Su dünyanın ən bahalı məhsulu ola bilər - ARAŞDIRMA

Su dünyanın ən bahalı məhsulu ola bilər - ARAŞDIRMAHesablamalara görə, 2050-ci ildə dünya əhalisinin sayı on milyardı keçəcək. Bəs Yer planeti bu qədər adamı yedirib, su ilə təmin edə biləcəkmi? Müşahidələr göstərir ki, ən yaxın zamanlarda Yer kürəsi içməli su qıtlığı ilə üz-üzə qala bilər.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Qlobal istiləşmə, su ehtiyatlarının azlığı artıq hər gün müzakirə olunan mövzulardır. Təəssüf ki, bəşəriyyət hələ də bu problemin nə qədər genişmiqyaslı olması barədə düşünmür, ya da onu ciddiyə almır.

Su ehtiyatlarının azalmasında təkcə qlobal iqlim dəyişikliyi yox, həm də dünya əhalisinin durmadan artan sayı da böyük rol oynayır.

200 mindən üç milyona sıçrayış

Təsəvvür edin, XX əsrin əvvəllərində Bakıda 200 mindən çox insan yaşayırdısa, bu gün bu göstərici üç milyonu keçib. Düşünün ki, bu qədər sakini su ilə təmin etmək lazımdır. Tək su ilə yox, eyni zamanda, çörəklə, digər zəruri ərzaqlarla da. Deməli, daha çox əkin sahələri və daha çox su sərf olunmalıdır. Nəzərə alsaq ki, əhali sayı durmadan artır, deməli, resurslar da daha çox olmalıdır. Bəs Yer kürəsinin resursları artırmı? Təəssüf ki, yox. Əksinə, getdikcə azalır.

Gəlin dünya əhalisinin sayının dəyişməsinə nəzər yetirək. Məsələn, on min il əvvəl Yerdə təqribən beş milyon insan yaşayırdı.

XIX əsrin əvvəlinə kimi dünya əhalisi çox ağır templə artırdı. Buna səbəb müharibələr, epidemiyalar, tibbin ən adi xəstəliklər qarşısında əlacsız qalması, aclıq, səfalət, insanların həyat tərzinin təhlükəli olması, doğuş zamanı ana və uşaq ölümlərinin kütləviliyi və sair idi.

İnsanlıq öz əli ilə tabutunun mismarını vurur

Bəşəriyyət elmi-texniki tərəqqi əldə etdikcə əhalinin sayı da sürətlə artmağa başlayır. Beləliklə, 1800-cü ildə Yer kürəsinin əhalisi bir milyarda çatır.

1960-cı ildə isə əhali sayı üç milyardı keçir. Bu tarixi kəsikdən sonra rəqəmlər sanki uçmağa başlayır.

Bu gün dünyada 7 milyard 700 milyon insan var. Bu rəqəm planet üçün çoxdurmu, azdırmı? Suala yekdil cavab yoxdur. Bəzi mütəxəssislər bunu təhlükəli rəqəm hesab edirlər.

Hesablamalara görə, 2050-ci ildə dünya əhalisinin sayı on milyardı keçəcək. Bəs Yer planeti bu qədər adamın su, çörək, ən adi ehtiyaclarını ödəyə biləcəkmi?

Uzun illərdir dünyada qeyri-hökumət təşkilatları böyük şirkətlərin istehsal etdikləri məhsullar qarşılığında ətraf mühitin çirklənməsi, bəzi hallarda təbiətin, su hövzələrinin məhvi barədə həyəcan təbili çalırlar. Lakin heç bir dəyişiklik müşahidə olunmur. Sanki insanlıq özü öz əli ilə tabutunun mismarını vurur.

Su dünyanın ən bahalı məhsulu olacaq?
Etiraf etməliyik, biz insan olaraq bu planetdə təbiətə görə varıq. Amma bu gün təbiət ölür. Daha doğrusu, bu gün biz onu məhv edirik, öldürürük.

Bəs hər gün böyüyən iştahamız bizə sonda nə verəcək? Dünya əhalisi on milyard olanda içməyə su tapacaqmı? Yoxsa su dünyanın ən bahalı məhsulu olacaq? Bəlkə, 30 il sonra insanlar su uğrunda qanlı müharibələrə başlayacaqlar? Suallar həddindən artıq çoxdur.

Neft quyuları əvəzinə su quyuları

Su uğrunda mübarizə artıq qlobal miqyasda böyüyüb. Suyun çatışmazlığı özünü ilk növbədə dünyanın böyük şəhərlərində göstərir. Böyük şəhərlərdə əhalinin suya ehtiyacını ödəmək üçün müxtəlif yollar axtarılır. Məsələn, bu gün Braziliyanın ən böyük şəhərlərindən biri San-Pauluda 22 milyondan çox insan yaşayır. 2014-cü ildə şəhər ən böyük quraqlıq dövrünü yaşayıb. O vaxtdan yerli su anbarları, demək olar ki, quruyub. Bəzi sakinlər susuz qalmamaq üçün çıxış yolu tapıblar. Onlar hər on metrdən bir su quyusu qazaraq özlərini içməli su ilə təmin ediblər. Bu quyuların qazılması ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilir, sayı isə 13 mini keçib. Bir zamanlar insanlar neft quyuları qazırdılarsa, indi yerin təkində su axtarırlar.

Şəhərlərin əhali sıxlığı nəticəsində hələ nə qədər quyular qazılacaq? Bu, təhlükəsizdirmi?

Üstəlik, yağıntılar da azalır. Su anbarları, çaylar, göllər quruyur. Bu, bütün dünyada yaşanan qlobal prosesə çevrilib. Qarşımızda apokalipsis (dünyanın sonu) tablosu canlanır.

Məhv edilən flora və fauna

İndi soruşacaqsınız, bəs niyə yağıntılar azalır? Çünki insan övladı durmadan meşələri qırır, əkin yerlərinə çevirir. Artan əhalini yedirtmək lazımdır. Ağaclar azaldıqca quraqlıq da artır. Mən hələ flora və faunaya dəyən ziyandan danışmıram. Hələ dəniz və okeanlarda məhv edilən balıqları, digər canlıları demirəm. Bəli, təbiətin yaratdığı mükəmməl ekosistem var ki, özü hər şeyi yerbəyer edir. Lakin bəşəriyyət, insanlıq, elmi-texniki imkanlar inkişaf etdikcə təbiətə daha çox müdaxilə olundu, onun işlək sistemi korlandı.

Bəzi mütəxəssislər dəniz sularının şirinləşdirilməsi və ya başqa yerlərdən quraqlıq yaşanan yerlərə su daşınmasını çıxış yolu kimi qeyd edirlər. Amma durmadan artan dünya əhalisi üçün bu, heç də uğurlu çıxış yoluna oxşamır.

Bəs Azərbaycanda vəziyyət necədir?

Cənubi Qafqazın ümumi su ehtiyatının cəmi on faizi ölkəmizin payına düşür. Ərazimizin dörddəüçü Kür çayı hövzəsindədir. Bu çay ölkə əhalisi üçün əsas içməli su mənbələrindən biridir. Təəssüf ki, son illər Kür çayının quruması müşahidə olunur. Bunun da səbəbləri var. Çay qonşu ölkələrdən keçib Azərbaycana gəlir. Suyun ölkələr arasında ədalətli paylanması ilə bağlı razılaşma da yoxdur.

Düşünürəm ki, hər birimiz suya və təbiət resurslarına qarşı daha məsuliyyətli davranmalıyıq. Ən azı, əllərimizi sabunlayanda su kranını açıq qoymayaq. Yaxud qabları sabunlayanda su kranını bağlasaq, ildə tonlarla suya qənaət etmiş olarıq.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1534   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarpızın min dərdə dərman faydaları

Yayın ən sevilən meyvələrindən olan qarpız təkcə sərinləşdirici təsiri ilə deyil, sağlamlıq üçün faydaları ilə də diqqət çəkir. Axşam.az xəbər verir ki, tərkibinin təxminən 90 faizindən çoxu sudan ibarət olan qarpız orqanizmin maye balansını qorumağa kömək edir. Mütəxəssislərin sözlərinə görə, qarpızı

27.06.2026 218
.

Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?

Bir çox insan hesab edir ki, kərə yağının yağlılıq faizi nə qədər yüksəkdirsə, o qədər keyfiyyətli və faydalıdır. Buna görə də 72,5 faiz və 82,5 faiz yağlılığa malik kərə yağları arasında uzun illərdir müzakirələr davam edir. Qida texnoloqları və dietoloqlar bu iki məhsul arasındakı əsas fərqləri açıqlayıblar

28.06.2026 190
.

Xoşbəxt sevginin sirri tapıldı

Polşanın Vratslav Universitetinin alimləri sevgi münasibətləri ilə bağlı hamını təəccübləndirəcək sensasiyalı araşdırmaya imza atıblar. Axşam.az xəbər verir ki, "Journal of Research in Personality" jurnalında dərc olunan bu qlobal tədqiqat çərçivəsində düz 74 ölkədən olan 41 606 nəfərin məlumatlar

28.06.2026 279
.

Təzə lobya sirkəli suda saxlanılmalıdır?

Təzə lobya sirkəli suda qısa müddətli saxlanıla bilər və bu üsul adətən təmizlik məqsədi ilə seçilir. Sirkə lobyanın üzərindəki çirklərin, tozun və bəzi mikroorqanizmlərin azalmasına kömək edir. Lakin lobya suda çox uzun müddət qalarsa, onun toxuması yumşala və təbii strukturu pozula bilər. Buna gör

28.06.2026 348
.

Sodayla ağ saçlardan qurtulmağın yolu

Ağ saçların yaranması yaşlanmanın təbii əlamətlərindən biridir və gec-tez demək olar ki, hər kəs bununla qarşılaşır. Lakin saçını tez-tez boyamaq istəməyənlər, xüsusilə ağ saçları az olan insanlar təbii qulluq üsullarına üstünlük verirlər. Xalq arasında uzun illərdir istifadə olunan vasitələrdən bir

28.06.2026 311
.

Turizm Xidmətləri Turlar.AZ saytında

saytında turizm xidmətləri ilə bağlı bütün faydalı məlumatlar toplanıb! Saytın bu bölməsinə daxil olmaqla, sizi turizmlə bağlı maraqlandıran bütün suallara cavab tapa bilərsiniz!. Turizm xidmətlərinə bunlar aiddir: aviabiletlərin satışı, viza dəstəyi, Azərbaycanda və dünyann istənilən nöqtəsində otelləri

30.06.2026 496
.

Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu

Paltaryuyan maşından çıxan geyimlərin ütülənməsi xüsusilə yay aylarında yorucu və uzun vaxt aparan bir prosesdir. Lakin sosial mediada məşhurlaşan bu sadə üsul sayəsində ütü masası ilə vidalaşa bilərsiniz. Quruducu maşınınızın içinə atacağınız cəmi 3 ədəd buz kubu ilə geyimlərinizi ütülənmiş kimi çıxarma

21.06.2026 398
.

Günəşdən yanmısınız? - Dərini bərpa etməyin ən doğru yolları

Yayda çimərlikdə istirahət çox vaxt yalnız gözəl qaralma ilə deyil, həm də dəridə qızartı, quruluq və dartılma hissi ilə nəticələnir. Çimərlikdən sonrakı ilk günlərdə dəriyə düzgün qulluq uzunmüddətli qıcıqlanmanın və piqmentasiyanın qarşısını almağa kömək edir. bildirir ki, bu barədə məlumat yayıb

27.06.2026 187
.

Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər. Qiymət artımı fonunda daha qənaətli və faydalı qida axtaranlar üçün paxlalılar il

28.06.2026 209
.

TOP MP3