18 bal cəriməsi olan vəzifəli şəxs "Land Cruiser"lə qırmızı işıqda keçdi - Saxlanıldı
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov polis tərəfindən saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, federasiya rəhbərinin saxlanılmasına səbəb idarə etdiyi "Toyota Land Cruiser" avtomobili ilə yol hərəkəti qaydalarını ciddi şəkildə pozması və polisin ünvanına nəlayiq ifadələr işlətməsi olub.
Federasiya prezidenti 7 oktyabr 2023-cü il tarixində avtomobili saxlanılan zaman Dövlət Yol Polisi əməkdaşlarını təhqir edib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onların ünvanına nalayiq ifadələr işlədib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Cəsarət Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və məhkəməyə göndərilib.
Federasiya prezidenti məhkəmə iclasında özünü qismən təqsirli bilərək deyib ki, DYP əməkdaşı tərəfindən saxlanılıb, ona işıqforun qırmızı işığında keçdiyi bildirilib. Həmçinin polis əməkdaşı ona yol hərəkəti qaydalarını pozduğu üçün 18 balının olduğunu, indi də 3 bal cərimə tətbiq edildiyi üçün sürücülük hüququnun məhdudlaşdırıldığını deyib.
Federasiya prezidenti 12 balı olduğunu və dəfn mərasimindən gəldiyini, psixoloji durumunun yaxşı olmadığını DYP əməkdaşlarına bildirib və buraxmasını xahiş edib. Lakin polis əməkdaşı onu buraxmayıb, avtomobilinin duracağa aparılmalı olmasını deyib, o da əsəbləşərək, DYP əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib. Hadisə yerinə 14-cü polis bölməsindən əməkdaşları çağırılıb və məcburi şəkildə bölməyə aparılıb.
Təqsirləndirilən şəxs əsəbi olduğu üçün nalayiq ifadə işlətdiyi yol polisi əməkdaşlarından üzr istəyib və tutduğu əməldən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Cəsarət Əhmədov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilib.
Özü ifadəsində etiraf etsə də, onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1679 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMbappe Nike ilə 19 illik müqaviləsini ləğv etdi: gözlənilməz addım atacaq
"Real"ın ulduzu "Adidas" və "Under Armour" şirkətlərinin təkliflərini rədd edib və öz brendini yarada bilər. "Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe kommersiya tərəfdaşlığında böyük dəyişikliklərə hazırlaşır. -ın xarici mediaya istinadən məlumatın
10.08.2026 250 Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Prezident İlham Əliyev Azərbaycanın Belçika və Polşada yeni səfirlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digə
10.08.2026 238 Dinozavrların nəslinin kəsilməsi ilə bağlı yeni versiya: Toz buludunda diri-diri yanıblar?
Alimlər hesab edirlər ki, dinozavrlar 66 milyon il əvvəl Yerə düşən nəhəng asteroidin yaratdığı həddindən artıq qızmış toz buludunun təsiri nəticəsində məhv olmuş ola bilərlər. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Geophysical Research: Biogeosciences" jurnalında dər
10.08.2026 215 Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi
Paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39
10.08.2026 305 Təyyarə biletini atmağa tələsməyin - Sonra görün nəyə yaraya bilər
Rəqəmsal texnologiyaların geniş yayılması ilə səyahət zamanı kağız sənədlərdən istifadə getdikcə azalır. Məsələn, ötən il aşağıbüdcəli aviaşirkət Ryanair kağız biletlərdən tamamilə imtina edib. Bununla belə, təcrübəli səyahətçilər xəbərdarlıq edirlər ki, uçuşdan sonra minik talonunu və ya onun telefond
10.08.2026 258 Ev almaq istəyənlər üçün dövlət imkanları: Kimlər güzəştli ipotekadan yararlana bilər?
"Azərbaycanda vətəndaşların mənzil sahibi olması üçün əsas dövlət mexanizmlərindən biri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə təqdim olunan adi və güzəştli ipoteka kreditləridir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksperti Fərid Cəfərli bildirib
10.08.2026 336 Biləcəridə evdən qadın meyiti tapıldı
Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Harami küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 71 yaşlı Zübeycət Çerçi qızı Əhmədovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib. Araşdırmalar rayon prokurorluğunda aparılı
10.08.2026 343 "Deepfake"lərə qarşı yeni qaydalar: Süni intellekt necə tənzimlənəcək?
"Süni intellekt texnologiyalarının sürətlə yayılması artıq dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa məcbur edir. Çünki süni intellekt yalnız texnoloji alət deyil, eyni zamanda məlumat təhlükəsizliyi, müəllif hüquqları və hətta ictimai rəyə təsir kim
10.08.2026 255 Lionel Messi atasını son mənzilə belə yola saldı
Argentina milli komandasının kapitanı Lionel Messi atası Xorxe ilə vidalaşıb. xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasimi futbolçunun doğma şəhəri Rosarioda ailəsi və dostlarından ibarət kiçik bir dairənin iştirakı ilə baş tutub. Messinin atası uzun sürən xəstəlikdən sonra avqustun 7-də 6
10.08.2026 346