Pəhriz adı ilə satılan çörəklərin saxlanma müddəti nə qədər olmalıdır? - Ekspertdən ilginc faktlar

Pəhriz adı ilə satılan çörəklərin saxlanma müddəti nə qədər olmalıdır? - Ekspertdən ilginc faktlarMarketlərin çörək rəfində olan problemlər bitib-tükənmək bilmir. İnsanlar çörəklərin üstüaçıq şəkildə satılmasının gigiyenik cəhətdən düzgün olmadığını dəfələrlə dilə gətirsələr də, bununla bağlı heç bir tədbir görülmür.

Son dönəmlər isə şikayətçilər diyetik, yəni əsasən, qara çörəklərin günlərlə rəfdə qaldığını, nəticədə isə qəribə dad verdiyini və keyfiyyətsiz olduğunu bildirirlər.

Pəhriz adı ilə satılan qara çörəklərin keyfiyyətinə nəzarət niyə yoxdur?

Qida üzrə ekspert, restorator Məmməd Əhmədov Bizim.media-ya açıqlamasında bildirib ki, çox zaman məhsulun tərkibi alıcının istəyinə uyğun olmur, yaxud diyetik adı ilə saxta görünüşlü məhsul satılır.

"Bu məsələdə öncə istehlakçı özü maraqlı olmalıdır. Aldığı çörəyin keyfiyyətinə, buraxılış tarixinə, saxlanma müddətinə və tərkibinə baxmalıdır. Belə ki, diyetik adlandırdığımız çörək sırf kəpəkli çovdar unundan olmalıdır. Burada, həmçinin, karbohidrat və zülalların tərkib dərəcələrinə fikir verilməlidir".

Keyfiyyətsiz və vaxtı keçmiş çörəklərə görə zəhərlənmə, yaxud şikayət olarsa, mağaza rəhbərliyi buna cavabdehdir.
"Bununla bilavasitə mağaza, market rəhbərliyi məşğul olmalıdır. Onlar məhsullar üzərindəki istehlaka yararlılıq tarixinin mütəmadi yoxlanılmasına nəzarət etməlidirlər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, çörəyin saxlanma müddəti 72 saatdır.

"Tez sıradan çıxan çörəyin içərisində yapışqan parçalar əmələ gəlir, buna kartof xəstəliyi deyilir. Bu o deməkdir ki, dəyirman, avadanlıq və yaxud un artıq göbələklərlə xəstələnib. Bu cür çörək insanda ciddi mədə-bağırsaq xəstəliyi əmələ gətirə bilər. Vaxtilə Azərbaycana Almaniyadan xəmir gəlirdi və "alman çörəyi" adı altında satışa çıxarılırdı. Bu çörəklərə bir il zəmanət təyin edilirdi. Biz onu dəyişdirməyə, bazardan çıxarmağa nail olduq, hazırda elə çörəklər, demək olar ki, yoxdur".

Sonda ekspert qeyd edib ki, istənilən mağazada yararlılıq müddəti keçən çörək aşkar olunarsa, onların rəhbərliyini 100-1 500 manat civarında cərimə gözləyir.

"Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. Belə halla rastlaşdıqları zaman "195" və yaxud "1003" Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə məlumat vermələrini tövsiyə edirəm".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1101   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.