"Aparıcı antiterror əməliyyatları zamanı maneə törədə biləcək hərbi texnika, səngər və fortifikasiya qurğuları məhv edilməlidir"-POLİTOLOQ

"Aparıcı antiterror əməliyyatları zamanı maneə törədə biləcək hərbi texnika, səngər və fortifikasiya qurğuları məhv edilməlidir"-POLİTOLOQXəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Bununla bağlı BiG.AZ-a danışan politoloq Turab Rzayev bildirib ki, Ermənistanın təxribatları artıq pik həddə çatıb. Təxribatlar nəticəsində həm mülkü əhalidə, silahlı qüvvələrimizdən, DİN əməkdaşlarının həlak olması ilə nəticələnib. Bu vəziyyət heç bir halda qəbul edilə bilməz:

"Ermənistan tərəfi vaxtaşırı kəşfiyyat diversiya qrupları göndərir, şərti sərhədləri pozur. Azərbaycan ərazisində qanunsuz şəkildə minalanmasını həyata keçirir. Piyada əleyhinə və nəqliyyat vasitələri əleyhinə yerləşdirilmiş minalar bizim Qarabağda yenidənqurma işlərimizin qarşını alır. Bütün bunlara görə məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür. Ermənistan artıq vəziyyəti dərk etməli, təxribatlardan əl çəkməlidir. Ona görə qarşı tərəf Azərbaycan ilə əməkdaşlıq etməlidir. Əks halda Azərbaycan həm işğal altında olan və həmdə Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatları aparmaq hüququnu özündə saxlayır. Bu gün antiterror əməliyyatları ilə kəşfiyyat diversiya qrupları, qanunsuz silahlı birləşmələr, minaları yerləşdirənlər, Azərbaycan əsgərinə və polisinə atəş açan şəxslər məhv edilib, sıradan çıxarılmalıdır".

Politoloq deyib ki, Ermənistan sərhədində Azərbaycana qarşı döyüş mövqeyinə gətirilmiş, Azərbaycana qarşı hücumda istifadə edilə bilən, aparıcı antiterror əməliyyatları zamanı maneə törədə biləcək silah-sursat, hərbi texnika, səngər və fortifikasiya qurğuları məhv edilməlidir:

"Azərbaycan dövləti Qarabağdakı separatçılara qarşı anterror əməliyatına başlamaq hüququna malikdir. Ermənistan ərazisinin Azərbaycan ərazisinə hədəf almış bütün hərbi-qurgular, texnikalar, döyüş mövqeləri legitim hədəf halına gəlir. Həmin mövqelərdən Azərbaycan ərazisinə təxribat -diversiya qrupları sızır. Bununla yanaşı, bu döyüş mövqeləri ola biləcək hər hansı antiterror əməliyyatı və lokal toqquşmalarda Azərbaycan üçün təhdid yaradır. Bu baxımdan bizim legitim hüququmuzdur ki, təhdidi aradan qaldıraq, həmin mövqelərə zərbə endirək. Azərbaycan ordusu 44 günlük müharibə zamanı olduğu kimi mülki obyektləri hədəf almayacaq. Bütün mülki şəxslər və mülki obyektlər müharibə kənarında qalacaq. Bu hərbi əməliyyat döyüş nöqtələrinin konkret şəkildə dəqiq nöqtə atışı ilə yüksək texnoloji silahlarla məhv edilməsinə xidmət edəcək".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3389   Tarix: 19 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fənərbaxça"dan Messiyə 50 milyonluq TƏKLİF

"Fənərbaxça"nın dünyaca məşhur argentinalı futbolçu Lionel Messiyə illik 50 milyon avro maaş təklif etdiyi iddia edilib. Messinin təklifi rədd etməsinin səbəbinin atasının xəstəliyi olduğu deyilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Fənərbaxça"nın transfer fəaliyyəti il

30.10.2026 348
.

Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir

Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses

30.10.2026 273
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 329
.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30.10.2026 301
.

Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi - Konsertə belə çıxdı

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu dəfə mahnıları ilə yanaşı, görünüşündə etdiyi dəyişikliklə də maqazin gündəminə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib. Sevilən mahnılarını səsləndirən müğənn

30.10.2026 382
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 255
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

30.10.2026 436
.

Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı

Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl

30.10.2026 261
.

İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin başçısı daha sonra qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. Prezidentin Mətbuat Xidməti tədbirdən videomaterial hazırlayıb

00:51 282
.