Prorektorun qətlinin sifarişində ittiham edilən sabiq rektor necə saxlanılıb? - YENİ DETALLAR
Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin mərhum prorektoru Tariyel Əhmədovun qətlə yetirilməsi faktı ilə bağlı sözügedən təhsil müəssisəsinin sabiq rektoru Müşfiq Atakişiyev saxlanılıb. Məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırılmaqla həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sabiq rektor prorektorun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. Sonuncu isə, həmkəndlisi ilə əlbir olaraq, Tariyel Əhmədovu qətlə yetirib.
"Yeni Sabah" Müşfiq Atakişiyevin saxlanılması ilə bağlı detalları öyrənib.
Məlum olub ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edildikdən sonra Müşfiq Atakişiyevin həbsinə qərar verilib.
Sabiq rektor Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iş otağında saxlanılıb.
Məlumat üçün bildirək ki, Müşfiq Atakişiyev 2022-ci ildən AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsində çalışır. O, professor Nazim İmanovun rəhbərlik etdiyi bu nəhəng elm ocağında əsas adam sayılırdı. İnstitutun direktoru sabiq deputat Nazim İmanov olsa da, quruma rəhbərliyi Müşfiq Atakişiyev həyata keçirirdi. Onun razılığı olmadan nə doktorluq, nə də namizədlik dissertasiyasının müdafiəsi mümkün olub. Hətta kadr təyinatlarına da birbaşa Müşfiq Atakişiyev rəhbərlik edib.
İş yoldaşlarından biri deyib ki, Müşfiq Atakişiyev saxlanılacağından tamamilə xəbərsiz olub. O, dünən yüksək əhvali-ruhiyyə ilə işə gəlib. Ənənəvi tapşırıqlarını verəndən sonra 16-18 noyabr tarixlərində "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yola düşməyə hazırlaşıb. Bu vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları professorun AMEA-dakı iş otağına daxil olaraq, onu həbs ediblər.
Məlumatlara görə, Müşfiq Atakişiyevin qəfil həbsi İqtisadiyyat İnstitutunun kollektivi arasında şok effekti yaradıb. Bu həbsdən ən çox narahat olan isə İqtisadiyyat İnstitutunun direktoru 69 yaşlı professor Nazim İmanovdur. Qocaman professorun hazırda karyerası ilə bağlı ciddi narahatlıq keçirdiyi bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 950 Tarix: 17 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBöyük Britaniya Cənubi Qafqazda uzunmüddətli sülhə dəstəyini təsdiqləyib
Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib. "Vaşinqto
15:50 0 Avqustun 13-dən sonra TOY EDƏCƏKLƏRİN NƏZƏRİNƏ
Məhərrəm ayının başa çatması ilə toy mövsümü yenidən gündəmə gəlib. Hazırda davam edən Səfər ayı da avqustun 13-14-də yekunlaşacaq. Bu səbəbdən avqustun ikinci yarısından etibarən ölkədə toy mərasimlərinin sayında ciddi artım olacağı proqnozlaşdırılır. Bəs qarşıdakı dövrdə həqiqətən də "toy bumu"
00:11 284 Kredit kartı şifrəsində "0" rəqəmi olanlara XƏBƏRDARLIQ EDİLDİ
Mütəxəssislər kart şifrələrində "0" rəqəminin istifadə edilməməli olduğunu vurğulayırlar. Təxmin edilməsi asan ardıcıllıqlarda və doğum tarixlərində tez-tez istifadə edilən bu rəqəm kiber dələduzların ilk hədəfi olur. xəbər verir ki, kiber təhlükəsizlik və bankçılıq mütəxəssisləri kredit v
11:01 210 Vaşinqton sammitinin ildönümü: London Cənubi Qafqazda sabitlik tərəfdarıdır
Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib. "Vaşinqton Sammitində əld
08.08.2026 195 Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib
ABŞ Prezidenti Donald Tramp sülh prosesində Azərbaycan Prezidenti İlham Əliyevin rolunu yüksək qiymətləndirib. "Report" xəbər verir ki, ABŞ Prezidenti bu barədə Azərbaycan lideri ilə telefon danışığı zamanı bildirib. Telefon danışığı zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş v
08.08.2026 204 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd
08.08.2026 181 ABŞ-də sağ xəstələrin orqanlarını götürməyə cəhd edilib
ABŞ Səhiyyə Nazirliyi ciddi pozuntulara görə "Network of Hope" donor təşkilatının akkreditasiyasının ləğvi prosesinə başlayıb. xəbər verir ki, Nazir Robert Kennedinin sözlərinə görə, aparılan federal yoxlamalar zamanı bəzi xəstələrin orqan donorluğu siyahısına əsassız daxil edildiyi, tibb
10:30 131 Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına "dağ basdı" - Yardımlıda DƏHŞƏT
Yardımlıda arvadına işgəncə verən ər həbs olunub. -ın xəbərinə görə, hadisə Abasabad kəndində baş verib. İttiham aktına görə, 31 yaşlı Elçin Mütəllibov (şərti adla) yeməyin hazır olmamasını bəhanə edərək, qeyri-rəsmi şəkildə bir yerdə yaşadığı zərərçəkən Gülnarı (şərti adla) təhqir edib və yumruqla so
12:10 91 Rubinyan: Vaşinqton bəyannaməsi real nəticələr verib
Ötən il Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sülh bəyannaməsi real nəticələrə gətirib çıxarıb. "Report" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ruben Rubinyan bəyannamənin imzalanmasının birinci ildönümü münasibətilə etdiyi videomüraciətində bildirib. "Bi
08.08.2026 189