Təmiri ucuz və keyfiyyətli etməyin yolları açıqlandı

Təmiri ucuz və keyfiyyətli etməyin yolları açıqlandı"Təmir zamanı pula qənaət etməyin ən aşkar yolu dizayndır, çünki təcrübəli mütəxəssis nəyə qənaət etməməli olduğunuzu, həmçinin əksinə nəticəyə xələl gətirmədən bahalı materialları necə əvəz edəcəyini bilir".

Bu barədə dizayn və texniki sənədlərin hazırlanması üzrə rusiyalı mühəndis və ekspert Dmitri Mamin bildirib.

Onun sözlərinə görə, yaxşı təmir prinsipi ondan ibarətdir ki, baza işi mümkün olan ən yüksək keyfiyyətlə aparılsın.

"Bu iş növlərinə divarların, tavanların hamarlanması, döşəmələrin qurulması, pəncərə və qapıların quraşdırılması, elektrik və santexnika işləri daxildir", - deyə o izah edib.

Maminin sözlərinə görə, yaxşı nəticə təkcə materiallardan deyil, həm də işçilərin peşəkarlığından asılıdır.

"Bu cür mütəxəssislər daha baha başa gəlsə də, heç bir təzələmə və ya sahibinə əhəmiyyətli miqdarda xərclərə başa gələcək əlavə işlər ortaya çıxmayacaq", - deyə Mamin bildirib.

Mütəxəssis mənzili təmir edərkən xərcləri azaltmaq üçün digər tövsiyəsinin işlərin bir hissəsini ev sahibi tərəfindən görülməsi olduğunu deyib:

"Təmirin bəzi mərhələləri - məsələn, divarların demontajı, hazırlanması və təmizlənməsi, köhnə üzlüklərin qaşınması, materialların alınması və çatdırılması, qaralama işlərinin aparılması, zibillərin çıxarılması - müstəqil şəkildə həyata keçirilə bilər. Kompleks tamamlama işləri, kommunikasiyaların çəkilməsi və elektrik enerjisi ilə bağlı işlər isə peşəkarlar tərəfindən aparılmalıdır".

Ekspert yay və qış aylarında təmir xərclərinin fərqli olduğunu bildirib:
"Qışda tikinti briqadaları nisbətən az yüklənirlər, ona görə də yüksək ixtisaslı işçiləri bir az daha ucuz işə götürə bilərsiniz".

Mamin bildirib ki, dartma konstruksiya planlaşdırılırsa, pula qənaət etmək üçün tavanın işlənməsinə və düzləşdirməyə ehtiyac yoxdur.

Mütəxəssis bahalı materialları ucuz analoqlarla əvəzlənməsinin mümkünlüyündən də danışıb. Onun sözlərinə görə brend tikinti materiallarının aşağı büdcəli keyfiyyətli seriyası da olur.

"Bu, həm bəzək materiallarına, həm də döşəmə örtüklərinə, rozetkalara və elektrik açarlarına aiddir. Tanınmış brendin məhsullarını seçmək vacibdir. Yoxlanılmamış brendlərdən mal almaq risklidir", - deyə o bildirib.

Büdcə məhduddursa, ekspertin fikrincə, həyata keçirilməsi bahalı olan və dizaynerin məcburi iştirakını tələb edən üslublar sınanmamalıdır.

"Hazırda "industrial" və ya "loft" üslubları kərpic və beton divarları interyerin diqqətçəkən elementinə çevirməklə bəzək işlərinə qənaət etməyə imkan verir", - deyə ekspert sözlərini yekunlaşdırıb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1031   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

TOP MP3