"Separatçıları bölgədən təmizləməyin yolu Azərbaycan əsgərinin dəmir yumruğundan keçir"-EKSPERT
Xəbər verdiyimiz kimi, sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, "Azəravtoyol" ASC-yə məxsus "Hovo" markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olub.
Bununla bağlı BiG.AZ-a danışan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, Ermənistan bütün istiqamətlərdə təxribatlarını davam etdirir. O cümlədən mina təxribatları, cümlədən Xocavənddə baş vermiş terror aktı buna nümunədir:
Əraziyə 2021-ci ilin istehsalı olan minaları gətirib Qarabağ ərazisində və Ermənistan-Azərbaycan şərti sərhədində basdırır və təxribatlara yol verirlər. Bu istiqamətdə Ermənistan atəşkəsi pozur, diversiya qruplarını göndərir. Diplomatik məkanda Azərbaycan əleyhinə beynəlxalq ictimaiyyəti mənfi rəy yaradır. Əraziləri minalayır, müxtəlif cəbhələrdə və istiqamətlərdə bütün gücü ilə təxribatlara davam edir. Ermənistan hələ də xəstə iddialarından əl çəkmir. Ermənistan baş naziri parlament iclasında sülh müqaviləsinin imzalanmasından danışır, sonra hökumətin iclasında başqa bir söz deyir. Xarici diplomatlara başqa fikirlər səsləndirir, əhalisi ilə olan görüşlərdə isə başqa cür danışır.
Emin Həsənli qeyd edib ki, bütün təxribatların, terror aktların arxasında Ermənistan hakimiyyəti və hərbi-siyasi rəhbərliyi dayanır:
"Ermənistanın törətdikləri əməllərin cavabını Azərbaycan dövləti və ordusu verəcək. Necə ki onların cavablarını 2016-cı ilin aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində verdik. Eynilə hazırda düşmənə layiqli cəzası veriləcək. Baş vermiş terror hadisəsinin, eyni zamanda digər terror tərtibatlarının hər birinin qarşısı qısa müddətdə alınacaqdır. Azərbaycan xalqı Ermənistana və sülh danışıqlarınin nəticə verəcəyinə inanmır. Hazırda bu terror hadisələrinin qarşısını almaq, separatçıları bölgədən təmizləməyin yolu Azərbaycan əsgərinin dəmir yumruğundan keçir".
Qeyd edək ki, törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub. Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1821 Tarix: 19 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fənərbaxça"dan Messiyə 50 milyonluq TƏKLİF
"Fənərbaxça"nın dünyaca məşhur argentinalı futbolçu Lionel Messiyə illik 50 milyon avro maaş təklif etdiyi iddia edilib. Messinin təklifi rədd etməsinin səbəbinin atasının xəstəliyi olduğu deyilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Fənərbaxça"nın transfer fəaliyyəti il
30.10.2026 348 Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir
Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses
30.10.2026 273 Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30.10.2026 329 Prezident oyunu stadiondan izlədi - Video
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy
30.10.2026 301 Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi - Konsertə belə çıxdı
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu dəfə mahnıları ilə yanaşı, görünüşündə etdiyi dəyişikliklə də maqazin gündəminə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib. Sevilən mahnılarını səsləndirən müğənn
30.10.2026 382 ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb
30.10.2026 255 Oktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
30.10.2026 436 Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı
Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl
30.10.2026 261 İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin başçısı daha sonra qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. Prezidentin Mətbuat Xidməti tədbirdən videomaterial hazırlayıb
00:51 282