"Vitali Balasanyan digər separatçılar kimi günahkardır"-POLİTOLOQ
Xəbər verdiyimiz, Vitali Balasanyan naməlum şəraitdə və bilinməyən bir zamanda Qarabağ ərazisini tərk edərək Ermənistana keçə bilib. Terrorçu və qanunsuz rejimin rəhbərlərindən biri olmuş Vitali Balasanyan Azərbaycana gətirilərək necə həbs edilə bilər?
Bununla bağlı politoloq Turan Rzayev bildirib ki, Vitali Balasanyanın Ermənistana keçməsi və həbsi tamamilə Ermənistanın daxili qanunvericiliyi ilə bağlı olan məsələdir:
"Balasanyan digər separatçılar kimi günahkardır. Azərbaycan qanunlarını açıq şəkildə pozub. Bununla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərini pozub. Lakin onun Bakıya gətirilməsi və Azərbaycan tərəfindən bu istiqamətdə hansısa bir addım atması hesab edirəm ki indiki məqamda mümkün deyil. Məsələ ondan ibarətdir ki, Azərbaycan - Ermənistan arasında münaqişə faktiki olaraq davam edir. Hələki sülh müqaviləsi imzalanmayıb. Müharibə olmasaydı yaxud müqavilə imzalansaydı belə iki ölkə arasında müvafiq məhbusların ekstradisiyası və mübadiləsi məsələsinə dair bir razılıq yoxdur. Bu adətən dövlətlərarası ikili münasibətlərdə imzalanan razılaşmalar ilə tənzimlənir. Azərbaycan və Ermənistan arasında bu tip razılaşmalar yoxdu. Bundan əlavə Ermənistan statunu qəbul edib. Azərbaycan bu istiqamətdə müraciət etsə belə bunu bir başa Ermənistana yox, beynəlxalq axtarışa verə bilər ki, Vitali Balasanyan ölkəni tərk edəcəyi təqdirdə keçəcəyi ölkələrin birində həbs edilsin. Bu halda bəli mümkün ola bilər. Amma hazırda Ermənistanda olduğu müddətdə, hətta orada həbs edilsə belə Azərbaycan istəyərsə Ermənistan onu verməz. Əgər bu olsaydı, Paşinyana ölkəsində ciddi problemlər açardı. Yəni bu baxımdan onun Azərbaycana gətirilməsi, bu istiqamətdə bir istək nümayiş etdirməsi inandırıcı deyil".
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı rəsmi məlumatda əsir düşmüş Natiq Qasımovun məhz Vitali Balasanyan tərəfindən vəhşicəsinə qətlə yetirildiyi açıqlanmışdı.
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2106 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
10:32 210 Zəfər Günü və Şuşa Günü: Tarixi qələbədən milli dirçəlişə, hərbi zəfərdən dövlətçilik salnaməsinə
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü yalnız əlamətdar təqvim tarixləri deyil. Bu günlər xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin, tarixi yaddaşının və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsini özündə birləşdirən mühüm tarixi hadisələrdir
10:57 156 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr
14:19 101 Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu
10:23 201 Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ba
13:30 154 Məşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29.10.2026 505 Böyük Qayıdışın strateji mərhələsi: Məcburi köçkünlərin doğma torpaqlara mərhələli köçürülməsi yeni reallıqlar yaradır
Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi dövlətçilik, milli həmrəylik və tarixi ədalətin bərpası baxımından xüsusi yer tutur. Uzun illər doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın öz yurdlarına qayıtması yalnız sosial-humanitar məsələ deyil, həm də Azərbaycanın postmüharib
12:14 153 Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı
Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl
11:43 162 Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar
11:00 205