"Keçid balını endirdilər, amma yenə irəliləyiş yoxdur" - Ali məktəblərdə 10 000 plan yeri boşdur?
Abituriyentlərin ixtisas seçimlərinə sayılı günlər qalıb. Bir çox ali məktəblərdə qəbul planında yerlər artırılıb. İddia olunur ki, 10 minə qədər plan yeri boş qalacaq. Bunu abituriyentlərin ballarının aşağı olması ilə əlaqələndirirlər.
Bəs görəsən, plan yerlərinin boş qalmasının səbəbləri nədir? İddialar həqiqəti əks etdirirmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov öncədən proqnoz verməyin əleyhinə olduğunu qeyd edib:
"Belə proqnozların əleyhinəyəm. Özüm də bu proqnozu gördüm. 10 000 yerin boş qalacağı deyilib. Düşünürəm ki, düzgün deyil. Bu şəkildə proqnozlar vermək cəmiyyətdə çaşqınlıq, panika yaradır. Gedişat özü göstərəcək. İndilərdə ayrı-ayrı ixtisaslar üzrə plan yerləri məlum olur. Daha sonra da ixtisas seçimi aparılacaq. Plan yerlərinin boş qalıb-qalmayacağı seçimdən sonra bəlli olacaq. Plan yerləri dolmayanda əlavə qəbul keçirilir. İndidən plan yerlərinin boş qalacağını demək düzgün deyil. Problemə çevirmək olmaz".
Ekspert qeyd edib ki, plan yerlərinin boş qalması faciə deyil:
"Plan yerinin boş qalmasını bəzən təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndirirlər. Bu, düzgün deyil. Seçimi düzgün aparmaq məsələsi də var. Elə universitet var ki, hansısa fakültəsinə 150 bal ilə daxil ola bilərsən. Eləsi də var ki, mümkün deyil. 300 bal ilə ödənişsiz oxuyanlar da az deyil. Seçimi düzgün aparmaq vacibdir. Plan yerinin boş qalması faciə deyil. 700 bal yığmayanlar da savadsız hesab olunmamalıdırlar".
N.İsrafilov ali məktəblərə marağın azaldığını dilə gətirib:
"Artıq peşə məktəblərinə maraq artıb. İnkişafyönümlü tendensiya gedir. Əvvəl hamı ali məktəbə qəbul olmağa çalışırdı. İndi isə yeni ixtisaslar, üstəlik, peşə təhsili səviyyəsində yaranır. İldən-ilə dəyişiklik olur. Elə ixtisaslar var ki, ona meyil və tələbat azalır.
Sovet təhsilində beşballıq şkala olub. 20 bal ən yüksək hesab olunurdu. Test sistemi olandan 700 bala keçdi. Əvvəl minimum keçid 350 bal idi. Ondan sonra gördülər ki, say azaldı, 350 toplayanların sayı az oldu. Yerlər boş qaldı. Keçid balını 200-ə düşürdülər. Daha sonra 150-yə düşürdülər. Lakin yenə irəliləyiş yoxdur".
"Ali məktəblərə qəbulun modeli dəyişilməlidir. 11 il bu uşaq oxuyub, qəbul imtahanında aşağı bal toplayırsa, illərin zəhməti hədər gedəcək. Zəhməti yerə vurmaq olmaz. Düşünürəm ki, vahid imtahana keçid olmalıdır. Dünyanın əksər ölkələrində belədir", - deyə N.İsrafilov əlavə edib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin, subbakalavrlar) ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 785 Tarix: 12 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
10:56 194 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa
12:00 176 Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu
Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb. xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akı
17:50 134 Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
18:40 88 İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
11:30 189 "Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video
Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin
10:55 190 Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
11:00 184 Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir
Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə
14:30 183 Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb
Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. "Report" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzd
16:30 159