Murad Dadaşov: "Bir "Sarı gəlin"i müzakirə edənə qədər ermənilər bütün mahnılarımızı apardılar"
"Mədəniyyətimiz o qədər dərindir ki, heç özümüz də o dərinliyə gedib çıxa bilmirik. Əsas məsələ hər şeyin əlçatan olmasıdır. Bəli, yeni, müasir ifaçılarımız var, amma onlar rəqabətə dözümlüdürmü, ya yox? Prodüser kimi deyirəm ki, dünyaşöhrətli, birnömrəli ulduzlar var. Azərbaycan estradasında olan biri xarici ölkədə böyük uğur qazana bilməz. Çünki bizim auditoriyamız bizi öz dilimizdə sevir. Bu çox gözəl haldır. O deməkdir ki, dilimiz, musiqimiz də möhkəmdir".
Bunu Axsam.az-a açıqlamasında Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov deyib. O, hazırda musiqi sahəsində olan problemlərdən söz açıb.
Dadaşov bildirib ki, estradada çatışmazlıqlar çoxdur:
"Bizim ulduzlarımız daxili bazar üçün işləyirlər, özləri dolanırlar, onların böyük musiqi prodüserləri yoxdur. Biz bu bazarı yavaş-yavaş dünyaya açacağıq. Çünki biz dünyaya indi tam başqa, qalib ölkə kimi gəlmişik. Bizim ölkəmiz abidələrimiz və gözəl yeməklərimizdən əlavə musiqimizlə də tanınmalıdır.
Ən əsas məsələ isə müəllif hüquqlarıdır. Onları qorumalıyıq. Bir "Sarı gəlin" əhvalatı bizə dərs olmalıdır. Düşmənlərimiz bunu ortaya atdılar. Biz onu müzakirə edənə qədər digər bütün mahnılarımızı apardılar. Bu o deməkdir ki, biz musiqimizi qorumalıyıq".
M.Dadaşov "Çox vaxt müğənnilərin şikayətləndiyini görürük. Musiqi Forumunda heç bir estrada ifaçısını bir təkliflə görmədik, qatılmadılar. Təkcə Namiq Qaraçuxurlu yer alırdı, o da heç bir təklif və ya irad irəli sürmədi" sualına Dadaşov belə cavab verib:
"Dünyanın ən böyük fili biologiya elmləri namizədi deyil. Sən yaxşı müğənni, futbolda oyunçu ola bilərsən. O demək deyil ki, sən məşqçisən. Onlar yaxşı ifaçıdırlar, ola bilsin ideyaları yoxdur. Dünən oxudum, bu gün çıxış edim olmur. Bu forum onlara bir təkan verər. Gələcəkdə yaxşı təklifləri ola bilər".
M.Dadaşov müğənnilərin verilişləri bəyənməməsi, proqramlara qatılmamaq istəməməsi probleminə də toxunub:
"Gülməlidir. İndiki mətbuata, tamaşaçıya çatmaq üçün televiziya lazım deyil. Mən televiziyada işləməsəydim "Youtube"da kanal yaradardım. Rəqabətə girərdim. Orada dəqiq bilərdim kim mənə baxır. Şikayət etməyə hamı öyrəşib. Bitdi şikayət vaxtı. İndi kim-kimi tutub saxlayıb? Senzura da yoxdur. İndi bilinir ki, kim savadlıdır, nə edir, nə bacarır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 998 Tarix: 31 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi
28.10.2026 343 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir
12:39 203 Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir. Məsələ ilə bağlı yataqxana rəhbərin
16:57 139 8 Noyabr - Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi və milli qürur tariximiz
Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər təkcə təqvimdə əlamətdar gün kimi deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və xalqın sarsılmaz ruhunun təcəssümü kimi yaşayır. 8 Noyabr - Zəfər Günü məhz belə bir tarixdir. Bu gün Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığ
12:27 271 Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide
13:11 191 The Guardian: "Britaniyada ailələrə enerji xərcləri üçün 100 funt veriləcək"
Britaniya hökuməti müəyyən vergi kateqoriyalarına daxil olan 20 milyon ailəyə yanvar ayında birdəfəlik 100 funt sterlinq ödəməyi planlaşdırır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökumət həmçinin qaz üzrə sabit ödənişləri ləğv etməyi və enerji xərclərini azaltmaq üçün güzəştli kreditlər təqdi
13:30 201 Əliyev Ərdoğanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz
11:33 231 Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind
14:14 223 Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı
Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə
17:03 115