Kəlbəcərdəki sahibsiz atları ələ keçirən əmi və qardaşı oğlu həbs edildi

Kəlbəcərdəki sahibsiz atları ələ keçirən əmi və qardaşı oğlu həbs edildiLokal antiterror tədbirlərindən sonra Azərbaycan ordusunun nəzarətinə keçən ərazilərə qeyri-qanuni şəkildə keçərək orada erməni sakinlərdən qalmış atları Goranboya gətirən şəxslər həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xocalı şəhər sakini olan və Mingəçevirdə yaşayan 1972-ci il təvəllüdlü Oqtay Hüseynov və qardaşı oğlu, Xocalıda qeydiyyatda olsa da, Goranboyun Börü qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Şahin Hüseynov məsuliyyətə cəlb edilib.

Belə ki, həmin şəxslərin bir neçə gün əvvəl müvafiq qaydada icazə olmadan Kəlbəcər rayonuna, minalanmış əraziyə daxil olması və sahibsiz qalan atları Goranboy ərazisinə gətirmələri məlum olub. Hər iki şəxsin Gülüstan kəndi istiqamətindən Kəlbəcər rayonu – Sərsəng su anbarı istiqamətinə getmələri və oradakı heyvanları Börü kəndinə gətirmələri müəyyənləşib. Polis əməkdaşları Börüyə gedərək həyətə baxış keçirərkən həmin şəxslər müqavimət göstəriblər və atları necə əldə etmələrini gizlətməyə çalışıblar.

Bundan sonra əmi və qardaşı oğlu saxlanılıb və barələrində inzibati protokol tərtib edilib. Goranboy Rayon Məhkəmsəinin qərarı ilə onların hər birinə 8 sutka inzibati həbs cəzası verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 06 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rafael tablosundakı sirr: Süni intellekt "yad əli" üzə çıxardı

Süni intellektlə edilən yeni analiz Renessans ustası Rafaelə (Raphael) aid edilən Madonna della Rosa adlı tablodakı bir üzün böyük ehtimalla rəssamın özünə məxsus olmadığını göstərib. Qaynarinfo xəbər verir ki, "Science Alert" nəşrinin məlumatına görə, əsərdə yer alan bu üz Rafael tərəfində

02.02.2026 139
.

Generala ərə gedən xanım digər generalın bacısı qızıdır

Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik xanımla ailə qurub. Məlumata görə, general-mayorun ailə həyatı qurduğu şəxs 33 yaşlı Həcər Mirzəyevadır. Qaynarinfo xəbər verir ki, diqqətçəkən məqamlardan biri isə Həcər Mirzəyevanın da tanınmış hərbi-siyasi ailəyə mənsub olmasıdır

02.02.2026 992
.

Stiv Uitkoff sabah İsrailə gedəcək

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff sabah İsrailə səfər edəcək. Məlumata görə, səfər çərçivəsində o, İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirəcək. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, görüşlərin İranl

02.02.2026 208
.

İsti hava insanları "qocaldır" - Bədən üçün gizli təhlükə aşkarlandı

Yer kürəsində temperaturun artması insanın bioloji qocalmasını sürətləndirə bilər. Bu nəticəyə Cənubi Kaliforniya Universitetinin alimləri gəlib. Araşdırma göstərib ki, ekstremal isti şəraitinə uzunmüddətli məruz qalma hüceyrələrə zərər vurur və orqanizmin daha tez köhnəlməsinə səbəb olur. Bu təsir xüsusil

02.02.2026 210
.

Əgər yemək tavaya yapışırsa, bunu edin

Bu, tavanın yapışmayan xüsusiyyətlərini tez bir zamanda bərpa etməyə kömək edən ən sadə və effektiv üsuldur. xarici mediaya istinadla bildirir ki, yemək tavaya yapışmağa başlayanda bişirmə prosesi tam bir əsəb sınağına çevrilir. Hətta adi qayğanaq belə dağılır, blinlər yanır, qabların yuyulması isə ikiqa

02.02.2026 248
.

İsrailin "sülh şərtləri": Tehran üçün qəbulolunmaz ultimatum?

"İsrail İranla bağlı "sülh şərtləri"ni açıqlayıb. Rəsmi mövqeyə əsasən, Tehran aşağıdakı tələbləri yerinə yetirməlidir: uranın zənginləşdirilməsi proqramını tamamilə dayandırmaq, sentrifuqaları sökmək və zənginləşdirməni 0 faizə endirmək; indiyədək zənginləşdirilmiş bütün uran ehtiyatların

02.02.2026 215
.

Minimum əməkhaqqı ilə bağlı YENİLİK

Minimum əməkhaqqının məbləğinə ən azı ildə bir dəfə baxılacaq. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əks olunub. Layihəyə əsasən, minimum əmək haqqının məbləğinə müvafi

02.02.2026 209
.

"⁠İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə

İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur. İnnovasiya, süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd proqramına artıq 800-dən çox gənc müraciə

02.02.2026 258
.

Axios: "Türkiyə, Misir və Qətər ABŞ ilə İran arasında diplomatik görüşün təşkili üçün danışıqlar aparır"

Bir neçə mənbə Axios-a bildirib ki, Türkiyə, Misir və Qətər ABŞ ilə İran arasında diplomatik görüşün təşkili üçün danışıqlar aparır. Məlumata əsasən, Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkof ilə İranın yüksək vəzifəli rəsmiləri arasında görüşün bu həftənin sonuna doğru Ankarada keçirilməsi planlaşdırılır

02.02.2026 260
.

TOP MP3