Arvadını başqa kişi ilə tutdu, amma onu bağışladı – Həyatından xəyanət keçən məşhurlarımız

Arvadını başqa kişi ilə tutdu, amma onu bağışladı – Həyatından xəyanət keçən məşhurlarımızŞou-biznes aləmində bir çox qalmaqallı hadisələr baş verib. Bir-biri ilə dalaşanlar, söz atanlar, polisə düşənlər...

Qlobal.net xəbər verir ki, maqazin aləminin ən qalmaqallı hadisələrindən biri də xəyanət məsələləridir.

Belə ki, şou-biznes nümayəndləri arasında bir çoxu xəyanət üstündə boşanıb. Bunların sırasında özü xəyanət etdiyi üçün ilk ailəsindən ayrılmalı olan və yenidən evlənən aktyor Fərda Xudaverdiyev də var.

Xəyanətə görə ailəsini dağıdan şou-biznes nümayəndələrindən biri də müğənni Lətifə Soyuözdür. 2016-cı ildə ayrılan Dəniz Lətifə Soyuöz cütlüyünün Arif adı bir övladları da var. Müğənni özü etiraf edib ki, boşandıqdan sonra ərinin ona birlikdə xəyanət etdiyi qadının kimliyini sadəcə maraq üçün tapıb.

Uzun müddət səhnədən uzaqlaşdıqdan sonra 2017-ci ildə yenidən sənətə qayıdan müğənni Zahidə Günəş dəhəyatının çətin mərhələsini məhz xəyanətə görə yaşamışdı. Z.Günəş "Mənim ailəm xəyanətə görə dağıldı. Özü də elə bir xəyanət ki, gülə-gülə, gözümün içinə baxa-baxa"- deyərək, özü də xəyanətlə qarşılaşdığını etiraf edib.

Çılpaq fotoları ilə tanınan Afaq Aslan isə xəyanətlə qarşılaşmaqla yanaşı, buna görə bətnindəki övladdan da imtina etməli olub: "Həyat yoldaşımın mənə xəyanət etdiyini öyrəndim. Bir xanım mənimlə görüşdü və gətirdiyi uşağın həyat yoldaşımdan olduğunu dedi. Uşaq da ərimə çox bənzəyirdi. Mən də hamilə idim, istəmədim o uşağı. Qısqandım və aqressivləşdim. Ərimdən xəbərsiz uşağı abort etdirdim. Ona da dedim, sən artıq atasan, neynirsən bu uşağı?! Beləcə, boşandıq".

Əməkdar artist Lalə Məmmədovanın da ailəsinin dağılmasına səbəb xəyanət olub. Müğənninin sözlərinə görə, əslində boşanmalarını tezləşdirən bir çox faktor olub, ən birincisi isə xəyanətdir.
Bu günlərdə gündəmdən düşməyən müğənni Afət Fərmanqızı isə ərini ona xəyanət edərkən tutub. Bu barədə özü "İnstaqram" hesabından 11 ilini verdiyi, sənətini qurban etdiyi insandan xəyanət gördüyünü, buna görə də kişilərə inamı qalmadığını yazmışdı.

Xalq artisti, Azərbaycan səhnəsinin Divası Aygün Kazımova da xəyanətdən siğortalana bilməyib. Bir ay bunda öncə qonaq olduğu "5-də 5" verilişində Diva vaxtı ilə xəyanətlə üzləşdiyini, hətta buna görə intihar həddinə çatdığını etiraf etmişdi.

Müğənni Şəhla Həmidovaya isə həyat yoldaşı həm xəyanət edib, həm də maddi ziyan vurub: "Ona çox dözdüm. Məndən borc istədi, mən də qohumlarımdan alıb verdim. İşlərini qaydasına qoyub qaytaracağını bildirdi. Sonra o pulun da axırına çıxdı. Az qalmışdı ki, mənim də axırıma çıxsın. Dava-dalaşı keçmək olardı, amma sonradan qulağıma gəldi ki, mənə xəyanət edir. Buna görə də boşandım".

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov da gənc arvadının xəyanətinə uğrayan məşhurlardandır. 61 yaşlı oliqarx boşadığı gənc arvadı Tatyana Əhmədovanı çoxsaylı eşq xəyanətlərində, həmçinin oğlunun sinif yoldaşının qardaşı ilə, ittiham etmişdi.

Təbii ki, xəyanət üstündə boşanıb, sonradan barışanların sayı elə də çox deyil. Yerli məşhurlarımız arasında bilinən sadəcə Musa Musayevlə Təranə Qumral cütlüyüdür. M.Musayev həyat yoldaşını yataqda başqa kişi ilə tutduğunu deyib, ondan boşanmışdı. "Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci Polis Bölməsinə şikayət edib", - deyə açıqlama verən M.Musayevin sözləri yerli mediada yetərincə qalmaqala səbəb olmuşdu. İndilərdə cütlük yenidən barışıb və həyatlarına heç nə olmamış kimi davam edirlər.

Xalq artisti Rafael Dadaşov da öz həyat yoldaşından xəyanət görmüşdü, o da daha sonra onu bağışlamışdı.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2006   Tarix: 18 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova onun vəsiyyəti barədə danışıb. Axşam.az xəbər verir ki, Z.Hümbətova müğənni Lətifənin təqdimatında yayımlanan "MTV Maqazin" proqramına açıqlamasında bacısının qızı Cananı ona əmanət etdiyini bildirib. O qeyd edib ki, Aygü

24.10.2026 406
.

Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib

Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib

13.10.2026 631
.

İzzet Yıldızhan qətl işi üzrə bəraət aldı

Türkiyəli müğənni İzzet Yıldızhan futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi ilə bağlı məhkəmə işində bəraət alıb. Axşam.az xəbər verir ki, İstanbulda keçirilən məhkəmə prosesində sənətçinin üzərinə atılımış ittihamlarla bağlı bəraət qərarı verilib. Qeyd edək ki, 21 yaşlı futbolçu Kubilay Kaa

17.10.2026 488
.

Talıb Talenin ikinci qızı dünyaya gəlib

Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib

16.10.2026 707
.

Bunun üçün 4 milyon ödəyib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy

25.10.2026 457
.

Aygün Kazımova evindən VİDEO PAYLAŞDI

Xalq artisti Aygün Kazımova evindən görüntü paylaşıb. xəbər verir ki, Pop kraliça itlərinin videosunu yayımlayıb. Görüntülərdə sənətçinin evində saxladığı 3 it də yer alıb. Kazımovanın yataq otağından yayımladığı videonu təqdim edirik

17.10.2026 911
.

"Atam və anamdan çox o, mənə dəstək oldu"

Müğənni İradə İbrahimova qızı üçün nümunə olmağa çalışdığını deyib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb. "İfaçı kimi efirdə gözəl görünməyə diqqət etmişəm. İndi evdə qızıma örnək oluram, ona nümunə olmağa çalışıram. İstəyirəm ki, yeməyinin, içməyinin

17.10.2026 470
.

Halit Ergenç və Məryəm Üzərli Misirdə

Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar. Axşam.az xəbər verir ki, aktyorlar "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər. Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub. Qeyd edə

21.10.2026 547
.

Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib. Aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir. N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb:

24.10.2026 395
.