Ankarada "Qarabağ Şəhidləri Bulvarı" küçəsi - Fotolar

Ankarada "Qarabağ Şəhidləri Bulvarı" küçəsi - FotolarTürkiyənin paytaxtı Ankaranın küçələrindən birinə "Qarabağ Şəhidləri Bulvarı" adı verilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından bildirilib ki, bu addım Azərbaycanın Zəfər Gününün üçüncü ildönümü ərəfəsində atılıb.

Ankara Böyükşəhər Bələdiyyə Başqanlığının texniki işlər şöbəsinin (Fen İşləri Dairəsi) müdiri Aziz Murat Seyrekin adından Xarici Əlaqələr Dairəsi Başqanlığına ünvanlanan 24 oktyabr 2023-cü il tarixli məktubda bildirilib ki, bu məsələ ilə bağlı bələdiyyəyə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından rəsmi müraciət daxil olub. Müraciətdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ankaranın küçələrindən birinə "Qarabağ Şəhidləri" adının verilməsi təklif edilib.

Böyükşəhər Bələdiyyə Məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə paytaxtın Etimesgut rayonunun Şəkər məhəlləsinin və Şəhid Osman Avcı məhəlləsinin sərhədlərində yerləşən "1419-cu küçə"nin adı dəyişdirilərək, "Qarabağ Şəhidləri Bulvarı" adlandırılıb.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası rəhbərliyinin oktyabr ayında Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşla görüş zamanı paytaxtın mərkəzi küçə və ya parklardan birinə "Qarabağ Şəhidləri" adının verilməsi təklifi diqqətə çatdırılıb. Bələdiyyə sədri ilk məclis toplantısında bu məsələnin müzakirəyə çıxarılacağına söz verib.
Ankarada "Qarabağ Şəhidləri Bulvarı" küçəsi - FotolarAnkarada "Qarabağ Şəhidləri Bulvarı" küçəsi - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1090   Tarix: 08 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fidan: "Türkiyə Ukrayna münaqişəsi tərəflərinə döyüşlərə moratorium təklif edib"

"Türkiyə Ukrayna münaqişəsinin tərəflərinə hərbi əməliyyatlara moratorium tətbiq edilməsi ilə bağlı təklif göndərib". xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" agentliyinə müsahibəsində deyib. "Biz tərəfləri atəşkəs elan etmək üçün mexanizm yaratmağ

09.08.2026 135
.

Buzlaqlar əriyir, təhlükəli civə okeana yayılır - Alimlərdən HƏYƏCAN TƏBİLİ

Qlobal istiləşmə nəticəsində Antarktida yarımadasındakı buzlaqların əriməsi uzun illər buz altında qalmış civənin Cənub okeanına daha sürətlə yayılmasına səbəb olur. xəbər verir ki, bu barədə "PNAS" elmi jurnalında dərc olunan araşdırmada bildirilir. Alimlərin apardıqları analizlər göstəri

09.08.2026 164
.

Almaniyada etirazlar: Merts hökumətinin istefası tələb edilir

Almaniyanın şərqindəki Saksoniyanın Plauen şəhərində Almaniya kansleri Fridrix Merts hökumətinin istefası tələbi ilə nümayiş başlayıb. "Projekt M1llion" etiraz hərəkatı bütün ölkə üzrə tərəfdarlarını səfərbər edərək təxminən 10 00 iştirakçının olduğunu elan edib. -ın xəbərinə görə, bu barəd

09.08.2026 170
.

ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ

ABŞ Silahlı Qüvvələri ölkənin "AeroVironment" texnologiya şirkəti ilə 400 milyon dollar dəyərində "Locust" dron əleyhinə lazer sistemlərinin tədarükünə dair ilk müqaviləni imzalayıb. bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib. Agentliyi

09.08.2026 166
.

DİQQƏT! Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti avqustun 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edib. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva

09.08.2026 229
.

İspaniya İtaliyadan gələnlər üçün sərhəd yoxlamalarına başlayır

İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətini müvəqqəti olaraq tətbiq etmək qərarına gəlib. bu barədə "El País" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-dən qüvvəyə minəcək və səyahətçiləri

09.08.2026 165
.

Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub

Rusiyanın Ukraynanın Xarkov vilayətinə hücumları nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarında Kupyansk rayonunun Kovşarovka qəsəbəsinə dronun düşməs

09.08.2026 143
.

Böyük Britaniya Cənubi Qafqazda uzunmüddətli sülhə dəstəyini təsdiqləyib

Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib. "Vaşinqto

09.08.2026 158
.

Arvadını öldürmək üçün kobra aldı - Ömürlük CƏZA

Hindistanda bank əməkdaşı Surac Kumar həyat yoldaşı Utranı zəhərli kobra vasitəsilə öldürüb. xarici KİV-ə istinadla bildirir ki, əlilliyi olan Utra daha əvvəl də zəhərli ilan sancmasından sağ çıxıb. 2020-ci ilin martında onu gürzə sancıb. Bundan sonra qadın uzun müddət müalicə alıb və valideynlərini

09.08.2026 209
.

TOP MP3