"Xankəndidə ikinci Zəfər muzeyi ilə yanaşı, orada böyük bir kitabxana, arxiv idarəsi yaradılsın" - ŞƏRH
Torpaqlarımız işğaldan azad edilmə prosesi başa çatdıqdan sonra, Azərbaycan ordusunun misilsiz qəhrəmanlığını və tarixi qələbəsini nümayiş etdirmək üçün Vətən Müharibəsi Memorial Kompleksinin və Qələbə Muzeyinin, Hərbi Qənimət Parkının əsası qoyuldu. Zəfər Ermənistan ordusunun necə məhv edildiyini sübut etməklə yanaşı, illərlə Ermənistan ordusunda və onun rəhbərlərində məğlubedilməzlik mifini yaradan acınacaqlı halları bütün çılpaqlığı ilə ortaya qoyur.İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Xankəndidə ikinci Zəfər muzeyi açıla bilər?
Movzu ilə bağlı siyasi şərhçi Sədrəddin Soltan BiG.AZ-a açıqlama verib. Azərbaycanın hər yerində Zəfər muzeyi açıla bilər:
"Çünki ölkənin hər kəndinin bu Zəfərin qazanılmasında əməyi var. Azərbaycanın elə bir rayonu, şəhəri yoxdur ki, orada şəhid olmasın. Xankəndidə muzeyin açılması da mümkündür. Bu şəhər həm də uzun illər Azərbaycandan uzaq düşüb. Burada muzeyin, yaxud qələbənin, şəhidlərin. qaziləri xatirəsinin yad edilməsi üçün başqa abidələrin açılması da mümkündür.
Bunun həm tarixi, həm də ərazi bütövlüyün və suverenliyin təmin olunması baxımından əhəmiyyəti var. Belə muzeylərin, mədəni yerlərin açılması gələcək nəsil üçün də tərbiyəvi baxımdan önəmlidir".
Tarixçi alim Zaur Əliyevin sözlərinə görə, Xankəndidə ikinci Zəfər muzeyinin açılması böyük bir əhəmiyyət daşıyır:
"Xankəndinin özü belə muzeydir. Çünki o xan ailəsi üçün salınmış bir ərazidir. Orada xan ailəsinə məxsus tikililər, evlər olub. Yaranan dövrdən - işğal dövrünə qədər kifayət qədər Azərbaycan və Qarabağ tarixi ilə bağlı olaraq, abidələr, mədəni və qeyri-mədəni irs nümunələri olub. Təsəvvür edin təkcə Xankəndinin 37 məhəlləsinin hər birində bir abidə, məscid, bulaq olub. Bunların mövcud olduğu bir şəhərdə niyə ikinci bir muzey olmasın. Mən hesab edirəm ki, bu daha uğurlu bir addımdır. Ümumiyyətlə Xankəndidə ikinci Zəfər muzeyi ilə yanaşı, orada böyük bir kitabxana, arxiv idarəsi yaradılsın. Qarabağ ilə bağlı olaraq, sənədlər əlyazmalar Xankədinin özündə yerləşdirilsin. İnsanlar tədqiqat və araşdırma üçün Qarabağla bağlı məlumat əldə etmək üçün həm Xankəndiyə ziyarət etsinlər, həm də muzeylə tanış olsunlar. Bununla yanaşı, Xankədinin Qarabağın əsas mərkəzlərindən biri olduğunu bilsinlər".
İşğaldan azad edilmiş torpaqların hər santimetrində ermənilərin ağlasığmaz qəddarlığının, misli görünməmiş cinayətlərinin izlərini görmək olar. Zəfərimizi əsl qalib ölkə kimi nümayiş etdirmək və şəhidlərimizin xatirəsini qoruyub saxlamaq bir xalq olaraq bizim borcumuzdur və böyük şərəfdir.
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1759 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi
28.10.2026 343 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir
12:39 203 Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir. Məsələ ilə bağlı yataqxana rəhbərin
16:57 139 8 Noyabr - Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi və milli qürur tariximiz
Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər təkcə təqvimdə əlamətdar gün kimi deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və xalqın sarsılmaz ruhunun təcəssümü kimi yaşayır. 8 Noyabr - Zəfər Günü məhz belə bir tarixdir. Bu gün Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığ
12:27 271 Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide
13:11 191 The Guardian: "Britaniyada ailələrə enerji xərcləri üçün 100 funt veriləcək"
Britaniya hökuməti müəyyən vergi kateqoriyalarına daxil olan 20 milyon ailəyə yanvar ayında birdəfəlik 100 funt sterlinq ödəməyi planlaşdırır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökumət həmçinin qaz üzrə sabit ödənişləri ləğv etməyi və enerji xərclərini azaltmaq üçün güzəştli kreditlər təqdi
13:30 201 Əliyev Ərdoğanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz
11:33 231 Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind
14:14 223 Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı
Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə
17:03 115