Bakıda xeyir şərə döndü - "Həri"li qız...

Bakıda xeyir şərə döndü - "Həri"li qız...Bakının Xəzər rayonunda Elxan sevdiyi qızın atası Vüqarı (adlar şərti verilib - red.) bıçaqlayıb.

BiG.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 11-də Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib.

Elxan Vüqarın yetkinlik yaşına çatmayan qızını ona verməkdən imtinasını bəhanə gətirib və onun ünvanına nalayiq ifadələr işlədib. Daha sonra bıçaqla ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, MMC-də avtokar sürücüsü işləyib: "İş yerində Nigarla tanış oldum. Nigar qızı Əslinin nömrəsini mənə verdi. İki həftə sonra Əsli ilə yazışmağa başladıq.

Nigar qızını dəfələrlə mənimlə görüşə gətirirdi. Üçümüz oturaraq söhbət edirdik. Əsli ilə tək görüşəndə də sadəcə söhbət edirdik".

Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 18-də atasıgil Əsligilin evinə elçiliyə gedib və "həri"si-ni alıblar: "Oktyabr ayına artıq nişan olacağını planlaşdırdıq. İyun ayının 29-da Əslinin atası Vüqar məni öz evlərinə çağırdı və qohumlarının toyuna dəvət etdi. Qurban bayramına yaxın evimizə getdim. Anam, yeznəmgil Əsligilə qurban payı gətirdi. Vüqar mənə borcu olduğunu deyirdi. Ona görə də Vüqara dəfələrlə pul verdim. Müxtəlif vaxtlarda 50, 100, 400 manat vermişəm. Məndən başqa Vüqarın öz qonşusuna da 400 manat borcu olub. O, vəziyyətinin pis olduğunu deyərək məndən pul istəyirdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, onun Əsli ilə xasiyyətləri uyğun gəlməyib: "Bunu Əslinin valideyinləri də bilirdi. Bunu görən Əslinin atası dedi ki, Əslini rayona apar, sənə öyrəşsin. Mən Vüsala hazırda üzərimdə pul olmadığını, ayın 10-da apara biləcəyimi dedim. Amma ayın 10-da onların fikri dəyişdi. Artıq qızı mənə vermək istəmirdilər.

Mən də Vüqara dedim ki, sənə nə vermişəmsə qaytar, Əsliyə verdiklərim qalsın, halal xoşu olsun. Pulları geri istəyəndə, dedi ki, hansı yolla gəlmişdinsə, yaxşı yol, verəcəyi bir şey yoxdur. Vüqargildən getdikdən sonra telefonumun Əsligilin evində qaldığını gördüm. Zəng etdim ki, telefonunu qaytarsın. Lakin zənglərimi açmadılar. Vüqar sonra başqa nömrədən zəng etdi və dedi ki, gəlib telefonu götür. Yaxınlıqda olan "Al market"ə girdim və oradan bıçaq aldım.

Evin qarşısına çatanda Vüqarın yoldaşı Nigarı gördüm. Nigar məni həyətə çağıraraq danışmaq istədiyini, bu işlərin belə olmasını arzulamadığını dedi. Mən isə artıq bu münasibəti istəmədiyimi, uçurumda olduğumu bildirdim. Nigardan Vüqarla danışaraq öz haqqımı almağıma imkan verməyini istədim".

Elxan deyib ki, daha sonra Vüqar qaça-qaça üstünə gəlib və çiyninə nəsə atıb: "Anamı söydüyünə görə, 7-8 nəfərlə üstümə gələrək məni döydükləri üçün ona tərəf bıçağı atdım. Bıçaq Vüqarın bədənində hara dəydi bilmədim.
Ətraflı

Birinci Vüqar məni vurdu. Üstümə 5-6 nəfər tökülüşdülər, məni təpiklədilər. Nigar da mənə daş atırdı. Daşlardan biri gözümə dəydi. Başqa nahiyələrimdən də vurdular. Onların qonşuları da həyətdə idi. Hava qaralmışdı və hər kəs çölə çıxmışdı. Küçə dar olduğu üçün hamı bizi görürdü".

İş üzrə zərərçəkmiş Vüqarın sözlərinə görə, təxminən hadisədən 3 ay əvvəl təqsirləndirilən Elxanın ailəsi onlara elçiliyə gəlib: "Qızım həddi-büluğa çatmadığı üçün razı olmadıq. 18 yaşı tamamlandıqdan sonra qismət olarsa, Elxanla ailə qura biləcəklərini dedim. Elxanın valideynləri o vaxta qədər gözləyəcəklərini söylədilər. Hətta bu məsələyə görə valideynlər bir neçə dəfə bizə gəlib-gediblər".

Zərərçəkmiş deyib ki, Elxanın borcla bağlı dedikləri yalandır: "Mən Elxandan yalnız bircə dəfə maşın baxmağa gedəndə 50 manat borc pul almışam.

Avqustun 11-də Elxanı həyətimizdə gördüm. O, qızımı oğurlamaq istəyirdi. Ucadan nalayiq ifadələr işlətdiyini eşitdim. Elxanı sakitləşdirməyə çalışdım. O, üzərimə gələrək mənə hücum çəkdi, mən isə badalaq atdım. Elxan yerə yıxılanda sifətinə yumruq zərbəsi vurdum, məndən əl çəkməsi üçün çiynindən dişlədim. Elxan yerə yıxıldı".

Vüqar qeyd edib ki, daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və polis çağırıb: "Amma Elxan cəld tərpənərək şalvarındakı bıçağı çıxardı. Sifətimə 2 dəfə bıçaqla zərbə endirdi. Həmçinin sağ ayağımın arxa bud nahiyəsinə bir dəfə bıçaqla vurdu. Bu zərbələrdən huşumu itirdim və gözümü açdıqda xəstəxanada idim".

Zərərçəkmiş şəxs bildirib ki, elçiliklə bağlı şəkillərin hamısı montajdır: "Elxanın valideynləri elçilik üçün evimizə gəldikdə evlənməklərinə razılıq verdiyimiz üçün deyil, qonaq olduqları üçün onlara süfrə açmışıq. Hadisədən sonra Elxanın atası mənə Moskva şəhərindən zəng etdi. Dedi ki, onların Elxan adlı oğlu yoxdur, tutulur tutulsun. Mən Elxanın çiynindən dişləmişəm və gözünün altından yumruqla vurmuşam".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elxan 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elxanın vəkili təfərindən apellyasiya şikayəti verilib. Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddədə nəzərdə tutulmuş qaydada cərimə cəzasına məhkum edilməsini istəyib.

Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib.

Məhkəmə müdafiəçi tərəfindən verilən şikayəti təmin etməyib. Amma birinci instansiya məhkəməsinin çıxardığı hökmün sərt olması nəzərə alınıb və Elxanın barəsində olan cəza dəyişdirilib. Onun cəzası 7 ilə endirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3496   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tramp İnfantinonu müdafiə etdi: "Dəhşətli səhvə yol verərdilər"

ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun vəzifədən uzaqlaşdırılmasının "dəhşətli səhv" olacağını bildirib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial media platformasında paylaşım edib. "Əgər onlar hər hansı səbəbdən İnfantinonu dəyişdirməyi düşünsələr

11:19 48
.

Paytaxtda axşam konsertləri keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. xəbər verir ki, şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiq

10.08.2026 334
.

Pentaqon rəsmisindən İsrailə güclü dəstək mesajı

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper qapalı görüş zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək rütbəli komandirlərinə müraciət edərək ABŞ-ın İsrailə sadiqliyini ifadə edib. xəbər verir ki, "The Jerusalem Post" Kuperin müraciətinin mətnini dərc edib. "Birlikd

10:30 98
.

Şıxov çimərliyində iki qadın dənizdə boğuldu

Bakıda dənizdə iki nəfər boğulub. Qaynarinfo xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb

10.08.2026 479
.

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 16:00-da qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 31 km olub. Zəlzələ hiss edilməyib

10.08.2026 300
.

Bir sancması ilə öldürür: Dünyanın ən ölümcül 10 ilanı

Bu ilanların bəzilərinin zəhəri o qədər güclüdür ki, təcili tibbi yardım olmadan dişləmə ölümə səbəb ola bilər. Hər il ilanlar dünyada təxminən 5,4 milyon insanı dişləyir. Təqribən 2,7 milyon zərərçəkəndə klinik cəhətdən əhəmiyyətli zəhərlənmə baş verir, dişləmələrin nəticələrindən isə 81 mindən 13

10.08.2026 292
.

İnzibati xəta və cinayət: Tutulma müddətləri arasında hansı fərq var?

"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bir qayda olaraq, üç saatdan çox ola bilməz. Lakin qanunvericilikdə bu qaydadan müəyyən istisnalar nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, sərhəd rejimini, sərhədboy

10.08.2026 336
.

Çingiz Əlioğlu kimdir? - Bir gecədə 20 şeir yazan İlyas Əfəndiyevin bacısı oğlu

Şair Çingiz Əlioğlu avqustun 9-da səhər saatlarında vəfat edib. "Bioqrafiya" rubrikasında şair haqqında məlumatları təqdim edir. - Çingiz Əlioğlu kimdir?. Çingiz Əlioğlu Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və tərcüməçidir. - O nə zaman və harad

10.08.2026 280
.

Təyyarə biletini atmağa tələsməyin - Sonra görün nəyə yaraya bilər

Rəqəmsal texnologiyaların geniş yayılması ilə səyahət zamanı kağız sənədlərdən istifadə getdikcə azalır. Məsələn, ötən il aşağıbüdcəli aviaşirkət Ryanair kağız biletlərdən tamamilə imtina edib. Bununla belə, təcrübəli səyahətçilər xəbərdarlıq edirlər ki, uçuşdan sonra minik talonunu və ya onun telefond

10.08.2026 267
.

TOP MP3