"Zəfər günü Azərbaycan xalqının həyatında intibah dövrünün başlanmasıdır" - DEPUTAT

"Zəfər günü Azərbaycan xalqının həyatında intibah dövrünün başlanmasıdır" - DEPUTAT"İşğal olunmuş torpaqlarda, dağıntı, yağma, Azərbaycan izlərinin silinməsi prosesi davam edirdi. Bütün bunlara qarşı isə heç bir beynəlxalq qurum, beynəlxalq ictimaiyyət nümayəndələri və özlərini sivil dünyanın aparıcı qüvvələri sayan heç bir dövlət konkret mövqe ortaya qoymadı. Ortaya qoyulmuş mövqelər bəyanatdan o yana keçmədi. Azərbaycan özü Həm BMT qətnamələrinin icrasını həyata kecrdi, həm də cənab Ali Baş Komandanın rəhbərliyi altında bütün xalq birləşərək ərazi bütövlüyünü bərpa etdi".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputat bildirib ki, Qarabağ münaqişəsi birdəfəlik həll olundu:

Azərbaycan Ermənistan və Rusiya rəhbərlərinin imzaladıgı bəyanatın şərtlərinə uyğun olaraq, Azərbaycan öz üzərinə düşən öhdəlikləri hər zamanki kimi yerinə yetirdi. Bu razılaşmanın bəndləri Azərbaycan tərəfindən icra olunmağa başladı. "Çox təəssüf ki, nəinki Ermənistan bu öz üzərinə götürdüyü öhdəliklərin icrası barədə düşündü,hətta davamlı şəkildə diskritasiya etməyə başladı. Azərbaycanın xəbərdar etməsinə, Laçın sərhəd buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan sərhədlərinə tam nəzarət olunmasına baxmayaraq, qeyri-qanuni silahlı birləşmələr Ermənistan tərəfindən silah-sursatla təchiz olunurdu. Yenə də bu birləşmələr pozuculuq fəaliyyətini davam etdirmək üçün özlərinə əsas axtarmağa çalışırdılar. Lakin cənab Prezidentin hər zaman dediyi bir məsələ burada həyata keçdi".

Müşfiq Məmmədlinin sözlərinə görə, Azərbaycan öz ərazisində bütün şəxslərə, etnik qruplara bərabər şərait yaradır: "Azərbaycan beynəlxalq və ikitərəfli müqavilələrdə verdiyi bütün sözlərə sadiqdir. Bununla yanaşı, öz ərazi bütövlüyünə və insanlarının həyatına, təhlükəsizliyinə risk yaradan istənilən bir faktora qarşı sərt mövqeyini ortaya qoyub və qoyacaqdır. Bunun nəticəsində biz 23 saatlıq antiterror əməliyyatlarının şahidi olduq. Bundan sonra beli qırılmış və bizim zəfərimizə boyun əymiş tör-töküntülərdə tamamilə məhv edildi və kapitulyasiya aktına imza atmağa məcbur oldular. Qondarma bir qurumun ləğv olunması barədə bəyanat verdilər".

Deputat qeyd edib ki, bütün bunlar bizim Şuşanın azad olunması ilə Qarabağ problemini həll etdiyimizin bir sübutu idi:

"Zəfər gününün önəmi zaman keçdikcə daha da aydın olur. Bu Azərbaycan xalqının qalib xalq, qalib millət olduğunu bütün dünyaya bəyan etməyimizdir. Zəfər günü Azərbaycan xalqının həyatında intibah dövrünün başlanmasıdır. Zəfər günü Azərbaycan xalqının qalib xalqlar sırasına qoşulduğu bir gündür. Azərbaycan xalqı bundan sonra həyatın bütün sahələrində böyük və möhtəşəm uğurlar silsiləsinə daxil olmuşdur".

Son olaraq deputat vurğulayıb ki, bunun üçün hər birimiz əsgərlərimizə, xalqımıza və müzəffər Ali Baş Komandanımıza borcluyuq: "Azərbaycan Vətən müharibəsi başlamadan öncə bu 30 il ərzində davamlı şəkildə beynəlxalq hüququn normalarına uyğun olaraq və beynəlxalq ictimaiyyətinin qəbul etdiyi normalar çərçivəsində Ermənistanla bu münaqişənin aradan qaldırılması üçün mümkün olan təklifləri, müzakirələri daim davam etdirirdi Buna baxmayaraq, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazisində etnik separatizmi qızışdırmaq cəhdləri davam edirdi.Son nəticədə Dəmir yumruq başlarına endi,darmadagın oldular,Azərbaycan tarixi zəfər qazandı!"

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1143   Tarix: 06 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Moskvada həşəratlar üçün otel yaradıldı

Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas

28.10.2026 368
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 386
.

Zəfər tariximizin qüruru, milli birliyimizin və dövlət gücümüzün təntənəsi

Zəfər yalnız hərbi qələbə deyil, həm də bir xalqın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdı, xalqımızın milli qürurun

12:15 106
.

4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı - 35 illik faciənin hekayəsi

Britaniyalı məşhur musiqiçi Erik Klaptonun "Cənnətdə göz yaşları" mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb. Faciə 1991-ci ilin martında baş verib. Klaptonu

28.10.2026 352
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28.10.2026 372
.

Monakoda knyazın 29 yaşlı qohumunun meyiti tapıldı

Monakoda knyaz II Albertin 29 yaşlı bibisi nəvəsi Antuan de Massinin meyiti aşkarlanıb. Axşam.az xəbər verir ki, bu barədə "Monaco-Matin" nəşri məlumat yayıb. Bildirilib ki, Antuan ölümündən qısa müddət əvvəl gecə klubundan çıxarkən görülüb. Onun sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Ertəs

28.10.2026 318
.

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını

12:45 107
.

Pentaqonda kadr dəyişiklikləri: yüksək vəzifəli general vəzifəsindən ayrılıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun yüksək vəzifəli generallarından biri, Strategiya, Planlaşdırma və Siyasət Direktoru vəzifəsində çalışan Brett Silviyanı istefaya göndərib. Bu addımın Müdafiə Nazirliyində kadr dəyişikliklərinin yeni mərhələsinin başlanğıcı olduğu bildirilir. xəbər verir ki

10:39 153
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

28.10.2026 355
.