BMT ABŞ-nin terrorla mübarizədə döyüş PUA-larından istifadə etməsini tənqid edib

BMT ABŞ-nin terrorla mübarizədə döyüş PUA-larından istifadə etməsini tənqid edibBMT-nin İnsan Haqları Komitəsi terrorçuları məhv etmək üçün ABŞ-ın öz ərazisindən kənarda döyüş PUA-larından istifadə etməsindən ciddi narahatlığını bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, Cenevrədə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrası ilə bağlı ABŞ-ın son hesabatını araşdıran komitə üzvləri - 18 müstəqil ekspert – Vaşinqtona mülki əhalinin tələfatının qarşısını almaq məqsədilə tədbirlər görməyi tövsiyə edib.

"Komitə eksterritorial antiterror əməliyyatları zamanı silahlı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə törədilən qətllərin davam etməsindən, zərbələrin həyata keçirilməsi üçün hüquqi və siyasi meyarlarla bağlı tam və davamlı şəffaflığın olmamasından ciddi şəkildə narahatdır", - ekspertlər bildiriblər.

Onlar həmçinin mülki şəxslərin ölümünə və onlara dəyən digər ciddi zərərlərə görə məsuliyyətin olmamasından narahatlıqlarını bildiriblər. Komitədən vurğulayıblar ki, ABŞ ölkənin özünümüdafiə hüququna uyğun olaraq silahlı pilotsuz təyyarələrin "Əl-Qaidə" ilə silahlı münaqişədə istifadə edildiyi mövqeyi tutur, amma Vaşinqtonun silahlı münaqişə anlayışı həddən artıq geniş coğrafi və zaman miqyasını əhatə edir.

BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini Joze Manuel Santos Pais (Portuqaliya) mətbuat konfransında bildirib ki, görünür, Birləşmiş Ştatlar öz sərhədləri xaricində pilotsuz aparatlarla hücumlar həyata keçirib. Komitə son nəticədə 1,5 mindən çox insanın ölümü və yaralanması ilə nəticələnən 56 belə hücumdan xəbərdardır. "Onların əksəriyyəti də mülki şəxslərdir. Əlbəttə, ciddi şəkildə hesab edirik ki, bu, pakt üzrə öhdəliklərin pozulması deməkdir. Biz xüsusilə bu hava zərbələrini həyata keçirənlərin məsuliyyət daşımamasından narahatıq", - ekspert əlavə edib.

Mütəxəssislər ABŞ-a dron hücumları vasitəsilə ölümcül güc tətbiqinin hüquqi əsasları ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyi tövsiyə ediblər. Onlar ABŞ-ın mülki itkilərin qarşısını almaq və məsul şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyini gözləyirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 480   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Moskvada həşəratlar üçün otel yaradıldı

Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas

28.10.2026 368
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 386
.

Zəfər tariximizin qüruru, milli birliyimizin və dövlət gücümüzün təntənəsi

Zəfər yalnız hərbi qələbə deyil, həm də bir xalqın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdı, xalqımızın milli qürurun

12:15 106
.

4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı - 35 illik faciənin hekayəsi

Britaniyalı məşhur musiqiçi Erik Klaptonun "Cənnətdə göz yaşları" mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb. Faciə 1991-ci ilin martında baş verib. Klaptonu

28.10.2026 352
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28.10.2026 372
.

Monakoda knyazın 29 yaşlı qohumunun meyiti tapıldı

Monakoda knyaz II Albertin 29 yaşlı bibisi nəvəsi Antuan de Massinin meyiti aşkarlanıb. Axşam.az xəbər verir ki, bu barədə "Monaco-Matin" nəşri məlumat yayıb. Bildirilib ki, Antuan ölümündən qısa müddət əvvəl gecə klubundan çıxarkən görülüb. Onun sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Ertəs

28.10.2026 318
.

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını

12:45 107
.

Pentaqonda kadr dəyişiklikləri: yüksək vəzifəli general vəzifəsindən ayrılıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun yüksək vəzifəli generallarından biri, Strategiya, Planlaşdırma və Siyasət Direktoru vəzifəsində çalışan Brett Silviyanı istefaya göndərib. Bu addımın Müdafiə Nazirliyində kadr dəyişikliklərinin yeni mərhələsinin başlanğıcı olduğu bildirilir. xəbər verir ki

10:39 153
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

28.10.2026 355
.