Şərqdə və Qərbdə müflis olan iş adamına necə münasibət göstərilir?

Şərqdə və Qərbdə müflis olan iş adamına necə münasibət göstərilir?Azərbaycanda "Müflisləşmə haqqında" yeni qanun qəbul edilməsi üzərində iş aparılır. Artıq bununla bağlı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın nəzdində "Biznesin müflisləşməsi" İşçi qrupu yaradılıb və işçi qrupunda həm dövlət, həm də özəl sektordan nümayəndələr yer alıb. Həmçinin Dünya Bankının dəstəyi ilə Almaniyadan olan beynəlxalq ekspert də bu prosesə cəlb edilib.

Bəs bu yeni qanun Azərbaycana nə verəcək? Beynəlxalq tələblər hansı dəyişiklikləri etməyi diktə edir?

İşçi qrupunun üzvü, ekspert İlqar Mehti "Report"a açıqlamasında bildirib ki, artıq Qərbdə müflisolma ənənələri çoxdan formalaşıb, amma Şərqdə düşüncə bir qədər fərqlidir:

"Beynəlxalq təcrübədə müflis olmaq adi, sadə proseduradır. Biznes risk deməkdir və müflis olmaq iş adamının sadə haqqıdır. Sahibkar hansısa riskə girdi və o baş tutmadısa özünü müflis elan edir ki, müəyyən müddətdən sonra gücünü toplayıb bir də cəhd etsin. Ola bilsin o bir neçə dəfə müflis olacaq, amma sonda böyük bir şirkətin sahibi olacaq. Vaxtilə Stiv Cobs da müflis olub. Yeri gəlmişkən ABŞ-nin prezidenti Abraham Linkoln rəsmən 8 dəfə özünü müflis elan edib. Sonra isə ölkənin prezidenti olub. Yəni Qərb ənənəsində müflis olmaq həyatın bitdiyi demək deyil, amma Şərq ənənəsində belədir ki, adın ömürlük qara siyahıya düşür, heç kim sənin əlini sıxmaq istəmir.

Bu təkcə mədəniyyət, düşüncə məsələsi demək deyil. Bunu qanunla da insanlara anlatmaq lazımdır ki, müflis olmaq iş adamının təbii haqqıdır. Əgər insan müflis olursa müəyyən prosedurlardan keçməlidir, müəyyən öhdəlikləri icra etməlidir, işçilərinin pulunu ödəməlidir, vergi öhdəlikləri varsa onları bağlamalıdır".

İşçi qrupunun üzvünün sözlərinə görə, Azərbaycanda müflis olan iş adamı özünü qara siyahıya düşmüş kimi hiss edir:

"Qərbdə müflis olan adama kredit, bank fəaliyyətinin təsiri olmur, əksinə dövlətdə dəstək olur ki, həmin iş adamı müflis vəziyyətindən rahat çıxa bilsin. Amma bizdə müflis olan adam banklardan kredit belə cəlb edə bilmir.

Bizdə təəssüf ki, yerli şirkətlər müflis olanda normal proseslərdən keçmək üçün hüquqşünaslarla işləmək təcrübəsi yoxdur. Biznesmen hüquqi sistemə inanmalıdır. Bizim təcrübəmizdə olub ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) ABŞ-də məhkəməsi keçirildi. Xarici kreditorlar anlayışla qarşıladı ki, bank öz borclarını restrukturizasiya edir.

Hesab edirəm ki, tənzimləyici qurumların əllərində olan mexanizmlər cəzalandırıcı deyil, təşviqedici mexanizmlər olmalıdır. Kimsə müflis oldusa onun müflis olma səbəblərini araşdırıb, bu səbəbləri aradan qaldırmaq və həmin adama dəstək olmaq lazımdır ki, o da biznes fəaliyyətinə, bazar iqtisadiyyatına dönüş eləsin. Amma indiki durum cəzalandırma durumudur".

İ. Mehti 2024-cü ildən qanunvericilikdə müsbət dəyişikliklərin gözlənildiyini qeyd edib: "Artıq sahibkarın vergi öhdəliyi yarandıqda ona bu borcu qaytarmaq üçün möhlət veriləcək. Bu biznesdir və ola bilsin hansısa il bu iş adamı için uğurlu olmadı. Bəlkə o gələcəkdə böyük bir korporasiya quracaq?! Bu baxımdan güzəşt etmək lazımdır.

Məh hesab edirəm ki, "Müflisləşmə haqqında" yeni qanuna kəskin ehtiyac var və tezliklə həmin qanun qəbul edilməlidir".

İqtisadçı-ekspert Natiq Cəfərli də Azərbaycanda müflisolma mədəniyyətinin formalaşmamasından narahatdır. Ekspert hesab edir ki, yeni qanun özündə ən mütərəqqi beynəlxalq mexanizmləri əks etdirməlidir:

"Azərbaycanda müflisləşmə mədəniyyətinin formalaşmamasının əsas səbəblərindən biri də düşüncə tərzidir. Bizdə müflis olmaq hətta ayıb sayılır. Müflis olmaq biznes kateqoriyası, iqtisadi kateqoriya deyil, müflis olmaq nüfuzdan düşmək, gözdən düşmək hesab edilir. Halbuki dünyanın müflisləşmə ilə bağlı geniş tarixi var. Harada biznes varsa, orada müflisolma hallarına da rast gəlmək olacaq.

Digər bir məsələ ondan ibarətdir ki, bizdə zaman-zaman boz sxemlər olduğundan "Müflisləşmə haqqında" qanunu tətbiq etmək də mümkün olmurdu. Bəzən qeyri-rəsmi öhdəliklərin mövcud olması, rəsmi təmsilçilərin fərqli, əsl sahiblərinin başqa adamlar olması müflisləşmə zamanı problemlər yaradırdı. Müflisləşmə zamanı bir də görürdün ki, öhdəliklər heç də aidiyyəti olmayan şəxsin üzərində qalır. Dəfələrlə olub ki, insanlar şirkətin onun adına rəsmiləşdiyindən heç bir xəbəri olmayıb. Hətta məhkəmə işləri də var.

Hesab edirəm ki, yeni qanun bunun daha ciddi şəkildə beynəlxalq standartlara uyğun tənzimlənmə mexanizmlərini yaradacaq. Məntiqlə düşünülsə müflisləşmə əslində biznesi qorumaq üçündür. Bu o demək deyil ki, insan bir dəfə müflis oldusa tamamilə biznesdən çəkilməlidir. Belə bir maraqlı örnək var ki, məşhur "McDonalds" şirkətinin rəhbəri bu şirkəti qurana qədər 5-6 dəfə müflisləşib. Sonradan isə belə bir uğurlu biznes modeli qurub.

Hesab edirəm ki, yeni müflisləşmə qanunu məhz bu yöndə olmalıdır, beynəlxalq standartlara uyğun olacaqsa şərait yaratmalıdır ki, hansısa şəxs müflis olarsa həyatının qalan hissəsini biznesdən kənarda keçirməsin, gələcəkdə bizneslə məşğul olmaq, uğur qazanmaq şansı olsun".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1062   Tarix: 04 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aygün Kazımova evindən VİDEO PAYLAŞDI

Xalq artisti Aygün Kazımova evindən görüntü paylaşıb. xəbər verir ki, Pop kraliça itlərinin videosunu yayımlayıb. Görüntülərdə sənətçinin evində saxladığı 3 it də yer alıb. Kazımovanın yataq otağından yayımladığı videonu təqdim edirik

17.10.2026 920
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18.10.2026 1220
.

"Atam və anamdan çox o, mənə dəstək oldu"

Müğənni İradə İbrahimova qızı üçün nümunə olmağa çalışdığını deyib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb. "İfaçı kimi efirdə gözəl görünməyə diqqət etmişəm. İndi evdə qızıma örnək oluram, ona nümunə olmağa çalışıram. İstəyirəm ki, yeməyinin, içməyinin

17.10.2026 480
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11.10.2026 948
.

ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA

Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild

23.10.2026 704
.

25 milyonluq malikanəsi əlindən alına bilər

Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th

17.10.2026 680
.

Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova onun vəsiyyəti barədə danışıb. Axşam.az xəbər verir ki, Z.Hümbətova müğənni Lətifənin təqdimatında yayımlanan "MTV Maqazin" proqramına açıqlamasında bacısının qızı Cananı ona əmanət etdiyini bildirib. O qeyd edib ki, Aygü

24.10.2026 424
.

Şəbnəm Tovuzlu geyimi və rəqsi ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Müğənni Şəbnəm Tovuzlunun səhnə görüntüləri sosial şəbəkələrdə maraq doğurub. Məkanlardan birində səhnə alan ifaçı bu dəfə qısa saç düzümü, geyim tərzi və rəqsi ilə diqqət mərkəzinə düşüb. Sənətçinin fərqli görünüşü və səhnə performansı izləyicilər arasında müzakirələrə yol açıb. Onun görüntüləri sosia

17.10.2026 749
.

"Ən kəskin baltalar sapı özümüzdən olanlardır"

Aparıcı Vüsalə Əlizadə ikiüzlü insanlardan gileylənib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib:. "Üzümüzə gülüb, can deyənlər. Üzdə mələk, içi fəsad olanlar. Ən kəskin baltalar sapı özümüzdən olanlardır"

17.10.2026 510
.

Son Xəbərlər