"Xankəndidə keçirilən parad Azərbaycan birliyini ifadə edən zəfər paradıdır" - DEPUTAT

"Xankəndidə keçirilən parad Azərbaycan birliyini ifadə edən zəfər paradıdır" - DEPUTAT"Hərbi paradın Xankəndidə keçirilməsi Azərbaycan xalqı üçün çox qürurlu bir gündür. Qürurlu və şərəfli bir tarixdir. Azərbaycan Ordusunun rəşadətini ifadə edən bir tarixi gündür".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan artıq bütün ərazilərində öz suveren hüquqlarını bərpa edib:

"Bayrağımız Xankəndidə, Xocalıda dalğalanır. Bu eyni zamanda Azərbaycanı istəməyən qüvvələrin, 30 ildir Qarabağ problemini qabardan və onun həllinə bütün var gücü ilə mane olan Ermənistanı dəstəkləyən güclərə bir dərsdir. Azərbaycan artıq möhtəşəm bir orduya malikdir. Azərbaycan birliyini ifadə edən bir zəfər paradıdır".
"Xankəndidə keçirilən parad Azərbaycan birliyini ifadə edən zəfər paradıdır" - DEPUTATTarixçi-alim Zaur Əliyev bildirib ki, 1453-cü ildə Fateh sultan Mehmet İstanbula daxil olarkən bütün dünyanın gözü o torpaqlarda idi. 8 noyabrda Azərbaycan Ordusunun Xankəndidəki hərbi paradı İstanbulun fəthi qədər önəmlidir:

"Amma biz ondan fərqli olaraq öz torpağımıza, doğma Xankəndimizə geri qayıtmışıq. Bu bir azadlıqdır. 20-50 il keçəcək Xankəndi tarixin sonuna qədər Azərbaycan şəhəri olaraq qalacaq. Azərbaycan ərazi bütövlüyü daxilində böyük bir tarixi şəhərimiz kimi yaşayacaq və inkişaf edəcəkdir. Yüz illər sonra bizim gələcək nəsillərimiz bu günü görmək və yaşamaq üçün nələrindən belə keçməzlər. Bu gün 2023-cü ilin 8 noyabrı Azərbaycan tarixində bir dönüş nöqtəsi olacaq. Bu dönüş nöqtəsi ilə biz nəinki bütün dünyaya, bundan sonra gələcək bütün dövrlərdə olacaq dövlətlərə, xalqlara, millətlərə mesaj verəcəyik. Bir xalq öz torpağını necə geri ala bilir. Biz dünya hərb tarixinə bunu yazacağıq və göstərəcəyik. Mən hesab edirəm ki, Xankəndi şəhərinin azad olunması, hərbi paradın keçirilməsi və infrastrukturun yaradılması, azərbaycanlıların köçürülməsi tarixi ədalətsizliyə son qoydu. Çünki bu şəhər Azərbaycan şəhəri kimi salınıb. Bu şəhər Azərbaycan xalqına məxsusdur. Xankəndi Azərbaycan xalqının bir incisi və mirvarisidir. Biz bunu mütləq şəkildə qorumalı və gələcək tarixə aparmalıyıq".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 886   Tarix: 08 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda

28.10.2026 423
.

Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu

Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib

28.10.2026 336
.

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il

28.10.2026 299
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

28.10.2026 350
.

4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı - 35 illik faciənin hekayəsi

Britaniyalı məşhur musiqiçi Erik Klaptonun "Cənnətdə göz yaşları" mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb. Faciə 1991-ci ilin martında baş verib. Klaptonu

28.10.2026 348
.

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy

28.10.2026 323
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 374
.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 431
.

Ankara Qara dənizdə gəmilərə hücumlarla bağlı xəbərdarlıq edib

Türkiyənin müdafiə naziri Yaşar Gülər Qara dənizdə gəmilərə qarşı həyata keçirilən hücumlardan narahatlığını ifadə edərək Rusiya və Ukraynanı "ağıllı davranmağa" çağırıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi nazirin açıqlamasına istinadən məlumat yayıb. "Hər iki tərəf

11:03 3
.