Naxçıvanda müəllimlərin məktəbin internetindən istifadəsinə qadağa qoyulmasının səbəbi açıqlanıb
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz rayon Külüs kənd tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumatda bildirilib ki, Şahbuz Rayon Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən, sözügedən məktəbə 2,5 meqabit/saniyə sürətlə internet verilir:
"İnternetdən məktəb tərəfindən üç elektron lövhə və kompüter otağındakı kompüterlərdən tədris prosesinə uyğun olaraq istifadə edilir. Həmin internetdən müəllimlər şəxsi məqsədləri üçün istifadə etdikdə isə internetin sürəti aşağı düşür. Bu da tədrisdə müəyyən çətinliklər yaradır. Həmçinin müəllimlərin şəxsi məqsədlər üçün internetlə təmin olunması ilə bağlı məktəbin heç bir öhdəliyi yoxdur".
Qeyd olunub ki, məktəbdə tədris elektron lövhəli otaqlarda qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır:
"Həmin qrafikdə və dərs cədvəlində nəzərdə tutulmuş tədris saatlarından kənar vaxtlarda müəllimlər öz şəxsi inkişafları üçün məktəbin elektron lövhələrindən və kompüterlərindən istifadə edirlər. Bunun üçün də pedaqoji heyətə heç bir məhdudiyyət qoyulmur. Külüs kəndində mobil internetdən istifadə ilə bağlı problemə gəldikdə, sakinlər müvafiq operatorlardan istifadə etməklə 4G şəbəkəsi ilə internetə qoşula bilirlər".
Məlumatda məktəbdə suyun olmaması ilə bağlı yayılanların da həqiqəti əks etdirmədiyi vurğulanıb:
"Hazırda məktəbdə su ilə bağlı heç bir problem yoxdur və digər vasitələrdən istifadə olunmaqla müvəqqəti olaraq məktəbə su çəkilib. Məktəbin artezian quyusunun avadanlığında olan nasazlıqla bağlı məlumat aidiyyəti qurumlara göndərilib. Yaxın müddət ərzində artezian quyusunda təmir işləri aparılacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 782 Tarix: 10 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİspaniya İtaliyadan gələnlər üçün sərhəd yoxlamalarına başlayır
İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətini müvəqqəti olaraq tətbiq etmək qərarına gəlib. bu barədə "El País" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-dən qüvvəyə minəcək və səyahətçiləri
18:30 149 ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
ABŞ Silahlı Qüvvələri ölkənin "AeroVironment" texnologiya şirkəti ilə 400 milyon dollar dəyərində "Locust" dron əleyhinə lazer sistemlərinin tədarükünə dair ilk müqaviləni imzalayıb. bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib. Agentliyi
18:20 150 Rubio: Ermənistanla Azərbaycanı nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik
Sülh Birləşmiş Ştatlar, Ermənistan və Azərbaycan arasında hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək gücləndirilmiş əlaqələrə qapı açıb. "Report" xəbər verir ki, bu ifadələr 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmi
12:40 160 Macarıstan Ali Məhkəmənin keçmiş sədri prezident olmağa razılıq verib
Macarıstan Ali Məhkəməsinin keçmiş sədri (2009-2011) Andraş Baka ölkə prezidenti vəzifəsini tutmaq barədə hakim "Tisa" partiyasının təklifini qəbul edib. xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar "Facebook" səhifəsində bildirib. "Biz şəxsən Andraş Bakaya "Tisa"
20:30 112 İlham Əliyev sinqapurlu həmkarı Tarman Şanmuqaratnamı təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnamı təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:. "Hörmətli cənab Prezident,. Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə v
11:39 158 BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu
BTV-də yeni kadr təyinatı həyata keçirilib. Asim Abdullayev BTV Xəbərin baş redaktor müavini təyin olunub. BTV xəbər verir ki, bununla bağlı BTV-nin baş direktoru Sahil İmanov müvafiq qərar imzalayıb. Qərara əsasən, Abdullayev Asim Asif oğlu BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib. BT
20:05 142 Buzlaqlar əriyir, təhlükəli civə okeana yayılır - Alimlərdən HƏYƏCAN TƏBİLİ
Qlobal istiləşmə nəticəsində Antarktida yarımadasındakı buzlaqların əriməsi uzun illər buz altında qalmış civənin Cənub okeanına daha sürətlə yayılmasına səbəb olur. xəbər verir ki, bu barədə "PNAS" elmi jurnalında dərc olunan araşdırmada bildirilir. Alimlərin apardıqları analizlər göstəri
16:30 157 İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: Səbəb Rusiya ilə bağlıdır
Amerikalı milyarder İlon Mask "SpaceX" şirkətinin təmin etdiyi "Starlink" peyk rabitəsi sistemindən Rusiyanın dərinliklərinə zərbələr endirmək məqsədilə istifadə olunmasına icazə verilməsi ilə bağlı Ukraynanın xahişini qəbul etmir. xəbər verir ki, bu barədə "The Atlantic"
16:20 165 Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldı
ABŞ Maliyyə Nazirliyi Gürcüstanın "Shelbit" və İranın "Aban Tether" kriptobirjalarına qarşı sanksiyalar tətbiq edib. ABŞ hakimiyyətinin versiyasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu şirkətlərdən pulların yuyulması və ABŞ sanksiyalarından yayınmaq üçün istifad
19:20 133