Nazirlik bəstəkarın ölümü ilə bağlı nekroloq yaydı
Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevin vəfatı ilə bağlı nekroloq yayıb.
BiG.AZ xəbər verir ki, nekroloqda deyilir.
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayev 10 noyabr 2023-cü il tarixində, 78 yaşında vəfat edib.
Mobil Rəşid oğlu Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə daxil olub. 1964-cü ildə bu məktəbi viola və bəstəkarlıq (Nazim Əliverdibəyovun sinfi) üzrə başa vurub. Həmin ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) viola ixtisası üzrə təhsilini davam etdirib.
M.Babayev 1973-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. Burada musiqi redaktoru, daha sonra baş redaktor vəzifələrində çalışıb. O, eyni zamanda 20 ildən çox Azərbaycan Televiziyasında Estrada-caz şöbəsinin musiqi redaktoru vəzifəsində işləyib, "Caz həvəskarları klubu" verilişinin musiqi redaktoru olub.
Cövdət Hacıyev bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən olan M.Babayev müxtəlif janrlarda çoxsaylı əsərlərin – 5 simfoniya, simfoniya-rekviyem, simfonik poema, fortepiano və kamera orkestri üçün konsert, viola və orkestr (kamera və simfonik) üçün 2 konsert, 3 oratoriya, 2 kantatanın müəllifidir. 50-dən çox bədii ("Pəncərə", "Babamızın babasının babası", "Mezozoy əhvalatı" və s.), sənədli, elmi-kütləvi və cizgi filminə musiqi yazıb. O, həmçinin caz orkestri və estrada simfonik orkestri üçün çoxsaylı kompozisiyaların, müxtəlif mövzularda yazılmış 150-yə yaxın mahnının müəllifi kimi tanınır. Bəstəkarın simfonik və vokal-simfonik əsərləri milli-mənəvi, fəlsəfi və ideoloji dəyərlərin təcəssümü baxımından diqqəti çəkir.
"Ömür bitər, yol bitməz" simfoniyası, "12 not – dünən, bu gün" simfonik poeması, "İnsan", "Bu dünya" oratoriyaları, xor və simfonik orkestr üçün "Mən bu yerdən gedəli", "Ölüm qara qarışqadır" kompozisiyaları, "Ömür geri dönə bilsə", "İblis", "Bu qatar" mahnıları və s. bu baxımdan diqqətə layiq nümunələrdir. "Məmləkətimi sevirəm" kantatası, "Ağlama, torpağım, ağlama" oratoriyası, "Qarabağ" simfoniyası, "Çanaqqala" simfoniya-rekviyemi, "Qalx, Vətən" mahnısı müəllifin milli-ideoloji düşüncə tərzinin göstəricisidir.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən bəstəkar dövlət başçısının sərəncamları ilə 2007-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına və 2019-cu ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.
Görkəmli bəstəkar, səmimi insan Mobil Babayevin işıqlı xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində yaşayacaq.
Allah rəhmət eləsin".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 885 Tarix: 10 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama
"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır
28.10.2026 382 Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is
28.10.2026 150 Çia toxumundan nə qədər istifadə etmək olar?
Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. Axşam.az xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bə
28.10.2026 200 WhatsApp fırıldaqçılığı: Özünüzü necə qorumalısınız?
WhatsApp vasitəsilə həyata keçirilən sosial mühəndislik və kiberdələduzluq halları istifadəçilər üçün ciddi təhlükə yaradır. Fırıldaqçılar insanların etibarından sui-istifadə edərək pul əldə etməyə, şəxsi məlumatları ələ keçirməyə və hesabları mənimsəməyə çalışırlar. Belə hallardan qorunmaq üçün təhlükəsizli
28.10.2026 316 Xuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
28.10.2026 399 XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək
2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il
28.10.2026 145 İntihar baş verən məktəbə psixoloqlar cəlb olunub
Bu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.D.-nin intihar etməsi ilə bağlı xəbər vermişdik. "Qafqazinfo" xəbər verir ki, hadisədən sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələr
28.10.2026 334 Moskvada həşəratlar üçün otel yaradıldı
Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas
28.10.2026 250 "Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab
"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri
28.10.2026 276