İxtisas seçimində nələrə önəm verilməlidir? - Ekspertdən açıqlama
2023-cü il üzrə ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimləri avqustun 16-dan etibarən başlayıb. Hələ də davam edən ixtisas seçimləri avqustun 28-də başa çatacaq.
Təhsil sahəsindəki mövcud inkişaf durumu nəinki qərarların vaxtında qəbul edilməsi, həm də gələcək inkişafın müəyyən dərəcədə proqnozlaşdırılmasını tələb edir. Bu səbəbdən də düzgün ixtisas seçməliyik ki, gələcəkdə seçimimizdən peşman olmayaq. Bəs ixtisas seçimləri zamanı nələrə diqqət etmək lazımdır, gələcəkyönümlü ixtisaslar hansılardır?
"İxtisas seçimi kənardan göründüyü kimi asan deyil"
Bu barədə Bizim.media-ya olan açıqlamasında təhsil eksperti Adil Vəliyev danışıb.
"İxtisas seçimində əsas diqqət edəcəyimiz məqamlar statistika jurnalı, plan yerləri və əvvəlki illərin keçid ballarıdır. Hətta yalnız keçənilki deyil, 2 il əvvəlki keçid ballarına da baxmaq lazımdır ki, müqayisə edərək builki vəziyyəti analiz edib, düzgün ixtisas seçimi edə bilək".
Həmçinin ekspert bildirib ki, önümüzdəki illərdə humanitar ixtisaslar öz önəmini itirə bilər:
"Çünki müasir dövrə diqqət yetirəndə görürük ki, artıq abituriyentlər fərqli istiqamətdə düşünürlər. Onlar düşünür ki, elə bir ixtisas seçmək lazımdır ki, bu ixtisasda hər zaman yenilənmə olsun. Bundan başqa onlar daha çox məvacib qazanmaq istəyirlər ki, bunun üçün də yeni ixtisaslar tələb olunur. Bu yenilikləri isə əsasən mühəndislik, tibb, iqtisadiyyat sahəsinə aid olan ixtisaslarda görə bilirik".
Ekspert yeniliklərə ehtiyac duyulan sahələrdən də bəhs edib:
"Bəzi sahələr önümüzdəki illərdə öz önəmini itirə bilər. Analitik sahə, süni intellektlə bağlı olan ixtisaslara ehtiyac ola bilər. Ümumiyyətlə, informasiya texnologiyaları kimi ixtisaslara gələcəkdə hər zaman ehtiyac olacaq. Bunlardan başqa iqtisadiyyat sahəsində də ixtisaslara yeniliklər edilməlidir. Əgər maliyyə, mühasibat kimi ixtisaslarda yenilənmə olmasa, gələcək illərdə bu ixtisaslar öz önəmini itirəcək. Çünki hər kəs özü üçün mühasib funksiyasını yerinə yetirəcək".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1800 Tarix: 27 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAnasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580