" Hərbi təlimlər beynəlxalq sülhməramlı missiyaya aid olduğundan Azərbaycanın maraqlarına zidd addım deyil"-AÇIQLAMA

" Hərbi təlimlər beynəlxalq sülhməramlı missiyaya aid olduğundan Azərbaycanın maraqlarına zidd addım deyil"-AÇIQLAMASentyabrın 11-dən 20-dək Ermənistanda, xüsusilə də Müdafiə Nazirliyinin N saylı sülhməramlı briqadasının "Zar" təlim mərkəzində və beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində "EAGLE PARTNER-2023" adlı birgə təlimlər keçiriləcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məsələ ilə bağlı hərbi ekspert Telman Qasımov BiG.AZ-a açıqlama verib:

"Ermənistan-ABŞ arasında keçirilən təlim sülhməramlıların hazırlıqları ilə bağlı keçirilən bir hərbi təlimdir. Ermənilər və amerikanlar birgə hərbi təlim keçirəcəklər. Əsas burada beynəlxalq sülhməramlıların missiyanın iştirakı ilə hazırlıq çərçivəsində baş tutacaq. Tapşırıqlar sentyabrın 11-dən 20-ə qədər keçiriləcəkdir. Təlimlər Ermənistanın sülhməramlı briqadasının Ermənistandakı "Zar" təlim mərkəzində baş tutacaq. Məlumdur ki, təlimin sülhməramlı tapşırıqların icrası zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə, qarşıdurmanın qarşısını almaq, tədbirlərin həyata keçirilməsi zamanı böyük təcrübələrin toplanması ilə bağlıdır. Təlimlərin digər məqsədi, sülhməramlıların əməliyyatlar çərçivəsində, beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyətini yüksəltməkdir. Başqa bir səbəb, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə-mübadiləsı aparmaqdır. O cümlədən Ermənistan bölmələrinin planlaşdırılması əməliyyatlarında hazırlığını artırmaqdır. Buna görə də, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının "Əməliyyat İmkanları Konsepsiyası" keçirilən bu təlimlər birbaşa sülhməramlıların getdikcə münaqişəli bölgələrdə, xarici dövlətlərdə kontingentin artırılması ilə bağlıdır. Digər tərəfdən beynəlxalq sülhməramlı əməliyatlara hazırlaşan bölmələr, Ermənistanı mütəmadi olaraq tərəfdaş ölkələrlə analoji biliyə təlim və tədbirlərdə iştirak edəcəkləri ilə bağlı anlaşmalar çoxdan imzalanıb. Ehtimal olunmur ki, təlimlər zərbə endirici, hücum edici, müdafiə edici xarakter daşısın. Birbaşa sülhməramlı missiya ilə bağlı olduğu üçün, normal bir haldır. Azərbaycan tərəfi də davamlı olaraq belə təlimlərdə iştirak edib. Beynəlxalq sülhməramlı missiyaya aid olduğundan, Azərbaycanın maraqlarına və təhdidlərə aid olan bir addım deyil".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1112   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

17:40 200
.

Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ

Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas

17:32 236
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

16:05 373
.

Avropada sərt qış vəd edən qədim təqvim

XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"

13:57 198
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəi

13:00 228
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

18:20 211
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

17:30 181
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

14:54 190
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

19:50 162
.