"Gözəl qadına baxmaq kişilərin ömrünü UZADIR" - Psixoloq
Alman alimləri uzun araşdırmalardan sonra müəyyən ediblər ki, qadın gözəlliyi kişilərin psixoloji durumuna müsbət təsir edən amillərdən biridir. 5 illik elmi araşdırmalar göstərib ki, gözəl qadına müntəzəm olaraq baxan kişilərin sağlamlıq göstəriciləri baxmayan həmcinslərinə nisbətən daha yaxşıdır.
Xüsusən də, onların qan təzyiqi daha aşağı olur. Alman tədqiqatçıları belə qənaətə gəliblər ki, gözəl qadınla ünsiyyətdə olmaq kişilərə özlərini yaxşı formada saxlamağa kömək edir.
Kişilər üçün qadının təkcə sifət cizgiləri deyil, həm də digər nahiyələri cəlbedicidir.
Araşdırmalar zamanı aydın olub ki, gözəl qadın sinəsi kişilərin diqqətini maqnit kimi cəlb edir. Belə ki, qadının sinəsinə 10 dəqiqəlik baxmağın sağlamlığa təsir dərəcəsi idman zalında yarım saatlıq məşqə bərabərdir. 3 dəqiqə baxmaqsa, kişilərdə insult və infarkt ehtimalını yarıya qədər azaldır. Ümumilikdə isə qadın gözəlliyini seyr etmək kişilərin ömrünü 3-4 il uzadır.
BiG.AZ bizim.media-ya istinadən bildriir ki, mövzu ilə psixoloq Gülnarə Abuzərova bildirib ki, qadın bütün gözəlliklərin alisidir:
"Qadına olan diqqət, sevgi həyata olan heyranlıqdır. Elm sübut edib ki, gün ərzində gözəl qadınlarla ünsiyyətdə olan kişilərin enerjisi daima pozitiv olur. Bu kişinin həm maddi, həm psixoloji, həm də fizioloji durumuna çox müsbət təsir edir. Bir sözlə qadın gözəlliyi kişiləri həyata daha çox bağlayır. Onlarda mübarizlik ruhunu artırır. Yada salaq ki, kişilər bir Vətən, bir də sevdikləri qadınlar üçün fikirləşmədən ölümə gedirlər".
Psixoloq əlavə edib ki, hər bir insanın ruhu, zəkası və gözü daima gözəllik axtarır:
"Bu xüsusiyyət kişilərdə daha güclüdür. Çünki, qadınlar qulaqları ilə, kişilərsə gözləri ilə sevirlər. Ona görə də kişilər gözəl qadın görəndə gözlərini ondan asanlıqla çəkə bilmirlər. Və bunu hətta ətrafda olanlar da asanlıqla müşahidə edə bilir.
Təsadüfi deyil ki, gözəl qadınla ünsiyyətdə olan kişinin xoşbəxtlik hormonu daha yüksək olur. Gözəl qadınla ünsiyyəti az olan kişilərsə daha aqressiv və bədbin olurlar. Qadın gözəlliyi qarşısında əriyən və hətta məhv olan kişilər barədə tarixdə çox faktlar olub. Ümumiyyətlə, kişilərin gözəllik haqqında düşüncəsi fərqlidir. Bəzi kişilər qadının üz cizgisinə, bəziləri bədən quruluşuna və hətta bəziləri isə qadın sinəsinə aşiq olur.
Bir sözlə, dünyanı gözəllik xilas etdiyi kimi, kişiləri həyatda saxlayan amillərdən biri də qadın gözəlliyidir. Fərhad Şirinə qovuşmaq üçün Bisutun dağını çapmağa razılıq verib.
Halbuki bir dağın bir nəfər tərəfindən yarılması mümkünsüzdür. Amma qadın gözəlliyi kişiləri hər şeyə vadar edir.
Amma unutmayaq ki, bütün gözəlliklərin zirvəsi gözəl sima yox, gözəl qəlbdir. Zahiri gözəllik nisbidir, lakin qəlbin gözəlliyi əbədidir. Ona görə də kişiləri cavan saxlayan daha çox gözəl qəlbli qadınlardır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1286 Tarix: 23 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri
Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları
26.09.2026 639 Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20.09.2026 252 Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
Qısqanclıq sosial əhatədən dostluqlara, iş həyatından ailə və romantik münasibətlərə qədər bir çox sahədə davranışlarımıza təsir edə bilən duyğulardan biridir. Bəzən açıq şəkildə büruzə çıxan bu duyğu, bəzi hallarda isə olduqca məsum görünən sözlərin arxasında gizlənə bilir. xəbər verir ki, psixologiyay
27.09.2026 411 Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ
"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"
27.09.2026 216 Mətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?
Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo
20.09.2026 287 Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 290 Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard
27.09.2026 203 Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq
"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd
27.09.2026 346 Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20.09.2026 217