Təhsil tələbə kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib

Təhsil tələbə kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilibAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklərə görə, peşə təhsili pilləsinin texniki peşə səviyyəsində təhsil alanlar da tələbə hesab olunacaqlar.

Həmçinin ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində alanlar, birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); eləcə də birinci tədris ilinin ilk semestri (yarımili) üçün peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortasının Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən "4" və "5" olanlar standart TTK almaq hüququna malik olacaqlar.

Fondun Himayəçilik Şurası birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın və peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortasının minimal həddini təsdiq edir.

Dəyişikliklə sosial TTK üzrə, həmçinin, aşağıdakı güzəştlər tətbiq olunur:
- ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən, "4 və "5" olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;

- təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən "5" olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur.

Standart TTK üzrə isə həmçinin, aşağıdakı güzəştlər tətbiq edilir:

- ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən "5" olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;

- təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən "5" olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 648   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.