Qardaşı arvadının başqası ilə münasibəti olduğunu öyrəndi - "Dedim ki, bu, qeyrət məsələsidir"

Qardaşı arvadının başqası ilə münasibəti olduğunu öyrəndi - "Dedim ki, bu, qeyrət məsələsidir"Naftalan şəhərində 1992-ci il təvəllüdlü Şahbaz qısqanclıq zəminində yaranan münaqişə zamanı qonşusu İsaqı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, Şahbazın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə istintaqı aparılıb və cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində 2020-ci ildə həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılıb.

Bu müddətdə ailə üzvləri ilə apardığı telefon danışıqları zamanı qardaşı arvadı Günelin qonşuları İsaqla qeyri-rəsmi münasibətinin olduğunu öyrəndikdən sonra bu vəziyyətin ailəsinin nüfuzuna xələl gətirdiyi qənaətinə gəlib.

Şahbaz qisas almaq məqsədilə İsaqı öldürməyi qərara alıb. Şahbaz barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra 2022-ci ilin dekabrında Naftalan şəhərinin kəndinə, yaşadığı evə gəlib. O, İsaqı öldürmək üçün əlverişli şərait yaranmasını gözləyib.

Şahbaz 28 dekabr 2022-ci ildə, saat 14 radələrində İsaqın yaşadığı evdən çıxaraq Naftalan şəhəri istiqamətində getdiyini görüb. O, evində saxladığı ov bıçağını götürərək əynindəki şalvarın kəməri altına qoyaraq İsaqı izləyib. İsaqın "Samovar Market" adlı ərzaq mağasına daxil olduğunu görüb və küçədə onu bir müddət gözləyib.

Daha sonra Şahbaz İsaqın mağazadan çıxmadığını görüb və saat 15.41-də həmin mağazaya girib. O, İsaqı söhbət etmək bəhanəsi ilə çölə çağırıb. İsaq mağazadan çıxmayacağını bildirdikdə üzərində olan bıçağı çıxararaq onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə bıçaq zərbələri vurub. İsaqa vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslaşdırılmış tibbi yardım göstərildiyi üçün həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Şahbazın barəsində Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahbaz ona elan olunmuş ittihama üzrə özünü qismən təqsirli bilib. O, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə özünü təqsirli bilməyib, Cinayət Məcəlləsinin 224.4-cü maddəsi ilə özünü təqsirli sayıb.

"Münasibət saxladığını bildirdi"

Şahbaz ifadəsində göstərib ki, Naftalanda kəndlərdən birində ailə üzvləri ilə birlikdə yaşayır, arabir usta olan atasına kömək edir, ayrı hər hansı bir fəaliyyətlə məşğul olmur: "Əvvəllər Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə 1 il 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam, cəzamı tam çəkib bitirmişəm. Zərərçəkmiş İsaqı tanıyıram. O, mənim həmkəndlim və qonşumdur. Təxminən il yarım, iki il bundan əvvələ qədər İsaqla heç bir ədavət və ya düşmənçiliyim olmayıb. Abşeron rayonununda gedən cinayət işi ilə əlaqədar istintaq təcridxanasında olduğum müddət ərzində aradabir ailə üzvlərim ilə əlaqə saxlamışam. Əlaqə saxlayarkən ailə üzvlərimin hamısı, o cümlədən qardaşımın keçmiş həyat yoldaşı Günel ilə danışmışam. Bir müddət sonra ailə üzvlərim ilə danışanda Günel ilə də danışmaq istədim. Ailə üzvlərim Günelin evdə olmadığını, anasının xəstə olduğunu dedilər. Ürəyimdə şübhələr yarandı. Təkidimdən sonra qardaşım Vüsal Güneldə telefon aşkar etdiyini, həmin telefonun kodda olduğunu, telefonun kodunu açdırmaq üçün evdən çıxanda Günelin evdən qaçdığını, qonşumuz İsaqla Günelin həmin telefonla münasibət saxladığını bildirdi".

"Onu görə bilmədim"

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən bir il əvvəl cəzasını çəkərək bitirdikdən sonra evə gəlib: "Bir neçə gün sonra zərərçəkmiş İsaqla qonşu olduğumuz üçün küçədə rastlaşdım. Yanında adamlar olduğu üçün ucadan İsaqın ünvanına nalayiq ifadələr işlətdim. İsaq isə həmin yerdən qaça-qaça uzaqlaşdı. İsaqı cəzalandırmaq, yəni onu döyərək layiq olduğu təhqiredici hərəkətlər etmək istəsəm də, onu görə bilmədim. İsaq hərbi qulluqçu olub və xidmətini işğaldan azad olunmuş Laçın rayonunda aparıb".

"Məni yola verdi"
Ətraflı

Şahbazın sözlərinə görə, 27 dekabr 2022-ci ildə, axşam evdə olarkən qonşuluqda yaşadıqları üçün İsaqın səsini eşidib: "İsaqı izləməyə başladım ki, hardasa tutaraq "sındırım". Dekabrın 28-də, təxminən saat 14.00-da İsaqın evdən çıxdığını gördüm. Əgər qaçarsa, hər ehtimala qarşı onu bıçaqla yaralayım deyə yaşadığım evin həyətində həyət işləri görmək üçün işlətdiyim bıçağı götürdüm və sağ arxa tərəfdən kəmərin altına taxdım. Sonra İsaqı izləməyə başladım. İsaq piyada kənddən Naftalan şəhəri istiqamətində getdi. İsaqın arxası ilə gələ biləcəyimi görərək qaçacağını güman etdiyim üçün yol maşını ilə Naftalan şəhəri, Nəriman Nərimanov parkına gəldim. Orada İsaqı gözlədim. Təxminən saat 15 radələrində İsaq Naftalan şəhərində yerləşən "Samovar market" adlı mağazaya daxil oldu. 30-35 dəqiqə keçəndən sonra İsaqın mağazada olub-olmamasını dəqiqləşdirmək üçün siqaret almaq adı ilə ora girdim. İsaqı mağazada gördüm və siqaret alaraq oradan çıxdım. Nəriman Nərimanov parkına gedərək İsaqı gözlədim. İsaq təxminən 10 dəqiqə sonra mağazadan çıxdı və telefonla danışanda mənim orada olduğumu gördü, yenidən mağazaya girdi. İsaqın avtomobil çağıraraq qaçacağını fikirləşdiyim üçün mağazaya daxil oldum. İsaqa kassanın qabağında çölə çıxmasını, işim olduğunu, söhbət etmək istədiyimi dəfələrlə desəm də, İsaq məni yola verərək "gözlə, sonra söhbət edərik, çıxmayacam" dedi".

"Dedim ki, bu, qeyrət məsələsidir"

Təqsirləndirilən şəxs qeyd edib ki, İsaqı üzərində gətirdiyi bıçaqla vurmaq istəsə də kassanın yanında balaca azyaşlı uşağı görüb və buna görə də əl saxlayıb: "Uşaq çıxandan bir müddət sonra İsaqın qolundan tutaraq çölə çıxartmaq istədim. İsaq isə kiməsə zəng etmək istədi. İsaqın səsini qaldırıb camaatı çağıracağını, işin alınmayacağını fikirləşdim. Buna görə də üzərimdə gətirdiyim bıçağı çıxardım və İsaqı kassa masasının qarşısında vurmağa başladım. Bu zaman İsaq yerə yıxıldı. Mənim əlimdən tutduğu üçün hər ikimiz bərabər yerə yıxıldıq. Yerdə olanda bıçağı sağ əlimdən sol əlimə keçirdim və onun sağ böyür nahiyəsindən iki dəfə vurdum. İsaq sağ əlimi buraxdıqdan sonra həmin əlimlə yumruqla ona zərbələr vurmağa başladım. Mağazada İslam adlı şəxs bizə yaxınlaşaraq aralamaq istədi. Mən İslama məsələnin qeyrət söhbəti olduğunu, ona dəxli olmadığını, qarışmayaraq çəkilməsini dedim. Lakin İslam əlimdən tutdu. Mən bu müddətdə İsaqı vura bilmədim. Daha sonra Elcan adlı şəxs yaxınlaşaraq özümü bədbəxt etməməyimi, İsaqı vurmamağımı dedi. O, bizi aralamaq istədi. Elcana da məsələnin qeyrət söhbəti olduğunu bildirdim. Daha sonra İslamla Mahir adında şəxs yaxınlaşaraq əlimdən bıçağı zorla aldılar. Əsəbim soyumadığı üçün ayağa durdum və zərərçəkmişi təpiklə, yumruqla vurmağa başladım. Sonra isə mağazadan çıxdım. Yaxınlıqdakı Nəriman Nərimanov parkında siqaret yandırdım. Orada bir az gözlədim və hadisə yerinə polis əməkdaşlarının gəldiyini gördükdə özüm onlara təslim oldum".

İş üzrə zərərçəkmiş İsaqın sözlərinə görə, Naftalanda kəndlərdən birində arvadı və azyaşlı oğlu ilə birlikdə yaşayır: "İşlədiyim hərbi hissə işğaldan azad edilmiş Laçın rayonunda yerləşdiyi üçün əsasən orada olmuşam. Ayda bir neçə dəfə evimə gəlmişəm. Təqsirləndirilən Şahbazla qonşuyam".

"Vüsalın arvadı olduğunu dedi"

Zərərçəkmiş deyib ki, 2020-ci ilin sonuna qədər onun Şahbaz və bütün ailə üzvləri ilə münasibətləri yaxşı olub, heç bir ədavət və ya düşmənçiliyi olmayıb: "Qonşu kimi bir-birimizin evinə gedib-gəlmişik. 2020-ci ilin payız aylarında, dəqiq xatırlamadığım tarixdə, Vətən Müharibəsinin gedişində yaşadığım evə gəldim. Həmin vaxt tanımadığım nömrədən mənə xatırlamadığım məzmunlu mesaj, sonra isə zəng gəldi. Zəngə cavab verdim, zəng edənin qadın olduğunu bildim. Həmin qadın mənə "salam İsaq, nətərsən?" dedi. Yanıma azyaşlı oğlum gəldi. Zəng edən qadın oğlumun səsini eşidərək telefonu söndürdü. Geri zəng etsəm də, cavab verən olmadı. Bir neçə gün sonra həmin qadın mənə yenidən zəng etdi və mənimlə tanış olmaq istədiyini bildirdi. Mən kim olduğunu soruşsam da, qadın kim olduğunu demədi. Təxminən 15-20 gün müddətində həmin qadınla telefonla danışaraq yazışdıq. Sonra qadın mənə qonşumuz Vüsalın arvadı Günel olduğunu dedi. Bir müddət Günel ilə danışdım".

"Evimi yandıracaqlarını bildirdilər"

Zərərçəkmiş deyib ki, 2020-ci ilin dekabr ayının sonu, dəqiq xatırlamadığı tarixdə Vüsal Günelin telefonunu tutub və Günelin onunla yazışdığını müəyyən edib: "Hadisədən sonra Günel evdən qaçaraq getdi. Təqsirləndirilən Şahbaz bu müddətdə Bakı şəhərində həbsdə olub. Vüsal və qohumları söz göndərərək mənim köçüb getməyimi, getməsəm, evimi yandıracaqlarını bildirdilər. Çox vaxt işlədiyim hərbi hissədə olduğum üçün Vüsal və qohumları ilə qarşılaşmadım. Onlar ailə üzvlərimdən mənə söz göndərdilər. Vüsal və qohumlarının məni hədələməsi barədə bir neçə dəfə şəhər polis şöbəsinə müraciət etdim".

"Məni bıçaqla vurdu"

İsaqın sözlərinə görə, 2021-ci ildə xatırlamadığı tarixdə Şahbaz azadlığa çıxıb və yaşadığı evə qayıdıb: "Mən Vüsal və Şahbazla Naftalan şəhərində bir neçə dəfə qarşılaşsam da, onlar mənə heç bir söz deməyiblər. 2022-ci ilin dekabrın 26-da mənə işdən 5 günlük icazə verildi. Həmin gün axşam saatlarında yaşadığım evə gəldim. Dekabrın 28-də günortadan sonra evdən çıxdım və Naftalan şəhərinə mağazadan iş yoldaşlarıma ərzaq alaraq göndərməyə getdim. Yaşadığım kənddən Naftalan şəhərinin Nizami küçəsinə piyada gəldim və orada yerləşən "Samovar Market" adlı ərzaq mağazaya girdim. Mağazadan ərzaq məhsulları alaraq qablaşdırdım. İş yoldaşlarımdan kimsə mənə zəng edəndə danışmaq üçün mağazanın önünə çıxdım. Telefonla danışan zaman Şahbazın mağazanın arxa tərəfində yerləşən parkda olduğunu gördüm. Telefonla danışıb yenidən mağazaya girdim. Kassa aparatının qarşısında dayandım. Bu zaman Şahbaz da mağazaya daxil oldu. Şahbaz mənə yaxınlaşaraq çölə çıxmağımı istədi. Mən isə çıxmayacağımı dedim. 2-3 dəfə çölə çıxmağımı tələb edəndən sonra Şahbaz əynindəki şalvarın remeninə taxdığı bıçağı çıxardı və həmin bıçaqla məni vurmağa başladı. Özümü qorumaq üçün Şahbazın ayaqlarından tutdum. Yerə yıxılsam da, Şahbaz məni vurmağa davam etdi. Yerdə olduğum zaman Şahbazın əlini tutdum və məni vurmasına mane oldum. Daha sonra iki nəfər şəxs yaxınlaşaraq Şahbazın əlindən bıçağı aldı və məndən araladılar. Sonra məni xəstəxanaya apardılar".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahbaz 10 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm elan edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 976   Tarix: 11 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 283
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

28.10.2026 382
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 281
.

Putinlə danışan avropalı lider: Fikrini dəyişdirməyəcək

"Finlandiya Prezidenti Aleksandr Stubbla birlikdə Rusiya Prezidenti Vladimir Putinlə apardığımız telefon danışığının məqsədi Kreml rəhbərinə həm Avropanın, həm də ABŞ-nin mövqeyini çatdırmaq idi". Teleqraf xəbər verir ki, bunu Norveç Baş naziri Yonas Qar Stere deyib. Baş nazir bildirib ki

28.10.2026 190
.

Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə

28.10.2026 221
.

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını

28.10.2026 654
.

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib

28.10.2026 207
.

"Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab

"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri

28.10.2026 276
.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda

28.10.2026 348
.