Mətanət efirdə ƏSƏBİLƏŞDİ: "Qıcqırmış iyinizdən sizə yaxın durmaq olmur" - VİDEO

Mətanət efirdə ƏSƏBİLƏŞDİ: "Qıcqırmış iyinizdən sizə yaxın durmaq olmur" - VİDEO"Biri var ki, səhnəyə ustaddan təhsil alıb gələsən, biri də var ki, yataqdan durub çıxasan səhnəyə. Onlar əllərində şam tutub başlayıblar deməyə ki, "Mətanət Əsədova ilə görək nə edə bilirik?" (Mətanət Əsədova onu gözdən salmağa çalışan şou əhlini nəzərdə tutur - red.) Çöldə bir də görürsən ki, küçə heyvanını avtomobil vurur. Bax, elə yazıq heyvan onlardan mənə daha hörmətlidir. Əsədova ilə nəsə etmək istəyirsinizsə, gəlin, sizinlə məşğul olum. Düzgün ritmə girməyi sizə öyrədim. Zövqlə oxuyun, geyinin. Qıcqırmış iyinizdən sizə yaxın durmaq olmur".

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Sənətçi efir vasitəsi ilə Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb:

"Azərbaycan xalqının ən gözəl neməti onun mədəniyyəti və musiqisidir. Bu musiqini düzgün şəkildə təbliğ edən oturub qarşısınızda (özünü nəzərdə tutur - red.). Bir dənə konsert təşkil et (Mədəniyyət nazirliyini nəzərdə tutur - red.) de ki, gəl, beş gün oxu. Əgər mən Mətanət beş gün oxumaqdan imtina etsəm, məni tənqid edərsiniz".

Həmkarlarından fərqli olaraq konsert etmək üçün sponsorunun olmadığını söyləyən M.Əsədova onun bu arzusunu həyata keçirmək üçün aidiyyatı qurumdan yardım istəyib:

"Bəzilərinin sponsoru var. Bəzilərinə isə konsert verməyə kimlərsə köməklik edir. Allah hamısının yolunu açıq etsin. Mənim isə yoxdur. Nə də ki, ölsəm, heç kimə demərəm ki, gəl, bunu mənim üçün et. Azərbaycan musiqi mədəniyyətinə nə lazımdır? Musiqisi, muğamı və səsi yerində olan mənim kimi bir müğənni. Öləndən sonra əlinizdə çomaqla axtarıb, soruşacaqsınız ki,

"Hanı oxuyan o Mətanət?" Mən sizə oradan səs verəcəyəm? Gəlin, bunu edin, mən də oxuyum da. Mətanətin pulu yoxdur ki, konsert keçirilən məkanın arenda pulunu ödəsin. Pulu olmamaq ayıb bir məsələdir? Çatdıra bilmirəm.
Mahnını yazdırmağı, aranjiman etməyi, nəğməyə uyğun geyimi alım, gündəlik təlabatımı ödəyim. Hansını edim? Bu problemləri dilə gətirəndə ayıb olur?

Bəzilər üçün kimlərsə nələrsə edirsə, özləri bilər. Mən heç kimin işinə qarışmıram. Neçə illərdir, bu sənətdəyəm və bu illər ərzində heç kimin heç ayaqqabısına belə qarışmamışam, qaldı ki, nəyin ki onun həyatına və ona xərclənən pullara.

O onun taleh yazısıdır. Mən sözümü hökumətimə deyirəm. Hökumətimə deyirəm ki, mənə şərait yaradın konsert verim. Nə vaxt edəcəksiniz? Mədəniyyət Nazirliyinin ömrü boyu belə düzgünlüklərə zamanı olmayıb". / bizim.media


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1599   Tarix: 31 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyi

10:35 306
.

Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide

13:11 191
.

Robotlar sinif otaqlarında: Təhsildə inqilab, yoxsa yeni çağırışlar?

Müasir dövrdə texnoloji inqilab təhsilin fundamentini də sarsıdır. Özəl məktəblərdə robotların müəllim kimi çıxış etməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq bir fantastika deyil, yaxın gələcəyin real strategiyasıdır. Lakin bu texnoloji sıçrayışın təhsilin mahiyyəti, sosia

15:32 179
.

Melaniya Trampdan Oleşkidəki humanitar missiya ilə bağlı açıqlama

ABŞ-ın birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərində həyata keçirilən missiyanın sənədləşdirilməsi ilə bağlı təfərrüatları açıqlayıb. xəbər verir ki, o, bu barədə özünün X sosial şəbəkə hesabında paylaşım edib. Melaniya Tramp yazıb ki, "Newsmax" telekanalından olan dör

10:54 217
.

Zəfərdən doğan yeni reallıqlar: Azərbaycan qalib dövlət kimi gələcəyə doğru inamla irəliləyir

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə təkcə hərbi uğur deyil, həm də milli iradənin, güclü dövlətçilik strategiyasının, xalq-ordu birliyinin və müstəqil siyasətin təntənəsidir. 8 Noyabr - Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılan, Azərbaycanın siyasi və hərb

12:32 206
.

Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə

17:06 127
.

Financial Times: "Avropada kommersiya daşınmaz əmlak bazarında geriləmə qeydə alınıb"

Avropada ofis əmlakının alqı-satqısı zəifləyib. BİG.AZ Financial Times-a istinadən xəbər verir ki, üçüncü rübdə ofis sövdələşmələrinin dəyəri illik müqayisədə 33% azalaraq 8,8 milyard avroya düşüb. Bu, 2009-cu il maliyyə böhranından bəri ən aşağı göstəricidir. Yüksək maliyyələşmə xərcləri və inflyasiy

13:25 189
.

Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz

11:33 231
.

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl

12:23 216
.