2026 306 Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
01.11.2026 291 ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
01.11.2026 251