"Ermənistanın Azərbaycana müraciət etmədən Qarabağa humanitar yük göndərmək cəhdi planlaşdırılmış təxribatdır" - RƏY

"Ermənistanın Azərbaycana müraciət etmədən Qarabağa humanitar yük göndərmək cəhdi planlaşdırılmış təxribatdır" - RƏY"Ermənistan Azərbaycan ərazisi kimi tanıdığı Qarabağa humanitar yük göndərmək barədə Bakıya hər hansı bir müraciət etməyib. Bunu özləri etiraf edirlər. Deməli, bu, planlaşdırılmış təxribatdır".

Bu sözləri "Report"a açıqlamasında deputat Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar ehtiyaclarının təmin edilməsi üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutu sonuncu Brüssel görüşündə razılaşdırılıb: "Azərbaycan və Ermənistan liderlərinin danışıqlarından sonra bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel rəsmən bəyan edib. Maraqlıdır, görəsən, həmin danışıqlar ərzində Ermənistanın baş naziri nədən indiki kimi yüklərin Laçın yolu ilə keçməsində israr etmirdi? Bunu iyulun 15-də Brüsseldə keçirilən görüşdən dərhal sonra da deyə, narazılıq edə bilərdi. Rəsmi İrəvan Azərbaycan ərazisi kimi tanıdığı Qarabağa humanitar yük göndərmək barədə Bakıya hər hansı müraciət etməyib: "Bunu özləri etiraf edirlər. Deməli, bu, planlaşdırılmış təxribatdır".

E.Allahverdiyev söyləyib ki, bir sıra dövlətlərin də Ermənistanın təxribat cəhdinə dəstək vermələri əsaslı şübhələrə yol açır. "Onların məsələ ilə bağlı bir-birilərini təkrar edən məzmunda bəyanatlar vermələri ikili standartların bariz göstəricisidir. Qarabağdan məcburi köçkün düşmüş bir milyona yaxın azərbaycanlı əhali illərlə humanitar yardıma ehtiyac içində yaşayıb, xüsusilə də ötən əsrin 90-cı illərində. Onda bu bəyanatları verən ölkələr eyni reaksiyanı vermişdilərmi? İndi İrəvandakı səfirlər yığışıb Azərbaycanla sərhədə gəlirlər, Avropanın ezam etdiyi müşahidəçilər gecə-gündüz keşikdə durublar".

Deputat bildirib ki, separatçıların hətta "ərzaq çatışmazlığı" şəraitində hərbi xarakterli təxribatlardan əl çəkməmələri mövcud situasiyanın gerçək mahiyyətindən xəbər verir: "Separatçı xunta həddini o qədər aşıb ki, hətta guya "humanitar böhran" zamanında da özünün təxribatlarından əl çəkmir. Bölgə üzərindən uçan sərnişin təyyarələrinin uçuşuna radiomaneələr yaradılır, özü də tək Azərbaycan təyyarələrinə deyil, o cümlədən, xarici təyyarələrə də. Necə ki, iyulun 24-də "Çexiya Hava Yolları" aviaşirkətinin təyyarəsinə maneə yaradıblar. Görəsən, hay-küy salan Avropa dövlətlərinin bundan xəbərləri varmı?".

Parlamentari qeyd edib ki, heç bir dövlət və ya dövlətlər digər dövlətə "sərhədini biz istəyən yerdən aç, yüklərimizi oradan keçirək" deyə göstəriş verə bilməz: "Azərbaycanla bu tərzdə danışmaq heç bir nəticə verməyəcək. Bizim mövqeyimiz aydındır. Ağdam-Xankəndi yolu tam hazırdır, təklifimizi vermişik, Brüsseldə qəbul edilib. Yükləriniz bütün gömrük və sərhəd prosedurlarını keçdikdən sonra sözügedən yolla Xankəndiyə aparıla bilər. Üstəlik, Azərbaycan ərazimizdə yaşayan erməniəsilli şəxslərin ərzaq və digər ehtiyaclarını özü də ödəməyə hazırdır. Laçın sərhəd-keçid məntəqəsi isə öz ahəngi ilə işləyir. Sıravi şəxslər sərhəddən heç bir maneəsiz keçirlər. Bu günədək sərhəddən 2 min nəfərə qədər şəxs istifadə edib".

E.Allahverdiyevin fikrincə, Ermənistan və havadarları vəziyyəti "humanitar böhran", "fəlakət" kimi qələmə verib siyasi manipulyasiya ilə məşğuldurlar.

"Qarabağ Azərbaycanın dünya, o cümlədən Ermənistan tərəfindən tanınmış ərazisidir. Bizim ölkədə hər hansı böhran, ərzaq çatışmazlığı yoxdur. Biz ərazimiz olan Qarabağdakı erməni əhalinin hər bir ehtiyacını ödəməyə hazırıq. Azərbaycan Ermənistan kimi xaricdən gələn ianələr hesabına dolanan dövlət deyil. Biz özümüz-özümüzü təmin edən ölkəyik. Belə olduğu halda hansı "böhran"dan danışmaq olar? Söhbət Xankəndidə kök salmış hərbi-kriminal xuntanın erməni əhalini özünün qorxu və ambisiyalarının girovuna çevirməsindən gedir. Ağdamla Əsgəran arasında yola beton maneələri kim düzdürübsə, o da böhranda maraqlıdır", - deyə deputat vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 862   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

01.11.2026 239
.

Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. BİG.AZ paylaşımı təqdim edir:

01.11.2026 181
.

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik

01.11.2026 379
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

01.11.2026 209
.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

01.11.2026 219
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

01.11.2026 213
.

Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI

Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya

01.11.2026 437
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin

01.11.2026 205
.

Tramp Kubaya vaxt qoydu

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb

01.11.2026 212
.