İnfarkt keçirən azərbaycanlı aktrisa: "Dərmanlarımı aptekdən nisyə alıram"
"Aylar əvvəl infarkt keçirdim. Buna görə isə ürəyimdən əməliyyat olunmalı idim. Amma biləndə ki, bu əməliyyat sinə hissədən yarılıb oradan olacaq, razılıq vermədim. Həkimlə qərara gəldim ki, müalicələrlə ürəyimi sağaldım. Müayinə zamanı isə ürəyimdən keçən iki damarın tutulduğunu və cəmi bir damarın işlədiyini bildim. Uzun zamandır ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlik isə ürəyimin iki damarının fəaliyyətini dayandırıb".
Bu sözləri Bizim.media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qocaman və məşhur aktrisası Məsumə Babayeva deyib.
Səhhətindən söz açan 71 yaşlı sənətkar aprel ayında ayağından ağır əməliyyat keçirdiyini açıqlayıb:
"Ayaqlarımda problem var idi. Gəzə bilmirdim. Çox ağrılarım olurdu. Əməliyyata qərar verdim. Aprelin 8-də klinikaların birində ayağımdan əməliyyat olundum. Ayağımda stendlər dəyişdirildi. Düzdür, müəyyən qədər indi hərəkət edə bilsəm də, amma yenə də ağrılarım olur".
Müalicələrin effektivliyini artırmaq üçün çox sayda dərmanlar qəbul etdiyini söyləyən aktrisa maddi vəziyyətinin aşağı olmasına görə preparatları aptekdən nisyə aldığını bildirib:
"Xəstəliyim nə birdir, nə də iki. Bununla bağlı isə çox sayda dərmanlar qəbul edirəm. İstər səhhətim, istərsə də maddi vəziyyətim yaxşı deyil. Həddən artıq müalicələrimə və dərmanlarıma pul gedir. Hətta dərmanlarımı apteklərdən nisyə alıram. Sonra da pensiya aldıqdan sonra həmin nisyələrin ödənişini edirəm".
M.Babayeva əməliyyat və müalicələrini yalnız öz hesabına etdiyini vurğulayıb:
"Mədəniyyət Nazirliyi mənə diqqət ayırır. Sağ olsunlar. Bu yaxınlarda isə pensiyam 420 manat olub. Düzdür, bu pul çox azdır. Belə ki, indi hər bir şeyin qiyməti qalxıb. Eləcə də dərmanların. Məni də ayaqda saxlayan müalicələr və dərmanlardır. İndiyə kimi əməliyyatlarıma gəlincə isə, onların hamısını hissə-hissə özüm ödəmişəm. Amma istər əməliyyat, istərsə də müalicələrdə klinikalar ödənişi yarıya endiriblər. Mənə beləcə yardım ediblər. Sizin vasitənizlə isə onların bu xeyirxah addımlarına görə dərin təşəkkürümü bildirirəm".
Havaların isti keçməsi aktrisanın səhhətinə mənfi təsir edib. Onun sözlərinə görə, bu günlərdə vəziyyəti ağırlaşdığı üçün ard-arda təcili yardıma müraciət edib:
"Ayağımdan əməliyyat olunduğum zamanda "Hozu" filminin çəkilişləri başlamışdı. Mənə də o filmdə çəkilməyə təklif gəldi. Amma əfsuslar olsun ki, o filmə çəkilməyə səhhətim imkan vermədi. Evdən küçəyə yalnız həkimə gedəndə çıxıram. Zamanımın əksər hissəsi evdə keçir. Havalar da çox isti keçdiyi üçün ürəyim az qala dayansın, səhhətim daha da ağırlaşır. Elə bu günlərdə üstümə neçə dəfə təcili yardım gəlib. Bir təhər yaxınlarımın və yaxşı insanların sayəsində yaşamağa davam edirəm".
Qeyd edək ki, ötən il Məsumə Babayevanın sinəsində şiş aşkarlandığı üçün əməliyyat olunub. Əməliyyat zamanı isə onun sinəsi kəsilərək götürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1144 Tarix: 04 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
01.11.2026 203 Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
01.11.2026 119 Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
01.11.2026 213 İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
01.11.2026 205 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq
Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı
01.11.2026 129 Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin
01.11.2026 205 Tramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb
01.11.2026 212 Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə
01.11.2026 219 Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim
01.11.2026 165