Xocalı soyqırımının iştirakçısı Madat Babayan saxlanıldı - Video

Xocalı soyqırımının iştirakçısı Madat Babayan saxlanıldı - VideoQanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının ərazilərində törətdikləri terrorçuluq və digər ağır cinayətlərlə bağlı araşdırmalar davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla "AKM" avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.

İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı həmçinin bildirib ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olub.

24 fevral 1992-ci il tarixində "Xolostoy" ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə yetiriblər.

Eyni zamanda, Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə edib.

Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd etmiş, eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat verib.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim etmişdir. Bundan əlavə Madat Babayan, əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib.

Hazırda Madat Babayanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 759   Tarix: 02 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər Günü və Şuşa Günü: Azərbaycanın tarixi qələbəsi, milli qüruru və əbədi yaddaşı

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü milli iradənin, qəhrəmanlığın, dövlətçilik əzminin və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi yer tutur. Bu tarixlər yalnız keçmişdə qazanılmış qələbəni xatırlatmır, həm də Azərbaycanın gələcəyini müəyyənləşdirən milli birlik

12:45 186
.

Məktəbdə jurnalistlərə qarşı zorakılıqla bağlı - Açıqlama

"Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub". Axşam.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının ötən gün Yasamaldak

15:16 180
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir

12:39 187
.

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl

12:23 200
.

Diplomatiyada qarşılıqlı hörmət: Şuşadan Bakıya, Bakıdan Ankaraya uzanan mesaj

BİG.AZ-ın müxbiri Nuray Nəzərova yazır. Diplomatiyada bəzən bir görüşün keçirildiyi şəhər, bəzən nümayəndə heyətinin tərkibi, bəzən də verilən mesajın özü siyasi bəyanatlardan daha çox məna daşıyır. Şuşa, Bakı və Ankara arasında qurulan diplomatik təmaslara bu prizmadan yanaşdıqda, ayrı-ayrı görüşləri

16:51 1
.

Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib

Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is

28.10.2026 359
.

Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide

13:11 179
.

Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?

Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ

11:41 214
.

Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz

11:33 217
.