Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət alması barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
İstintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Amil Abdullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 726 Tarix: 31 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyi
10:35 306 Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide
13:11 191 Robotlar sinif otaqlarında: Təhsildə inqilab, yoxsa yeni çağırışlar?
Müasir dövrdə texnoloji inqilab təhsilin fundamentini də sarsıdır. Özəl məktəblərdə robotların müəllim kimi çıxış etməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq bir fantastika deyil, yaxın gələcəyin real strategiyasıdır. Lakin bu texnoloji sıçrayışın təhsilin mahiyyəti, sosia
15:32 179 Melaniya Trampdan Oleşkidəki humanitar missiya ilə bağlı açıqlama
ABŞ-ın birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərində həyata keçirilən missiyanın sənədləşdirilməsi ilə bağlı təfərrüatları açıqlayıb. xəbər verir ki, o, bu barədə özünün X sosial şəbəkə hesabında paylaşım edib. Melaniya Tramp yazıb ki, "Newsmax" telekanalından olan dör
10:54 217 Zəfərdən doğan yeni reallıqlar: Azərbaycan qalib dövlət kimi gələcəyə doğru inamla irəliləyir
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə təkcə hərbi uğur deyil, həm də milli iradənin, güclü dövlətçilik strategiyasının, xalq-ordu birliyinin və müstəqil siyasətin təntənəsidir. 8 Noyabr - Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılan, Azərbaycanın siyasi və hərb
12:32 206 Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə
17:06 127 Financial Times: "Avropada kommersiya daşınmaz əmlak bazarında geriləmə qeydə alınıb"
Avropada ofis əmlakının alqı-satqısı zəifləyib. BİG.AZ Financial Times-a istinadən xəbər verir ki, üçüncü rübdə ofis sövdələşmələrinin dəyəri illik müqayisədə 33% azalaraq 8,8 milyard avroya düşüb. Bu, 2009-cu il maliyyə böhranından bəri ən aşağı göstəricidir. Yüksək maliyyələşmə xərcləri və inflyasiy
13:25 189 Əliyev Ərdoğanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz
11:33 231 Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl
12:23 216