Valideynlərin sevgililəri tərəfindən zorakılıq görən uşaqlar - Necə mübarizə aparmalı?- AÇIQLAMA

Valideynlərin sevgililəri tərəfindən zorakılıq görən uşaqlar - Necə mübarizə aparmalı?- AÇIQLAMABəşər cəmiyyətinin ən önəmli dəyəri uşaqlardır. Uşaqlar gələcəyin və cəmiyyətin təminatıdır. Yaşından asılı olmayaraq, cinsi və fiziki zorakılığa məruz qalan fərdlər psixoloji baxımından ciddi problemlər yaşayırlar. Günümüzdə qadınlarla bərabər uşaqlarda fiziki zorakılığa və şiddətə məruz qalır. Uşaqlar valideynləri tərəfindən ciddi qorunsalar belə, zorakılıq edən şəxs yaxın tərəfindən də edilə bilir. Bu vəziyyətlə qarşılaşan uşaqlar yaş qruplarına görə dəyişir. Xüsusən də məktəbəqədər dövründə olan uşaqlarda nitq və mental tipli travmalar alırlar. Özəlliklə, valideynlərin təmasda olduğu və yaxud sevgililəri tərəfindən uşaqlar fiziki zorakılığa məruz qalmağa davam edir. Ailə dəstəyi və pedaqoqlarla yaxından münasibət psixoloji cəhətdən çox önəmlidir. Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin Sədri Kəmalə Ağazadə BiG.AZa-a açıqlama verib;

" Ailə dəyərləri olmadığına görə, valideynlərin sevgililəri və təsadüfi münasibətlər nəticəsində olduqları insanlar tərəfindən uşaqlara qarşı fiziki zorakılıq
onların gözü önündə baş verir. Ananın məsuliyyətlərinin aşağı olması, uşağa biganə davranış, insanın özünün eqosu və bu tipli hallar, valideyn məsuliyyətsizliyindən və dəyərin olmamasından xəbər verir. Bunun üçün həssas dediyimiz bu ailələri, tək ana deməyək, onların yaşadıqları ərazilər bələdiyyələr, icmalar tərəfindən nəzarət olunmalıdır. Fiziki zorakılıq hallarını gördükdə, eşitdikdə bu barədə aidiyyəti qurumlarla əlaqə saxlanmalı, ailə ilə bağlı profilaktik tədbirlər həyata keçirilməlidir. Həm ana və həm də münasibətdə olduğu şəxs məsuliyyətə cəlb olunmalıdır. Bu amillər, ailə məcəlləsində də öz əksini tapmışdır. Uşaqlara qarşı hər hansı bir fiziki zorakılıq göstəricisi inzibati cəzalar və cinayət məcəlləsi ilə tənzimlənir. Artıq gedişat o həddə çatıb ki, fərdlərə maarifləndirmə yox, tələb qoyulmalıdır.

Fiziki zorakılığa məruz qalmış uşaqlar həddindən artıq aqressiv olur və davranış pozuntuları kimi hallara səbəb olur. Onlar ünsiyyət qurmaq istəmir, təmas çox pis təsir edir. Uşaqlar davamlı olaraq ailədən kənarda şiddət göstərirlər. Həmin uşaqlarla biz işlədiyimizə görə görürük ki, cinsi və fiziki zorakılıq hərəkətlərə məruz qalmağı daha çox ailədə baş verir və onların davranışları ciddi təhlükələr yaradır. Uşaqlarla məktəbəqədər dövrdən yetkinlik dönəminə qədər anlayacaqları şəkildə psixoloji söhbətlər aparılmalıdır".

Səfərova Sevda


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 799   Tarix: 31 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa

01.11.2026 189
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

01.11.2026 119
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 218
.

Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?

Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bunu "Report"a yerli fermerlər bildiriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya

01.11.2026 223
.

Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI

Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya

01.11.2026 437
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

01.11.2026 239
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb

Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. "Report" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzd

01.11.2026 203
.

Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu

Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb. xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akı

01.11.2026 273
.