Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edibAzərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayının keçirilməsi və Sizin yekdilliklə Partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Bu, milli iradənin ifadəsi, Ədalət və İnkişaf Partiyasının üzvlərinin Sizə olan sonsuz inam, etimad və dəstəyinin aşkar təzahürü, qardaş Türkiyənin inkişafı və yüksəlişi naminə göstərdiyiniz xidmətlərə verilən ali qiymətdir.

Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayı Türkiyə Respublikasının ictimai-siyasi həyatında tarixi hadisədir. Əminəm ki, Qurultayda qəbul olunmuş mühüm qərarlar partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, qardaş xalqınızın rifahı naminə qarşıya qoyulmuş yeni hədəflərə çatmağa, ölkənizin yeni sosial-iqtisadi inkişaf mərhələsini təmin edəcək "Türkiye Yüzyılı" baxışının həyata keçməsinə müstəsna töhfə verəcəkdir.
Qurucusu və rəhbəri olduğunuz Ədalət və İnkişaf Partiyası yarandığı gündən özünün proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara sadiqlik nümayiş etdirərək Türkiyə dövləti və xalqı qarşısında ləyaqətlə və şərəflə xidmət etmiş, hər bir sahədə böyük uğurlara imza atmış, ölkənizin qlobal güc mərkəzinə çevrilməsinə və beynəlxalq aləmdə yüksək nüfuz qazanmasına müvəffəq olub. Bütün bu nailiyyətlərdə Sizin əvəzsiz rolunuz və misilsiz əməyiniz vardır. Məhz buna görə Sizin adınız Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunub.

Biz də Sizin müdrik və qətiyyətli rəhbərliyiniz altında Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevinir, bundan qürur duyuruq. Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsindədir. Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir.

Əminəm ki, qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və "Bir millət, iki dövlət" prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlər birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Bir daha Sizə və Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi təbriklərimi çatdırır, partiyanın işinə bundan sonra da müvəffəqiyyətlər, qardaş Türkiyə dövlətinə və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 645   Tarix: 07 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.