Tanınmışlar Zəfər Gününü harada və kimlərlə qeyd edəcək...

Tanınmışlar Zəfər Gününü harada və kimlərlə qeyd edəcək...Azərbaycanda Zəfər Gününün üçüncü ildönümü qeyd olunur. Lakin builki bayram digərlərindən fərqlənir. Belə ki, antiterror tədbirləri nəticəsində nəzarətimizə keçən Xankəndidə Zəfər Günü ilə bağlı hərbi parad keçiriləcək.

Modern.az tanınmışlar arasında Zəfər Günü ilə bağlı sorğu keçirib.

Saytımıza açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və bu günü Bakıda qeyd edəcəyini bildirib.

Tanınmışlar Zəfər Gününü harada və kimlərlə qeyd edəcək..."Ərazimizdəki seçicilərlə, eləcə də ayrı-ayrılıqda ailə üzvləriimizlə qeyd edəcəyik", - o vurğulayıb.

"YeniSabah"ın baş redaktoru Seymur Verdizadə növbətçi olacağından Zəfər Gününü təmtəraqlı qeyd edə bilməyəcəyini bildirib:

"Gün ərzində ölkənin xəbər məkanını təqib edəcək, saytımızın oxucularını ən son xəbərlərlə vaxtında məlumatlandırmağa çalışacağam. Əsas odur ki, mən artıq bayram ovqatına bu gündən köklənmişəm. Əminəm ki, sabah Zəfər Günü ilə bağlı keçirilən tədbirlər ovqatımı daha da yüksəldəcək. Hazırda mənim üçün Zəfər Gününü kompüter arxasında, yaxud süfrə arxasında keçirmək bir o qədər də fərq etmir. Əsas odur ki, biz 8 Noyabr tarixini qələbə əhal-ruhiyyəsi ilə qeyd edirik".
Tanınmışlar Zəfər Gününü harada və kimlərlə qeyd edəcək...Xalq artisti Mənsum İbrahimov budəfəki Zəfər Gününün Azərbaycan xalqı üçün daha da təmtəraqlı olacağını söyləyib:

"Qarabağı tam şəkildə düşməndən azad edib, suverenliyimizi bərpa etmişik. İlk dəfə bu şəraitdə Zəfər Gününü qeyd edəcəyik. Bu, çox böyük əhəmiyyətə malik tarixi hadisədir. Bu gün bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanır. Bizdə ən böyük Zəfər bayramı məhz bu olacaq. Bu, bizim üçün tarixi hadisədir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, Ali Baş Komandana da cansağlığı arzulayıram. Bu zəfərlə tarixən nəsillər fəxr edəcək. Çünki biz bu problemi övladlarımıza qoymadıq. Dünyada alnımız açıq, üzümüz ağdır. Sanki bir xəcalətdən xilas olduq".
Tanınmışlar Zəfər Gününü harada və kimlərlə qeyd edəcək...M.İbrahimov tədbirlərdə olacağını deyib:

"Əlbəttə ki, biz sənət adamı kimi, Zəfər Günü ilə bağlı tədbirlərə öz töhfəmizi veririk. Şuşada tədbirlər olacaq. Orada bizim muğam müsabiqəsinin qalibləri də iştirak edəcək. Onları biz hazırlamışıq. Azərbaycanın müxtəlif yerlərində tədbirlər olacaq. Onların bir çoxunda biz də iştirak edəcəyik. Fürsətdən istifadə edib, Ali Baş Komandanımızı və bütün xalqımızı ürəkdən təbrik edirəm. Xalqımızın birliyi nəticəsində biz müharibədə qalib gəldik. Allah bu birliyimizi bizə çox görməsin. İndi də quruculuq işlərində birlik göstərəcyik. İşğaldan azad olunmuş ərazilərdə çoxlu tədbirlər, festivallar keçirəcəyik".
Tanınmışlar Zəfər Gününü harada və kimlərlə qeyd edəcək...Tanınmış idmançı, Avropa Çempionu Əliabbas Rzazadə Zəfər Gününü əsgər yoldaşları ilə qeyd etməyi düşünür:

"Biz qələbəni şəhidlərimizin, döyüşən əsgər və zabitlərimizin, Ali Baş Komandanın sayəsində qazanmışıq. Çox istərdim ki, bu qələbəni əsgər, eləcə də qazi yoldaşlarımla qeyd edim. Məlum olduğu kimi, ayın 27-də Bakıda hərbiçilər arasında çempionat keçiriləcək. Hazırda bu yarışa hazırlaşırıq. Məşq mərhələsindəyik. Hərbçilərin arasında keçirilən yarış olduğu üçün ciddi hazırlaşırıq ki, çempion olaq. Bununla da Vətən müharibəsində iştirak edən insanlara bir növ stimul olmaq istəyirik".
Tanınmışlar Zəfər Gününü harada və kimlərlə qeyd edəcək...Digər bir tanınmış idmançı, Avropa Çempionu Hacı Əliyev bayramı evdə ailəsi ilə bir yerdə qeyd edəcəyini söyləyib:

"Zəfər Günü münasibətilə başda cənab Ali Baş Komandan İlham əliyev olmaqla bütün xalqımızı təbrik edirəm. Bu qələbəni hər kəs kimi evdə ailəmizlə bir yerdə qeyd edəcəyik. Sabah Zəfər Gününə həssr olunmuş futbol üzrə çempionat var. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan çempionatda biz final oynayacağıq. Təbii ki, birinci növbədə idmançılar bir yerdə bayramı qeyd edəcəyik. Sözsüz ki, hər kəs kimi evimizdə, ailəmizdə bayramı qeyd edəcəyik. Xalqımızı bir daha təbrik edirəm. Biz bu qələbə ilə bütün dünyaya səs salmışıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 966   Tarix: 08 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda

28.10.2026 423
.

Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu

Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib

28.10.2026 336
.

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il

28.10.2026 299
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

28.10.2026 350
.

4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı - 35 illik faciənin hekayəsi

Britaniyalı məşhur musiqiçi Erik Klaptonun "Cənnətdə göz yaşları" mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb. Faciə 1991-ci ilin martında baş verib. Klaptonu

28.10.2026 348
.

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy

28.10.2026 323
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 374
.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 431
.

Ankara Qara dənizdə gəmilərə hücumlarla bağlı xəbərdarlıq edib

Türkiyənin müdafiə naziri Yaşar Gülər Qara dənizdə gəmilərə qarşı həyata keçirilən hücumlardan narahatlığını ifadə edərək Rusiya və Ukraynanı "ağıllı davranmağa" çağırıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi nazirin açıqlamasına istinadən məlumat yayıb. "Hər iki tərəf

11:03 3
.