Qida mütəxəssisi: "Məhsula dadlandırıcı vurulmasa, üç gündən artıq saxlamaq olmaz"

Qida mütəxəssisi: "Məhsula dadlandırıcı vurulmasa, üç gündən artıq saxlamaq olmaz"Un məmulatları, şirniyyat və qazlı içkilərdə geniş istifadə olunan süni dadlandırıcılarla bağlı təhlükə aktuallaşıb. Sintetik yolla istehsal olunan süni dadlandırıcılar xərçəng xəstəliyi yaradır. Hansı ki, bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərkibində süni dadlandırıcı aspartam olan qida və içkilərin xərçəngə səbəb ola biləcəyini, lakin müəyyən hədlər daxilində istehlak edildikdə təhlükəsiz olduğunu bəyan etmişdi.

Sahibkarlar bu xəbərdarlıqlara məhəl qoymayaraq, öz sənayelərində dadlandırıcılardan geniş istifadəni davam etirməkdədirlər.

Qida mütəxəssisi Ağa Salamov Bizim.Media-ya açıqlamasında süni dadlandırıcıların insan orqanizminə ciddi fəsadlarının olduğunu deyib.

Onun sözlərinə görə dadlandırıcılar təhlükəli olsa da, onlardan imtina etmək mümkünsüzdür. Çünki tərkibinə dadlandırıcı qatılmayan məhsulları üç gündən artıq saxlamaq olmur.

Bu da sənaye və istehsalla məşğul olanlara sərf etmir:

"Sintetik yolla istehsal olunan süni dadlandırıcı aspartamdan pəhriz içkilərində, xəmir məmulatlarında, süd məhsullarında, şəkərsiz saqqızlarda, hazır qəhvə, pudinq və bəzi dərman preparatlarında istifadə edilir. Keçmiş sənaye ilə indiki sənayeni müqayisə edəndə nə görürük? Hətta xalçalar belə, süni rənglərlə deyil, təbii rənglərlə boyanırdı. Qidalara kimyəvi qida boyası vurulmurdu. Yumurta boyayanda belə, rəngi kök, göyərti və ya çuğundurdan əldə edirdilər.

İndi baxırsan ki, hər birinin tərkibində kimyəvi qatqısı var. Bioloji varlıq olan insan yavaş-yavaş bu sintetikləri qəbul edir və nəticədə mədə xərçəngi, ürək qan-damar pozğunluqları, eləcə də müxtəlif xəstəliklərlə üz-üzə qalır. Ya biz keçmişə qayıdıb ovaxtkı adət-ənənələrimizi, dəyərlərimizi qorumalıyıq, ya da tərkibi aspartamdan tutmuş fosfor turşusuna qədər olan rəngli qazlı içkilər və zəhərli qidalardan yeyib "fatihə"mizi oxumalıyıq.

Bunun üçün güclü maarifləndirmə işləri aparılmalı və müəyyən zərərli qatqı maddələrinə qadağa qoyulmalıdır.

Yəni satışı dayandırılmalı, istənilən sənayedə zərərli qatqı maddələrdən istifadəyə qadağa qoyulmalıdır. Bu da mümkün deyil. Çünki kapitalizmdə yaşayırıq və IV sənaye inqilabı əsridir. Bu da o deməkdir ki, müəyyən normativləri aşmadan kim nə istəyirsə, edə bilər.

Məsələn, "Taorin"i (yarı əvəzolunmaz metionin və sistindən əldə edilən sulfiddən alınan amin turşusu) enerji içkisinə qatırlar. Amma qablaşdırmanın üzərinə yazmırlar ki, bir adam neçə banka içə bilər. Şəxs beş banka içir və ürəyindən əziyyət çəkir. Amma bunun maarifləndirmə işi aparılmır ki, bir banka içmək kifayətdir. Marketinq cəhətdən onlara ziyan gətirir deyə bunun üstünü də vurmurlar".
Ağa Salamov hazırda meyvə və tərəvəzlərin də təhlükəli olduğunu vurğulayıb. O qeyd edib ki, artıq hibrid məhsullar da süfrələrimizə gəlib çıxıb ki, bunun xeyli ziyanları var:

"Tez-tez tövsiyə edirlər ki, meyvə və tərəvəz yeyin. Axı bütün bu məhsullar hibriddir. Müəyyən şirniyyatların tərkibinə qarğıdalı şərbəti vurulur. Hansı ki, bu maddə şəkər tozundan daha ucuz başa gəlir və şəkər xəstələrinə ziyandır. İndi elə bir dövrdür ki, məhsulların çoxu əlçatandır. Amma o məhsulların 90 faizi zərərlidir. 10 faizi zərərsizdir ki, onlar da kənddə əldə edilən kərə yağı, süddən hazırlanmış pendir, qatıq və qaymaqdır. Bu isə Azərbaycanı təmin edəcək gücdə deyil.

İnsanların əkib-becərməyə marağını artırmaq lazımdır. GMO (geni modifikasiya olunmuş) yeməklərlə heyvanları yemləmək deyil, sağlam şəraitdə və təbiətin qanunlarını pozmamaqla bu işi görmək lazımdır. O zaman biz sağlam qidadan danışa bilərik. Bazar iqtisadiyyatı olduğu üçün kim nə istəyir, satır və hansı qiymət istəyirsə, qoyur. Bunun əziyyətini isə insanlar çəkirlər".

Ekspert ölkədə istehsal olunan və xaricdən Azərbaycana gətirilən kolbasaların tərkibinə də toxunub. O, deyib ki, bütün kolbasaların tərkibinə bəzi ölkələrdə qadağan olunan nitrat vurulur. Sadəcə, müəyyən bir miqdar qadağan olunmur:

"Nitrat çox zərərli bir maddədir. Ondan 5-10 qram filə verilsə, ölər. Amma bu, kolbasalara vurulur. Məqsəd isə məhsulun ömrünü uzatmaq və pul qazanmaqdır. İşbazlar tonlarla məhsul istehsal edirlər, bunlar isə bir günə satılan məhsullar deyil. Tam orqanik olsa, kolbasaların saxlanma müddəti üç gündən artıq olmaz. 72 saat ərzində ya satılmalı, ya da tullanmalıdır. Bu da şirkətlərə sərf etmir. Ona görə də məhsulların tərkibinə vitrinin ömrünü uzadacaq kimyəvi rəngləndirici və dadlandırıcı qatqılar qatırlar.

Bunlara isə insan orqanizminə zərər verməyən bir doza həddi təyin olunur. O həddi aşanda aidiyyəti qurumlarımız, məsələn, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) artıq buna müdaxilə edə bilər. Amma AQTA şirkətlərə ümumiyyətlə məhsullara dadlandırıcı vurulmasını qadağan edə bilməz. Kimsə hər gün kolbasa-çörək yeyəcəksə, təbii ki, bu, ona ziyan edəcək. Çünki nitratı və ya kimyəvi qatqıları çox istehlak etmiş olur.

Onu da qeyd edim ki, Azərbaycana xaricdən hazır gələn burger və çörəklərin tərkibində sistein maddəsinin olması ehtimalı çoxdur.

Rəngli-qazlı içkilərin tərkibində fosfor turşusu var və o, şəkəri balanslaşdıran bir maddədir. Fosfor turşusu uşaqlarda sümük inkişafının qarşısını alır, yaşlı insanlarda isə sümük əriməsinə gətirib çıxarır.

Azərbaycanda elə süfrə yoxdur ki, orada rəngli-qazlı içki olmasın. İstehlakçını maarifləndirmək lazımdır ki, bu içkiləri içməyin. Yaxud içirsinizsə, az için. Bir sözlə, qloballaşan dünyada və bütün sənayedə düzgün heç nə yoxdur. Ancaq və ancaq fırıldaq, hiylə və pul qazanmaq var".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 806   Tarix: 06 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20.09.2026 344
.

Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?

Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard

27.09.2026 203
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20.09.2026 398
.

Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı

Artıq qalan və ya bişirilən yeməklərin saxlama qabına köçürülmədən bişirildikləri qazan və tavalarla birbaşa soyuducuya qoyulması sağlamlıq baxımından ciddi risklər daşıyır. Mütəxəssislər və mətbəx gigiyenası rəsmiləri bişmiş qidaların belə mikroorqanizmlər üçün cəlbedici mühit yaratdığına diqqət çəkərə

26.09.2026 197
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

22.09.2026 2753
.

Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır

Mətbəx və vanna otağı xərclərinin gündən-günə artdığı bu dövrdə ev təsərrüfatına töhfə verəcək praktiki təmizlik üsulları diqqət çəkir. Paltaryuyan vərdişlərini kökündən dəyişəcək təbii düsturlar bahalı kimyəvi maddələrə xərclənən pulu cibinizdə saxlayır. Paltaryuyan maşının gözünə əlavə ediləcək bi

27.09.2026 203
.

Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir

İdmanın bütün faydaları əslində məşq bitən kimi ortaya çıxır. İnsan bədəni yaşlandıqca əzələlər əzələ yaradan siqnallara və zülala qarşı daha dözümlü olur. xəbər verir ki, xüsusilə 30 yaş və üzəri şəxslərdə əzələ kütləsini qorumaq, toxuma bərpasını təmin etmək və keyfiyyətli yaşlanmaq tamamilə məşqdə

27.09.2026 258
.

WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ

WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri

27.09.2026 311
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20.09.2026 284
.