Əhaliyə VACİB XƏBƏR-Dəfn sığortası tətbiq OLUNACAQ?

Əhaliyə VACİB XƏBƏR-Dəfn sığortası tətbiq OLUNACAQ?Ölüm bioloji bir proses olmaqla yanaşı, həm də sosial sığorta hadisəsi hesab olunur. Sosial sığorta şəxsin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin bərpa edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəlmiş bir hadisədir. Dəfn pulu da bu sosial sığorta üzrə ödəmələrin bir növüdür. Avropanın bir çox ölkələrində vəfat edən şəxsin dəfn xərcləri sığorta ilə qarşılanır. Sığorta şirkəti şəxsin ailəsinə dəfn üçün yaranan xərclərin kompensasiyasına görə müəyyən qədər pul ödəyir.

Bəs Azərbaycanda dəfn sığortasının tətbiq olunmasına ehtiyac varmı?

Məsələ ilə bağlı Referans.az-a öz fikirlərini bölüşən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, bu təcrübənin bizdə tətbiq olunması düzgün olmaz:

"İndi hər millətin özünün adət ənənəsi var. Bizim də adət ənənələrimiz mövcuddur. Ola bilər ki, bunun maliyyə cəhətdən əhəmiyyəti var. Amma bizim milli mənəvi dəyərlərimizə görə, ölümüzə 3 veririk, 40 veririk, biz onları birdən-birə ləğv edə bilmərik. Mənim xəbərim var, Avropanın əksər ölkələrində sadəcə vəfat edən şəxsin dəfni üçün pul verilir. Yəni sadəcə dəfn xərcini öz üzərlərinə götürürlər. Başqa digər xərclər qarşılanmır".

Bu barədə Referans.az-a danışan sığorta məsələləri üzrə ekspert İlkin Nəcəfov isə bildirib ki, bu gün dəfn xərcləri olduqca bahadır, buna görə də belə bir təcrübənin bizdə tətbiq edilməsi məqsədəuyğundur: "Ümumiyyətlə, bugünkü həyat sığortası İngiltərədəki dəfn xərclərinin çox baha olmasından yaranmışdı. Həmin dövrdə insanların ölüsü ölürdü və aparıb basdırmağın xərci çox olurdu deyə belə bir həyat sığortası yaratdılar ki, ölünü basdırmaq üçün vəsait olsun. Yəni həyat sığortasının yaranmasının ilk səbəbi dəfn sığortası olub. Dəfn sığortası isə bu gün Avropa ölkələrində geniş yayılıb. Sadəcə məsələ ondadır ki, bizdə dəfn qiymətləri bələdiyyənin qoyduğu rəsmi qiymətlərlə real bazar qiyməti uyğun deyil".

Ekspertin sözlərinə görə, nə zaman ki, qanunlar düzgün icra olunacaq, həmin vaxt bu məsələ daha aktual olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 796   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 324
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

01.11.2026 355
.

XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...

Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

01.11.2026 758
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

01.11.2026 243
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində

01.11.2026 453
.

İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər

01.11.2026 222
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 306
.

Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi

Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri

01.11.2026 291
.

ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi

ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm

01.11.2026 251
.