AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİB
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib.
F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.
Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub.
Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz yeddi xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub.
22:08
Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, meydan sahibləri 4:0 hesabla öndədirlər.
21:53
Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, meydan sahibləri fasiləyə 4:0 hesablı üstünlüklə yollanıblar.
21:44
Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda daha bir qol vurulub.
Oxu.Az-ın məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 37-ci dəqiqədə fərqlənməklə özünün və komandasının dördüncü qoluna imza atıb.
Beləliklə, təcrübəli hücumçu poker edib.
21:36
Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda daha iki qol vurulub.
Oxu.Az-ın məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 26 və 30-cu dəqiqədə fərqlənməklə het-trikini rəsmiləşdirib.
Hazırda "qırmızı-şeytanlar" 3:0 hesabı ilə öndədirlər.
***
Azərbaycan millisi Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda azlıqda qalıb.
Oxu.Az-ın məlumatına görə, yığmamızın heyətində Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.
21:26
Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ilk qol vurulub.
Oxu.Az-ın məlumatına görə, meydan sahibləri 17-ci dəqiqədə hesabı açıblar.
Belçika yığmasının heyətində Romelu Lukaku fərqlənib.
***
Brüsseldə Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin oyunu start götürüb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Qeyd dək ki, matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1625 Tarix: 19 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEdin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video
Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so
03.10.2026 473 Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların
12.10.2026 574 Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video
Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ
04.10.2026 701 Azərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
04.10.2026 668 Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi
Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd
27.10.2026 233 Daha 4 cüdoçumuz tatamiyə çıxır
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq
10.10.2026 558 Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17.10.2026 542 "Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
18.10.2026 516 Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22.10.2026 591