Xalq artisti Fəxrəddin Manafovun 68 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafovun doğum günüdür.
BAKU.WS xəbər verir ki, aktyorun 68 yaşı tamam olur.Manafov Fəxrəddin Manaf oğlu 1955-ci ildə Xankəndidə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub.
Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşmüşdür.
Hərbi xidmətdən qayıdıb. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib.
1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə çəkilib.Fəxrəddin Manafov gənclik illərində Tədris teatrında işləyən vaxt Vahidə adlı xanımla tanış olur. Vahidə xanım da həmin teatrda aktrisa kimi fəaliyyət göstərir. Sonradan məşhur diktora çevrilən Vahidə xanımla Fəxrəddin Manafov ailə həyatı qururlar. Onların heç bir zaman övladı olmur. Vahidə xanım dəfələrlə aktyora başqa qadınla evlənməyi təklif etsə də, Xalq artisti xanımının bu istəyini qətiyyətlə rədd edir. Bir-birlərinə böyük məhəbbəti olan cütlüyün bu sevgisi illərlə davam edir. 2021-ci ilin martın 3-də aktyorun həyat yoldaşı Vahidə Manafova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Bu itki Xalq artisti üçün ağır olur. O, müsahibələrinin birində deyir: "Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi.
Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan qabaq da bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarıma, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur". Aktyor çoxsaylı ekran işində bir çox yadda qalan obrazlar yaradıb.
Onun filmoqrafiyası "Doğma sahillər" (film 1989), "Lətifə" (film 1989), Ö"lsəm... bağışla" (film 1989), "Gecə qatarında qətl" (film 1990), "Təxribat" (film 1990), "Qətldən yeddi gün sonra" (film 1991), "Qəzəlxan" (film 1991), "Dünən, bu gün, sabah" (film 1992), "Təhminə" (film 1993), "Nigarançılıq" (film 1998), "Otel otağı" (film 1998), "Etimad telefonu" (film 2001), "Bir anın həqiqəti" (film 2003), "Ovsunçu" (film 2002) kimi filmlərlə zəngindir.
Ən sevilən obrazı isə "Təhminə" filmindəki Zaurdur.Fəxrəddin Manafov 1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 906 Tarix: 02 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKüləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq
Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı
01.11.2026 129 Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
01.11.2026 199 Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu
Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb. xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akı
01.11.2026 273 Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir
Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə
01.11.2026 202 Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
01.11.2026 119 Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
01.11.2026 203 XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
01.11.2026 596 İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd
01.11.2026 192 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa
01.11.2026 189