Astarada kitabxana işçiləri arasında İNSİDENT: "İş otağıma hücum edib məni söydü"
Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.
"Qafqazinfo" xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan 1974-cü il təvəllüdlü M.Məmmədova (soyadlar şərtidir) şöbə müdiri R.Babayevanın otağına daxil olaraq onu təhqir edib. Dava-dalaşı kitabxananın digər işçiləri yatırıblar. Bundan sonra R.Babayeva polisə müraciət edib.
Polis tərəfindən saxlanılan M.Məmmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Astara Rayon Məhkəməsində keçirilən iclasda şöbə müdiri M.Məmmədovanın onu əsassız yerə söydüyünü bildirib:
"Saat 11:45 radələrində M.Məmmədova Mərkəzi Kitabxanadakı iş otağıma hücum edib, heç bir əsas olmadan məni təhqir edərək söyüşlər söydü. İş yoldaşlarımız daha sonra bizi sakitləşdirdi".
Barəsində protokol tərtib edilən kitabxana əməkdaşı isə şöbə müdirinin onun haqqında xoşagəlməz şayiələr yaydığını iddia edib:
"R.Babayeva barəmdə yalan məlumat yaydığına görə onun otağında mübahisə etdik. Bərk əsəbləşdiyimə görə onun ünvanına nalayiq ifadələr işlətmişəm. Hazırda əməlimdən peşmanam".
Məhkəmə 49 yaşlı M.Məmmədovanın 70 manat məbləğində cərimə edilməsi və dərhal sərbəst buraxılması barədə qərar qəbul edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1004 Tarix: 18 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fənərbaxça"dan Messiyə 50 milyonluq TƏKLİF
"Fənərbaxça"nın dünyaca məşhur argentinalı futbolçu Lionel Messiyə illik 50 milyon avro maaş təklif etdiyi iddia edilib. Messinin təklifi rədd etməsinin səbəbinin atasının xəstəliyi olduğu deyilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Fənərbaxça"nın transfer fəaliyyəti il
30.10.2026 348 Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir
Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses
30.10.2026 273 Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30.10.2026 329 Prezident oyunu stadiondan izlədi - Video
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy
30.10.2026 301 Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi - Konsertə belə çıxdı
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu dəfə mahnıları ilə yanaşı, görünüşündə etdiyi dəyişikliklə də maqazin gündəminə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib. Sevilən mahnılarını səsləndirən müğənn
30.10.2026 382 ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb
30.10.2026 255 Oktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
30.10.2026 436 Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı
Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl
30.10.2026 261 İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin başçısı daha sonra qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. Prezidentin Mətbuat Xidməti tədbirdən videomaterial hazırlayıb
00:51 282